![]() |
|














Kopernikdən əvvəl dünyanın kürəşəkilli olduğunu deyən azərbaycanlı alim – Baba Nemətullah Naxçıvani
Tarix 03.09.23, 9:40 |
|

Bu və ya digər tarixi şəxsiyyətin, ya da alimin həyatı haqqında təxminən bu formatda yazılar təqdim etməklə yanaşı, texnologiyanın verdiyi imkanlarla da fərqli təqdimatlar etmək mümkündür. Əlbəttə, bir fikrin və ya məlumatın yazı formasında qarşı tərəfə çatdırılması hər zaman əhəmiyyət daşıyır. Ancaq bununla yanaşı fikirləşirəm ki, bu günə qədər Baba Nemətullah Naxçıvaninin fikirləri, əsərləri və həyatı haqqında sanballı elmi araşdırmalar aparmış həm türkiyəli, həm də yerli tədqiqatçı alimlər var ki (məsələn, Yaşar Kurt, Orxan Musaxanov, Əli Çoban, Əli İhsan Türcan və s. kimi), məhz onlardan alınmış müsahibələr əsasında sənədli bir film hazırlamaq və onun adını daha böyük kütlələrə çatdırmaq çox yerinə düşərdi. Belə əhəmiyyətli və məsuliyyətli bir işi ümid edirəm ki, televiziya kanallarından biri nə vaxtsa, öz üzərinə götürəcək. Hətta sənətin dilindən istifadə edərək, məsələn, bizi Naxçıvaninin yaşadığı dövrlərə aparacaq, bizi onunla birgə Naxçıvandan Təbrizə, oradan da Akşehirə səyahət etdirəcək, içərisində həm Naxçıvandan, həm Təbrizdən, həm də Akşehirdən səhnələrin olduğu geniş aktyor heyətinə malik filmin çəkilməsi də alimin elmi irsinin daha geniş kütlələrə çatdırılması baxımından böyük xidmət olardı.
Bir alim və üç şəhər...
Şeyx Əlvan, Baba Nemətullah, Nemətullah Sultan və Baba Nemət kimi ad və təxəllüslərlə tanınan Baba Nemətullah Naxçıvani o dövrdə elm şəhəri kimi məşhur olan Naxçıvanda dünyaya gəlmişdir. Həyatını daha çox Naxçıvanda, sonra isə Təbrizdə və Akşehirdə keçirmişdir. Gənclik dövrünü Naxçıvanda keçirsə də, sonra Təbrizə getmiş və orada olduğu dövrdə işari təfsir cəhətdən çox qiymətli olan iki cildlik tərcümə və təfsirini qələmə almışdır. Təbrizdə bir çox elm adamları ilə qarşılaşmış, Xəlvəti şeyxi Ömər Rövşəni ilə görüşmüş, ondan mənəvi dərslər almışdır. Ancaq Naxçıvanda və Təbrizdə baş verən bir sıra ictimai-siyasi qarışıqlıqlar onu daha dinc bir mühit olan və o vaxtlar Diyari-Rum adlanan bölgəyə, Akşehirə köçməyə sövq etmişdir. Naxçıvaninin bir alim kimi Təbrizdən ayrılaraq Osmanlı torpaqlarına getməsini günümüzün ifadəsi ilə beyin axını, intellektual köç və ya hicrət də adlandıra bilərik.
Naxçıvaninin 1487-ci ildə Təbrizdə ölüm döşəyində olan xəlvəti şeyxi Dədə Ömər Rövşənini ziyarət etdiyinə dair məlumatlar olsa da, Naxçıvandan Təbrizə neçənci ildə getdiyi barədə hər hansı məlumat yoxdur. Əsərlərində sufilik və ya təsəvvüf yönü qabarıq olan Naxçıvaninin Nəqşibəndiyyə təriqətinə mənsub olduğu deyilir. Belə ki, "Silsilətut-Turuq fit Təsəvvuf" əsərində Nemətullah Naxçıvaninin adı Nəqşibəndiyyə təriqətinin mühüm simalarından Ubeydullah Əhrarın (1404-1490) müridləri arasında çəkilir.
Azərbaycanın Türkiyədəki sabiq fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim (solda) və Akşehir Bələdiyyə Başçısı Salih Akkaya (sağda) Akşehirdə Baba Nemətullah Naxçıvaninin qəbrini ziyarət edərkən (2018). Bu ziyarət zamanı Baba Nemətullah Naxçıvaninin 500 il əvvəl qələmə aldığı məşhur təfsir əsəri Naxçıvaninin qəbri başında sabiq səfirə bələdiyyə başçısı tərəfindən hədiyyə edilmişdir.
İşari məna ilə Quran təfsiri
Təfsir tarixində Quran ayələrinin əvvəldən axıra qədər işari metodla təfsir edildiyi ilk təfsir Naxçıvaniyə aid edilsə də, əslində, o hər ayəyə işari məna verməyə çalışmamışdır. Üstəlik, belə bir metodu Quranın bütün ayələrinə şamil etmək də mümkün deyil. Naxçıvaninin buradakı ən bariz xüsusiyyəti zahiri məna ilə işari mənanı bir arada və məzc edərək verməsidir. O, ayələri təfsir edərkən təsəvvüfi izahlar gətirmiş, ancaq zahiri mənadan da ayrılmamışdır. Quran ayələrini işari məna ilə təfsir edərkən zahiri mənanı tamamilə diqqətdən kənarda qoymaq təfsirdə sapmalara, təhriflərə, hətta mübaliğələrə gətirib çıxara bilər. Bu baxımdan ayələri işari metodla təfsir edən sufi alimlər verdikləri bu mənanın ayənin zahiri mənasına zidd olmamasına çalışmış, məntiqi əsasa malik olmasına diqqət yetirmişlər.
Quran ayələrini izah və şərh edərkən qəlbə gələn bir ilhamın doğruluğunu iki adil şahidlə, yəni, Quran və hədislə təsdiq etmədikcə, onu doğru qəbul etməmək sufi alimlərin ümumi görüşü və prinsipi olmuşdur. Bu mənada işari təfsirə müraciət edən sufi alimlər zahiri təfsiri inkar etməmişlər. Hətta işari təfsir zahiri təfsirin əvəzedicisi və ya alternativi kimi də təqdim olunmamışdır.
Təfsirində heç bir mənbədən istifadə etməməsi...
Baba Nemətullah Naxçıvani yaxşı mədrəsə təhsili almış, İslami elmlərə dərindən yiyələnmişdir. Xüsusilə, "Fəvatihül-ilahiyyə vəl məfatihül qeybiyyə" adlı təfsiri onun elminin bariz nümunəsidir. Naxçıvaninin bu təfsiri qələmə alarkən başqa bir mənbəyə istinad etmədiyini bəyan etməsi isə təfsirin dəyərini daha da artırır. Bu cümlədə məqsəd odur ki, təfsirin yazılma mərhələsində müəllifin yanında konkret hansısa əsər olmayıb. Əks halda, müəllifin təhsil həyatı boyu oxuduğu kitablardan, əzbər bildiyi elmlərdən əldə etdiyi məlumatlar təbii ki, onun bu təfsir çalışmasında öz əksini tapır.
Baba Nemətullah Naxçıvani təfsir əsərini Təbrizdə qələmə almağa başlamış və 1497-ci ildə Ramazan ayında tamamlamışdır. Nəqşibəndiyyə təriqətinə mənsub olan Naxçıvaninin bütün əsərlərində mənsubu olduğu təriqətin izlərini görmək mümkündür.

Professor Yaşar Kurtun 1998-ci ildə qələmə aldığı “Nimetüllah Nahcivani ve tasavvufi tefsiri” başlıqlı elmi əsəri Azərbaycan dilinə “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” başlığı ilə tərcümə edilmişdir.
Təfsirində dövrünü aşan məlumatlar verməsi...
Baba Nemətullah Naxçıvani bir təfsir əsəri qələmə alsa da, onun bu əsəri dəqiq elmlər baxımından da çox maraqlıdır. Beş yüz il əvvəl Ayın işığını Günəşdən aldığını, Günəş təqvimi ilə Ay təqvimini qarşılaşdıraraq, aralarındakı fərqin hər yüz ildən bir üç il olduğunu, yağışın qatılaşmış buxardan və ağırlaşan buluddan meydana gəldiyini, hətta dağların hərəkətdə olduğunu söyləməsi də böyük maraq doğurur. Xüsusilə, Nikolay Kopernikdən (1473- 1543) əvvəl dünyanın yuvarlaq olduğunu və Günəş ətrafında fırlandığını söyləməsi də o dövr üçün çox dəyərli məlumatlardır.
Nə üçün ona "baba" ləqəbi verilmişdi?
"Baba" sözü türk və fars dilində "ata" mənasında işlədilir. Sufilər şeyxi dərvişin mənəvi atası hesab etdikləri və dərvişin təriqətə daxil olmasını ikinci doğuş kimi qəbul etdikləri üçün ona "baba" deyirdilər. Tarixi mənbələrdə o dövrdə Təbrizdə yaşayan və "baba" ləqəbi daşıyan 70 dərvişin olduğu qeyd olunur. Baba Nemətullah Naxçıvani də bu ləqəblə tanınan böyük sufi və mütəsəvviflərdən biridir.

Əsərlərini hansı dildə qələmə almışdı?
Yaşadığı Naxçıvan, Təbriz və Akşehirin tarixi türk torpaqları olması, İran mənbələrində iranlı olanların xüsusilə qeyd edilməsinə baxmayaraq, ondan bəhs edilərkən milliyyətinin qeyd edilməməsi Baba Nemətullah Naxçıvaninin türk soylu olduğuna dəlalət edir. Sadəcə olaraq, o dövrdə elm dili ərəb dili olduğu üçün digər türk mənşəli alimlər əsərlərini ərəbcə və ya farsca qələmə aldıqları kimi Baba Nemətullah Naxçıvani də əsərlərini, o cümlədən öz işari təfsiri olan "Fəvatihül-ilahiyyə" əsərini ərəb dilində qələmə almışdır. Təfsirin 1498-ci ildə tamamlandığını nəzərə alsaq, onun bu günkü ərəb dili ilə deyil, beş əsr əvvəlki ərəb dili ilə yazıldığını anlayarıq. Bu səbəbdən də, Naxçıvani təfsirində bəzi qədim ərəb sözlərini işlətmişdir. Lakin buna baxmayaraq bəlağət və fəsahətlə dolu olan bu əsər təfsir, təsəvvüf, həmçinin, başqa dini elmlər sahəsində olan şəxslər üçün də mühüm bir əsərdir. Son illər Kayseridə imam-xətib liseyində müəllim kimi fəaliyyət göstərən Əli İhsan Türcanın Naxçıvaninin təfsir əsərini ərəb dilindən türk dilinə "Naxçıvani Təfsiri" adı ilə tərcümə etməsi də bu baxımdan çox maraqlı faktdır.
Dövründə yaşanan sosial hadisələrə münasibət bildirməsi...
Naxçıvanidən təxminən yarım əsr sonra yaşayan Osmanlı alimi Taşköprüzadə çox dəyərli təfsir əsəri, həmçinin, bir çox başqa dəyərli əsərləri olmasına baxmayaraq, alim haqqında çox az məlumat olmasını onun yoxsulluğu var-dövlətdən üstün tutmasında və şan-şöhrətdən qaçaraq gizlənməsində görür. Taşköprüzadə Naxçıvani haqqında "O özünü gizləməyi sevirdi" ("Kənə yuxfi nəfsəhu") ifadəsini işlədir. Naxçıvani əsərlərində rüşvət müqabilində fətva verən və dünyəvi işlərin arxasınca gedən fəqihləri, müsəlmanları bidətlərə, batil inanclara sürükləyən saxta şeyxləri də sərt şəkildə tənqid edirdi. Çünki Naxçıvani təfsirini qələmə aldığı dövdə sadalanan bu hadisələr bütün canlılığı ilə yaşanırdı. Naxçıvani də öz dövründə yaşanan bu cür sosial hadisələrə diqqət çəkir, öz münasibətini bildirirdi.
Təbrizdən Akşehirə köç etməsi...
Ehtimal olunur ki, Naxçıvani Ağqoyunlu hökmdarı Sultan Yaqubun ölümündən sonra taxt-tac davalarına səhnə olan, həmçinin, Səfəvilərin hücumlarına məruz qalan Təbrizi tərk etmək məcburiyyətində qalmış və 1499- cu ildə Anadoluya gəlmişdir. O dövrdə Karaman vilayətinə, günümüzdə isə Konyaya bağlı olan Akşehirdə məskunlaşmış, vəfat tarixinə qədər 15 il irşad fəaliyyəti ilə məşğul olaraq 1514-cü ildə burada dünyasını dəyişmişdir. Naxçıvaninin əsərlərinin demək olar ki, hamısı təsəvvüflə bağlı olsa da, fiqh, hədis, fəlsəfə, kəlam, əqaid və s. kimi müxtəlif elm sahələrinə aid məsələlərə də toxunmuşdur. Hazırda Türkiyədə, Akşehir şəhərində küçələrdən biri onun adını daşıyır; şəhər mərkəzində isə Baba Nemətullah Naxçıvaninin adını daşıyan məscid və orta məktəb (imam-xətib liseyi) fəaliyyət göstərir.


Fraza jurnalı,
Abid Öməroğlu
Xəbərin oxunma sayı : 802
Maraqlı
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV