![]() |
|














126 minlik dələduzluq - amma hamı məsumdur...
Tarix 10.06.25, 10:48 |
|

Səlim Müslümov, çox yox, ikicə il də sosial təminat naziri vəzifəsində qalsaydı, ölkə əhalisinin tən yarısı əllilik təqaüdü alacaqdı. Zarafat eləmirəm, belə bir tendensiya vardı.
Durduq yerə, heç bir zəhmət çəkmədən, əmək sərf etmədən havayı pul əldə ermək ehtirası insanların gözünü kütləvi şəkildə tutmuşdu. İş axtaran issizə iş tapırdın, bir-iki gün işləyir, çıxırdı ki, bundansa gedib əlillik təqaüdü alaram.
Hətta sapsağlam, boyu 1.75 sm, çəkisi 80, yaşı 38, qan təzyiqi 130/80 olan kələ kimi adamlar vardı, soruşanda nə işlə məşğulsan, deyirdi, işsizəm, deyirdin, bəs nəylə dolanırsan, deyirdi, əllilik pensiyası alıram. Dialoqun mabədi belə olurdu: “Axı sən əlil deyilsən, sağlamsan” - “Havayı puldur də, verirlər, alıram”; “Bunu necə düz-qoş etmisən?” – “Tanış adam var, lazımdırsa, kimə istəyirsən, təşkil edək”.
Ancaq gün gəldi, bu işin zibili çıxdı. Havayı pul alan xeyli adamın pensiyası kəsildi. Ancaq bir iş pis oldu ki, “havayı pul alanlar” diviziyası ilə yanaşı, gerçək əlillərin və əmək qabiliyyəti olmayanların təqaüdü də kəsildi və ölkədə vay-nöfsə qopdu. Yeni nazir Sahil Babayevin ünvanına nələr deyirdilər, nələr danışırdılar, bir Allah bilirdi, püskürülən nifrət, bişəkk, troposfer qatını da aşıb yuxarılara gedirdi.
Bu məsələ absurda getdi, kimin gerçəkdən əlil olduğu, kimin olmadığı, kimə təqaüd düşdüyü, kimə düşmədiyi bir-birinə qarışdı, xaos yarandı. Günü bu gün 100 təqaüdü kəsilmiş adamı danışdıraq, 95-i sübut edəcək ki, ona qarşı haqsızlıq olub. Sonra da təqaüdkəsənləri danışdıraq, onlar da sübut edəcəklər ki, hamısının təqaüdünü haqlı yerə dayandırıblar.
Söyüş-qarğış yerlərinin biri də həkimlər idi. Əlilliyi onlar təyin edirdilər. Val tərsinə dönmüşdü deyə, artıq onlar müraciət edənlərə müvafiq sənəd vermirdilər. Bu dəfə klinikalılarda çığır-bağır düşürdü. Bəzi “əlillər” az qalırdılar həkimləri vurub gerçək əlilə çevirsinlər.
Amma bütün həkimlər o cür höcət deyilmiş, bəziləri əlillik dərəcəsinin təyini və pensiyaların bərpası üçün vətəndaşlara xidmət göstəriblər.
Heç demə, Samirə adlı bir fərasətli qadın (hələlik məhkəmə hökmü olmadığına görə dələduz demək düzgün olmaz) kəsilmiş təqaüdləri bərpa etdirə biləcəyini deyib, ağsulu həkimləri prosesə cəlb edib.
Onlar da qohum-əqrəbaları, dost-tanışları arasındakı keçmiş “əlillər”i səfərbər edib, pullarını alıb Samirəyə ötürüb. Axırda məlum olub ki, Samirə onlara təqaüd kartı adıyla debet kartı verib. “Təqaüdçülər” karta pul kömürülmədiyini görəndə banka müraciət ediblər və orada işin üstü açılıb.
Ortada bir rota dələduzluğa məruz qalan, toplamda 126 min pul itirən, amma özləri də bu və ya digər şəkildə dələduzluq etmək istəyən (dövlətdən havayı pul alacaqdılar) adam var, amma heç kəs özünü təqsirli bilmir. Samirə də, həkimlər də Aydan arı, sudan durudurlar. Hətta həkimlər deyirlər ki, özləri Samirə tərəfindən aldadılıblar və məsumdurlar.
Ancaq bu “məsum” həkimlər onu da etiraf ediblər ki, təqaüdü bərpa olunan hər adamdan onlara 200-300 manat qalacaqmış. Bu, necə məsumluqdur ki, sağlam adamlara yalandan əlillik dərəcəsi təyin edirsən? Və bu, necə qohumluqdur ki, təqaüdünün bərpasına kömək etdiyin qohumlardan sənə 200-300 manat pul qalır?
Belə anlaşılır ki, axırda həbsə gedən təkcə Samirə olacaq. Çünki pulun çox hissəsi ona çatıb və onda batıb. Yazıq həkimlər isə aldadılan şəxslərin 126 min manatını düzəldib veriblər, ola bilər bir o qədər də artıq xərcləri çıxıb. Sovet dövründə bir məşhur kəlam vardı, deyirdilər: “Allah adamın işini bir həkimə salmasın, bir də hakimə”. Bu söhbətdə həkimlərin işi indilikdə hakimlərdədir. Yəqin ki, gün gələcək, hakimlərin də işi həkimlərə düşəcək. O zaman ödəşəcəklər.
Əsas məsələ odur ki, başqa vaxt işi-gücü, zəhmətkeşliyi ilə tanınan adamlar son illərdə çox tənbəlləşiblər, havayı pul almaq üçün xərcə düşməyə hazırdırlar. Təki işləməsinlər. Məmləkətdə normal qazanclı iş olmaması isə başqa və uzun söhbətdir.
Bu xüsusda bir məşhur lətifə də var, yazmasam, olmaz. Belədir: Üç əlil olur, biri amerikalı, biri fransız, biri rus. Oturub dərdləşir, Allaha sitəm edir, kömək istəyirlər. Amerikalı deyir, mən yaxşı xarrat idim, qolum quruyub, işləyə bilmirəm. Fransız gileylənir ki, mən də yaxşı futbol oynayırdım, ayaqdan əlil oldum, oynaya bilmirəm. Rus heç nə demir. Yuxarıdan səda gəlir: “Ey, amerikalı, sənin əl-qoluna şəfa verdim, get işinə. Ey fransız, sən də get futbolunu oyna. Ey rus, bəs sənə nə edim?” Rus üzünü göyə tutur: “Mən heç nə eləmə. Ara yerdə pensiyamı kəsəcəklər”.
Xəbərin oxunma sayı : 592
Sosial
Xəbərlər
-
“Bakılı Qız” dondurmasında görün nə çıxdı - VİDEO
-
İran istənilən səviyyədə müharibəyə hazırdır - SEPAH
-
“Könül Ağamirova məni 3 dəfə əməliyyat edib pis vəziyyətə qoydu” - FOTO
-
Sosial şəbəkədə dələduzluq edən şəxs SAXLANILDI
-
Prezidentdən iclas iştirakçılarına - Müraciət
-
İsrail İrana qarşı əməliyyata hazırlaşır: Cavab tədbirləri müzakirə edilir
-
Əhalinin diqqətinə: 960 manat veriləcək
-
Azərbaycanda işıq pulu belə hesablanacaq - Yeni tarif tətbiq ediləcək
-
İran nüvə silahı yaratmaq üzərində fəal işləyir - Respublikaçı senator
-
264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün pul istənildiyi iddia olunur – VİDEO
-
Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir?
-
Aygün Kazımova hindli qadın obrazında - FOTOLAR
-
Rusiya Odessanı tutmaqla Moldova və Rumıniya ilə sərhədə çatmaq istəyir - Zelenski
-
201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi:“Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldı
-
Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur - VİDEO
-
“R+C-TRANS“ MMC əmək hüququnu pozub - 20 min cərimələndi
-
Üç uşağı olanlar çoxuşaqlı ailə sayıla bilər - VİDEO
-
Tehranla razılaşmanın olacağına əminliyim azalıb - Tramp
-
Qaz və işıq üçün sabit aylıq tarif olacaq - VİDEO
-
Benzia “Qarabağ”dan getdi - RƏSMİ
-
“WhatsApp”da yeni funksiya - iki variant olacaq
-
“Mask Vensə görə Trampla mübahisəni dayandırdı” - “The Wall Street Journal”
-
Sumqayıtda zirzəmi bataqlığa çevrildi - sakinlər nəfəs ala bilmir!
-
“Veysəloğlu“, Mətbuat Şurası və TŞİİB jurnalistləri mükafatlandırdı - FOTOLAR
-
EDDE Globalın Beynəlxalq Təhsil Sektorundakı Fəaliyyəti və Nailiyyətlər
-
Azərbaycanda onlayn kazino - İnkişaf və Perspektivləri
-
“Nigar, ildə bir dəfə sayəmdə gündəmə gəlirsən” - Şəbnəm
-
Klinika rəhbərinin ölkədən çıxışına “stop“ qoyuldu - 600 mindən çox borcu var
-
ABŞ minlərlə miqrantı Quantanamoya göndərəcək - “The Washington Post”
-
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO
-
Salyanda fermada yanğın - 45 baş heyvan yandı
-
Hüquqi varislikdən işgüzar nüfuza qədər - Ali Məhkəmədə geniş müzakirə
-
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib - Ona bakal atdı
-
“Badamdar Hotel“in baş xəzinadarı “vergül“lə pul mənimsədi - Sevgilisinə xərclədi
-
“ABŞ və Çin ticarət razılaşması barədə razılığa gəldi” - Tramp
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Müğənni Əlikram Bayramovun qardaşı oğlu itkin düşüb - Xoşqədəm Hidayətqızı axtarır
-
Azərbaycanda uşaqlara verilən ən populyar adlar - SİYAHI
-
Qəbul imtahanın nəticələri açıqlandı - Ən yüksək balı kimlər toplayıb?
-
“Maskı bağışlaya bilərəm, amma...“ - Tramp
-
18 ildə 700 bal toplayan 116 nəfərdən biri də AMEA-ya üz tutmayıb - Niyə?
-
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO
-
Hava şəraiti dəyişəcək - Ayrı-ayrı yerlərdə leysan yağacaq
-
Övladını tibb fakültəsinə pulla düzəltdirmək istədi - 100 min itirdi
-
“Nüvə danışıqları uğursuz olarsa, ABŞ-ın regional bazalarını vuracağıq“ - İran müdafiə naziri
-
“Tramp haqqında yazdıqlarıma görə təəssüflənirəm” - İlon Mask geri çəkildi
-
Zaur Mikayılovun idarə rəisindən xəbəri var? - Əhmədağa İbrahimov əkinçilik fəaliyyəti ilə məşğuldur
-
Məmmədlidə vətəndaşın evini “sənəddə” başqası sahiblənib - FOTO
-
Beyləqanda bərpa-quruculuq işləri davam edir - FOTOLAR
-
Ən çox və ən az müharibə veteranı olan rayonlar - SİYAHI
-
Prezident bu futbolçula avtomobil hədiyyə etdi - FOTOLAR
-
Bu yay üçün bölgələrdəki otellərin qiyməti - SİYAHI
-
Gəncədə xəstəxanada oksigen balonu yanıb - Xəstələr köçürülür
-
Azərbaycanın silahlı deputatları: Tapança gəzdirənlər KİMLƏRDİ...
-
Fuad Nəcəfli Bəxtiyar Əsgərovu özünə müşavir təyin edir? - İDDİA
-
Tramp sülh gündəliyinə sadiqdir - Pentaqon rəhbəri
-
Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? - Açıqlama
-
Ölkəmizdə ən çox siqaret çəkən bölgə bilindi - səbəb
-
Kartof çatışmazlığının səbəbi siyasidir - Lukaşenko
-
Şagirdlərin ağzını “skoç”layan müəllimə XƏBƏRDARLIQ
-
Dərhal həbs olunacaqlar - Tramp xəbərdarlıq etdi
-
Türkan Gündüz niyə öldürülüb? - TƏFƏRRÜAT
-
Azərbaycanda qarpızdan zəhərlənmə halları artıb - VİDEO
-
Dünya nüvə məhvi astanasındadır - ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri
-
İyulun 1-dən bəzi ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq - VİDEO
-
Nigar Camal yenə Şəbnəm Tovuzluya lağ etdi - VİDEO
-
Aybənizin ölümündə YENİ DETALLAR - Həkimin ali təhsili olmayıb
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Binəqədi rayonunda növbəti qanunsuz tikinti - VİDEO
-
“Aİ-nin yeni sanksiyalarına “Şimal axını” qadağası daxil olacaq” - Fon der Lyayen
-
Zərərçəkənlər ifadə verdi - Vardanyanın məhkəməsi + Fotolar
-
Bu halda qazın verilməsi dayandırılacaq -Yeni qaydalar
-
Həbsdən azad etdirmək vədi verdi - Saxlanıldı
-
“Zeynəbin yaşaması üçün əlinizdən gələn köməyi əsirgəməyin!“ - MÜRACİƏT
-
Bakıda “ipoteka dələduzluğu“ - Hərbçinin 18 000 manatını necə “yedilər“?
-
Məcsiddə uşaqlara oyuncaq paylayanlar saxlanıldı - Aralarında vəzifəli şəxs də var
-
Ən böyük maaş artımı hansı rayondadır? - DSK açıqladı
-
Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ
-
Bakının bu ərazisində qaz kəsildi - “Azəriqaz” səbəbi açıqladı
-
Macarıstan Ukraynanın hərbi hissələri haqqında məlumat toplayıb - Zelenski açıqladı
-
Deputatlar daha 12 məsələni müzakirəyə çıxaracaq - SİYAHI
-
AMEA prezidentinin aylıq qazancıə nə qədərdir? - Sabiq deputat elə faktlar açıqladı ki...
-
“Holcim Azərbaycan”nın “geydirmə“ “Usta Mənəm” müsabiqəsi: qaranlıq məqam və iddialar var
-
Bakıda yenicə açılışı olan klinika satışa çıxarıldı - 15 milyon manata
-
General və zabitlərə əlavə səlahiyyət verildi - Əsgərlər, matrosları və çavuşların həbsiylə bağlı
-
Azərbaycanda uşaqların sayı kəskin azalıb - Əhali “qocalır“
-
Milli Məclisdə ailə modeli: çoxuşaqlı deputatlar, subaylar - 7 övlad atası kimdir?
-
Qazın qiymətini artıq Tarif Şurası müəyyən etməyəcək - RƏSMİ
-
Azərbaycanın səkkiz rayon və bir şəhərində əməkhaqqı azalıb - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Rahib Qəribi döyüb ayağını sındırdılar - VİDEO
-
Sabiq nazir xəstəxanaya yerləşdirildi - Açıqlama
-
Çinlə viza rejimi ləğv edildi - Prezident təsdiq etdi
-
Azərbaycanda işıq pulu sabit tariflə HESABLANACAQ
-
BDU-nun “Məzun Günü” ilə bağlı xərcləri artdı - Bu il 159 min xərclənəcək
-
17 yaşlı yeniyetmənin “ikiqat intiharı“nın sirri - TƏFƏRRÜAT
-
Hərbi Prokurorluğun şöbə rəisi işdən çıxarıldı - Yeni təyinat
-
“Ukrayna üçün ölmək istəmirik“ - Orban
-
Prezident DGK-nın yeni binasının açılışında iştirak etdi - Fotolar
-
“Çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi barədə layihə hazırlanmır“ - Nazirlik
-
Akademik Mustafa Topçubaşovun 130 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Rayonların əksəriyyətində işçilərin sayı azalıb - Tam siyahı
-
Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq - Deputat
-
Almaniyanın baş kəşfiyyatçısından ciddi xəbərdarlıq - Rusiya NATO-ya hücuma hazırlaşır...
-
Hazırda Azərbaycanda qızılcaya yoluxma var? - RƏSMİ
-
“Rusiya Qarabağı rəsmən Azərbaycanın ərazisi kimi tanıyır“ - Zaxarova
-
Azərbaycan çempionatının ən bahalı futbolçuları - SİYAHI
-
İsti havada avtomobildə texniki nasazlıq niyə yaranır? - VİDEO
-
Bu ilin ilk rübündə Naxçıvanın 4 rayonunda yeni iş yeri açılmayıb - Rəsmi
-
Sabunçu rayonu Savalan qəsəbəsində qanunsuz tikinti - Hansı məmur icazə verib?
-
126 minlik dələduzluq - amma hamı məsumdur...
-
Rəsmi Bakıdan Putinin köməkçisinin dediklərinə - Reaksiya
-
Müavinət və təqaüdlər neçə faiz artacaq? - Deputat açıqladı
-
Sənədsiz evlər üçün “əmlak amnistiyası“ tətbiq olunacaq? - VİDEO
-
“NATO 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədir“ - Baş katib
-
Ali məktəblərə qəbul olanların yarısı ixtisasından narazıdır - VİDEO
-
Çimərliklər mövsümə hazırdır? - VİDEO
-
“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev
-
Dələduz həkimlər 126 mini ödədi, azadlıqda qaldılar - TƏFƏRRÜAT
-
“28 May”da əməliyyat - 4 kiloqram heroini götürüb polisdən qaçmaq istədi
TOP 10
ARXİV