“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sənədsiz evlər üçün “əmlak amnistiyası“ tətbiq olunacaq? - VİDEO

Tarix 10.06.25, 9:54

Font ölçüsü : - / +
bitmap-img6


Təkcə paytaxt və Abşeron rayonunda 450 minə yaxın sənədsiz ev var. Vaxtilə müxtəlif təyinatlı torpaq sahələrində tikilən, amma sənədsiz qalan minlərlə evlərin sahibləri çıxarış ala bilmədikləri üçün müxtəlif çətinliklərlə üzləşirlər.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, həmin evlərin çoxu vaxtilə tikilənlərdir.

Bu problemin qarşısını almaq məqsədilə bir il əvvəl "əmlak amnistiyası" tətbiq olunacağı deyilmişdi.

Ekspert bildirir ki, bu layihə vətəndaş üçün sosial baxımdan çox önəmlidir. Elnur Fərzəliyev deyir ki, sənədsiz evlərin sayının çox olması əmlak bazarında süni qiymət artımına da səbəb olur. Amma eyni zamanda burada digər ciddi problemlər də var.

Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etdik. Qurumdan ``Xəzər Xəbər``ə bildirilib ki, "Daşınmaz əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin sənədsiz evlərlə hər hansı bağlılığı yoxdur. Belə ki, sistemin yaradılmasında məqsəd "Daşınmaz əmlakın dövlət reyestri haqqında" sənədlərin bu sistemə daxil edilməsi və həmin sənədlərdən istifadə edilməsidir. Onu da əlavə etdilər ki, bu sistem sənədsiz evlərin deyil, hüquqmüəyyənedici sənədlərin olduğu daşınmaz əmlakların qeydiyyatı prosesinin tam elektronlaşdırılmasını həyata keçirəcəkdir.

Daha ətraflı videomaterialı təqdim edirik.





Xəbərin oxunma sayı : 541




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap