![]() |
|


645.jpg)






8.jpg)




KTMT Qazaxıstanda işğalçı statusu qazanır - Putin və Lukaşenko vəziyyətdən çıxış yolları axtarır...
Tarix 07.01.22, 23:20 |
|

KTMT Qazaxıstanda işğalçı statusu qazanır - Putin və Lukaşenko vəziyyətdən çıxış yolları axtarır...
Qərb siyasi dairələri KTMT-nın Qazaxıstana qoşun yeritməsini bu ölkəyə qarşı xarici intervensiya kimi qəbul edir
Tokayevin dili ilə gündəmə gətirdikləri terrorçular ilə bağlı iddialara heç kim inanmır
Macarıstan və Çexoslovakiya faciələrinə eyham vurulduğunu nəzərə aldıqda, Rusiyanın beynəlxalq hüquq qaydasında çıxılmaz vəziyyətə düşdüyü şübhə doğurmur...
Qazaxıstanda nə baş verir? Bu Türk dövlətlərini kimlər qarışdırdı? Əsas hədəfləri və məqsədləri nədən ibarətdir? Qazaxıstanın müstəqilliyinə təhlükə mövcuddurmu?
Belə sualların sırasını daha da genişləndirmək olar. Çünki, hələlik birmənalı cavabı olmayan suallar həddindən artıq çoxdur. Və Qazaxıstanın gələcək taleyi baxımından, bütün suallara inandırıcı cavabların tapılması olduqca vacibdir.
Ancaq artıq bəzi məqamlara diqqət etdikdə Qazaxıstan faciəsinin əvvəlcədən hazırlanmış plan əsasında törədildiyini anlamaq o qədər də çətin deyil. Çünki, plan nə qədər dəqiq hazırlanmış olsa belə, ziddiyyətli məqamlar kifayət qədərdir. Və planın icrası nəticəsində bəzi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu da inkaredilməz reallıqdır.

Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) aid hərbi qüvvələrin Qazaxıstana yeridilməsini əsaslandıracaq hüquqi bazada olduqca ciddi boşluqlar mövcuddur. Çünki, KTMT hərbi blokdur və üzv dövlətləri xarici müdaxilədən müdafiə etmək məqsədilə yaradılıb. Qazaxıstana isə hər hansı xarici hərbi müdaxilə faktı qeydə alınmayıb.
Belə vəziyyətdə KTMT qoşunlarının Qazaxıstana yeridilməsinin özü elə bu dövlətə qarşı hərbi müdaxilə xarakteri daşımış olur. Yəni, beynəlxalq hüquq normaları baxımından, Qazaxıstan əslində, hazırda KTMT tərəfindən törədilmiş hərbi intervensiya ilə üzləşib. Və bu baxımdan, KTMT-nın, o cümlədən də, Rusiyanın bu hərbi intervensiyaya hüquqi don geyindirməsi o qədər də asan olmayacaq.
Düzdür, KTMT Qazaxıstana qoşun yeridilməsini quruma üzv olan bu ölkənin prezidenti Kasım-Jomert Tokayevin müraciəti ilə əsaslandırmağa çalışır. Ancaq prezident K.J.Tokayevin Qazaxıstan dövləti adından belə taleyüklü qərar qəbul etmək səlahiyyəti də mübahisə mövzusudur. Çünki, K.J.Tokayev xalq tərəfindən deyil, sadəcə, Qazaxıstan parlamenti tərəfindən seçilmiş prezidentdir.
Digər tərəfdən, hətta K.J.Tokayev xalq tərəfindən seçilmiş prezident olsaydı belə, onun müraciəti hüquqi mübahisələr doğuracaqdı. Çünki, Qazaxıstan dövlətinin taleyinə yalnız bir nəfər qərar verə bilməz. Yəni, KTMT qoşunlarının Qazaxıstana çağırılmasına yalnız ölkə parlamenti tərəfindən qərar verilə bilərdi. Və bütün bunların heç birisinə əhəmiyyət belə, verilməyib.

Nəticədə hazırda KTMT qoşunları Qazaxıstanda xarici işğalçı hərbi qüvvələr statusu qazanmış durumdadır. Bu reallığı Kremldə də artıq anlamağa başlayıblar. Hətta vəziyyətdən çıxış yollarının axtarıldığı da açıq-aşkar nəzərə çarpır.
Məsələ ondadır ki, Qazaxıstan faciəsini sadəcə, kənardan müşahidə etməklə kifayətlənən Qərb siyasi dairələri artıq hərəkətə gəlməyə başlayıblar. İndi Qərb siyasi dairələri KTMT qoşunlarının Qazaxıstana yeridilməsinə hüquqi əsasların olub-olmadığını araşdırmaq niyyətindədir. İlk reaksiyaya əsasən yaxın vaxtlarda KTMT və Rusiyanın Qazaxıstanı işğal etməkdə suçlanacağı artıq qətiyyən şübhə doğurmur.
Təbii ki, Kremldə belə bir təhlükənin real olduğunu anlayırlar. Ona görə də, Kremlə yaxın siyasi dairələr ciddi şəkildə əl-ayağa düşüblər. Və törədilmiş beynəlxalq hərbi cinayətə haqq qazandırmaq üçün müxtəlif variantları sınaqdan çıxarırlar.
Qərb siyasi dairələrinin israrlı susqunluqdan sonra məhz KTMT və Rusiyanı ən zəif, həm də müdafiəsiz yerdən vurmağa hazırlaşması Kremli qıcıqlandırır.
Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçevin açıqlaması isə əsl skandaldır.O, deyib ki, Qərbin KTMT qoşunlarının Qazaxıstana yeridilməsinin qanuni olub-olmadığını yoxlamaq üçün əsasları yoxdur: "KTMT-ya daxil olmayan ölkələrin bu qurumun üzvlərinin davranışlarını təftiş etmək hüququ yoxdur".

K.Kosaçevin unutduğu önəmli bir məqam var ki, KTMT beynəlxalq hüquq normalarını tənzimləyən qurum deyil. Eyni zamanda, KTMT dünyada, eləcə də postsovet məkanında istədiyi kimi davrana bilməz. Nəhayət, nə KTMT, nə də onun təmsil etdiyi Rusiya BMT-nin beynəlxalq funksiyalarını mənimsəyə bilməz.
Qazaxıstan isə BMT-nin üzvü olduğundan bu ölkədə baş verən bütün hadisələr və proseslər BMT Təhlükəsizlik Şurasının təftişinə məruz qala bilər. Yəni, dünya Rusiyanın istədiyi kimi idarə olunmur.
Belə anlaşılır ki, KTMT-nın Qazaxıstana qoşun yeritməsi beynəlxalq hüquqa zidd olduğundan yaxın vaxtlarda Rusiyanın buna görə başı ağrıyacaq. Bu xarici intervensiya faktından Rusiyanın beynəlxalq rəqibləri Kremlə qarşı istifadə edəcəklər. Hətta Rusiyanın ciddi beynəlxalq sanksiyalara məruz qala biləcəyi də qətiyyən istisna deyil.
Ona görə də, Kremlə yaxın siyasi dairələr KTMT-nın Qazaxıstana qoşun yeritməsinin beynəlxalq hüquq qarşısındakı məsuliyyətini başqalarının üzərinə yükləməyə çalışır. Hətta belə iddialar da yayılıb ki, guya bu addımın atılmasına qərar Kreml tərəfindən verilməyib. Əksinə, Belarus prezidenti Aleksandr lukaşenko şəxsən Kreml sahibi Vladimir Putinə zəng edərək, Qazaxıstana KTMT qoşunlarının yeridilməsi ilə bağlı təzyiq göstərib. Halbuki, hazırda Belarus prezidentinin nəfəs almaq üçün belə, Kreml sahibindən icazə aldığını bütün dünya bildiyindən bu "nağıllara" heç kim inanmaz.
Belarus prezidenti Aleksandr Lukaşenko isə Qazaxıstanda baş verənləri xarici müdaxilə ilə izah etməyə çalışır: "Bu, xarici müdaxilə cəhdi idi. İndi bunun arxasında kimin dayandığını aydınlaşdırmaq lazımdır".
Təbii ki, "Batka" Qazaxıstan faciəsinin arxasında kimin dayandığını hamıdan yaxşı bilir. Necə ola bilər ki, KTMT Qazaxıstana qoşun yeridərkən xarici müdaxilənin olduğunu dəqiq bilir, ancaq bu hərbi bloka aid əsgərlərin kimə qarşı vuruşacağından xəbəri yoxdur.
Böyük ehtimalla "Batka" da çox təhlükəli oyunun içinə salındığını anlayır. Ona görə də, belə ikibaşlı və ziddiyyətli açıqlama ilə özünü gələcək sanksiyalardan sığortalamağa çalışır. Və çətin məqamda bütün günahı əsas ortağı olan Rusiyanın üzərinə yükləmək üçün əl yeri qoyur.

Məsələ ondadır ki, Qazaxıstan prezidenti K.J.Tokayevin dili ilə gündəmə gətirdikləri terrorçular ilə bağlı iddialara heç kim inanmır. Çünki, indiyə qədər hansısa xarici ölkədən Qazaxıstana daxil olmuş terrorçularla bağlı heç bir sübut tapa bilməyiblər. Halbuki, Qazaxıstanı Rusiyaya təslim etmiş prezident K.J.Tokayev 20 min terrorçudan bəhs edir. Və bütün bu iddiaların ona Kremldən təlqin edildiyi isə qətiyyən şübhə doğurmur.
Ancaq KTMT və Rusiyanın təbliğ etdiyi terrorçu variantı hələlik Moskvada yaşayan ruslara belə, inandırıcı gəlmir. Rusiyalı politoloq Maksim Şevçenkonun açıqlaması da bunu təsdiqləyir: "Əlbəttə ki, Qazaxıstanda zorakılıq olub. İğtişaşları və zorakılıqları isə yalnız iki qüvvə təşkil edə bilərdi. Bu, ya kriminal qüvvələrin, ya da xüsusi xidmət servislərinin əməlidir. Mən postsovet məkanında kriminal sistemin xüsusi xidmət servislərinin nəzarətindən kənar fəaliyyət göstərdiyinə qətiyyən inanmıram. Ona görə də, iğtişaşların nəzarətdən baş verməsi mümkün deyil. Mən əminəm ki, bütün bu hadisələr dəqiq şəkildə idarə olunurdu".

Göründüyü kimi, Qazaxıstanda baş verənlərə yanaşma birmənalı xarakter daşıyır. Bu ölkəyə kənardan müdaxilə olub və böyük ehtimalla Qazaxıstan prezidenti K.J.Tokayev də əvvəlcədən məlumatlandırılıb. Ona görə də, kənar müdaxilənin arxasında kimin dayandığını məhz elə həmin Qazaxıstana qoşun yeridən KTMT daxilində axtarmaq lazımdır. İndi KTMT öz qoşunlarının Qazaxıstanın daxili işlərinə qarışmayacağını, sadəcə, sülhməramlı missiya kifayətlənəcəyini bəyan etsə, intervensiya faktı inkaredilməz reallıqdır.
Qoşunları işğalçı hərbi qüvvə durumuna düşən KTMT buna görə mütləq hüquqi məsuliyyət daşıyır. Qərb siyasi dairələrinin Qazaxıstanda baş verənləri Macarıstan və Çexoslovakiya faciələri ilə müqayisə etdiyini nəzərə alsaq, yaxın vaxtlarda həm Rusiyanın, həm də KTMT-nın digər üzvlərinin beynəlxalq sanksiyalara tuş gələcəyi qətiyyən istisna deyil. (musavat.com)
Xəbərin oxunma sayı : 1069
loading...
Analiz
Xəbərlər
-
Arvadının yoxa çıxdığını iddia etdiyi şəxsdən açıqlama: “İtməmişəm”
-
“QMİ bu qiymətlərlə insanları Həccə həsrət qoyacaq” - Qurum 5800 manat əlavə pul alır?
-
“İsraillə iqtisadi əlaqələr çox sıx şəkildə inkişaf edir” - Çavuşoğlu
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Əli Abdullayev işdən çıxarıldı - Nazirlikdən açıqlama
-
Zakir Həsənov Səlcuq Bayraktar ilə görüşdü - FOTO
-
Prezident daşınmaz əmlakla bağlı daha bir fərman imzaladı - DETALLAR
-
Bayraktar “MiQ-29”la Bakı səmasında - “Akıncı”nı müşayiət etdi - VİDEO
-
“Şou-biznesdə hamıda “həcidir“, məndə rəisdir“ - Müjgan (VİDEO)
-
“Neft sektoru üzrə büdcə ödənişləri azalıb” - Vüqar Gülməmmədov
-
“Büdcədən kinoya ayrılan pula ancaq cizgi filmi çəkmək olar” - Deputat
-
“Associated Press”in şərhi: QUAD, yoxsa “Asiya NATO-su”?
-
“Saxta qazilər“ kimlərdir və nə istəyirlər? - ARAŞDIRMA
-
2 il günahsız həbsdə qalan şəxs necə azadlığa çıxdı? - DETALLAR
-
“Azərbaycanda qazın qiyməti heç nədir“ - Samir Şərifov
-
Balaca Ayxanın sizin köməyinizə ehtiyacı var - FOTO
-
“Dönər kababı olacaqsa, Türkiyəyə səfər edərəm” - İsrailin XİN başçısı
-
144 saylı baxçanın müdiri yarım milyonluq villanı hansı pulla tikdirib? - FOTOSƏNƏD
-
“Qiymətlərə yenidən baxılmalıdır“ - Vahid Əhmədov
-
“Yüksək, misli görünməmiş inflyasiya təzyiqləri yaranıb” - Nazir müavini
-
“İşaxtaranların təxminən 80 faizi işlə təmin oluna bilmir“ - Deputat
-
Ərdoğan İlham Əliyevə məktub göndərdi: “Regionumuzda sülhün və sabitliyin ən böyük təminatçısı...“
-
Azərbaycanda qarın hündürlüyü 20 santimetrə çatıb - FAKTİKİ HAVA
-
Nazirin dostu Bərdə DSMF-də “bazar“ açıb: Vidadi Kərimov kimdir?
-
Əsirlikdə olan “Azov“ döyüşçülərinin başlarına nələr gəlib? - Komandirləri danışdı
-
“Şimali Koreya nüvə silahının sınağına hazırlıq görür“ - Cənubi Koreya
-
Azərbaycanda Rusiya rublunun məzənnəsi 3 qəpiyi keçib - 4 ildən sonra
-
Rektor təyin etmək üçün 150 min manatını aldı: Sabiq vəzifəli şəxsin cinayət əməlləri
-
Deputatlar bu tarixdə toplanır: daha 17 məsələ müzakirə olunacaq - SİYAHI
-
Azərbaycan gömrüyündə “Səfər dəhlizi“
-
Operativ Qərargahın qərarı problemlər yaradır - Şadlıq sarayı işlədənlər bezib
-
Telefonların qeydiyyat rüsumu ləğv edilib? - Açıqlama
-
Azərbaycanda köhnə avtomobillər utilizasiyaya göndəriləcək - Sahiblərinə pul veriləcək + VİDEO
-
“Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir“ - Britaniya kəşfiyyatı
-
Keçmiş prezident belə saxlanıldı - VİDEO
-
Yevlaxda sərnişin mikroavtobusu traktorla toqquşub - 10-dan çox xəsarət alan var
-
Əhalinin banklara kredit borcu artıb - VİDEO
-
Ulduzlar gecədə bir araya gəldi - Fotolar
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Avtoşluq edən əsgərin atası vəzifəli şəxs imiş - Təfərrüat
-
Nazirlik “Mcdonalds”ı məhkəməyə verdi – Səbəb
-
Azərbaycanda hər saatda 4 nəfər boşanır - “Gənclər söz eşitmək istəmir“
-
Yeni təyin olunan nazir müavinləri kimlərdir? - FOTO
-
Mövlam Şıxəliyevin səs yazısı açıqlandı... - Məhkəmədə ara qarışdı
-
“Putin milyonlarla insanı acından qırır“–“Vaşinqton Post”
-
Rəşad Nəbiyevə daha iki müavin təyin olundu - Sərəncam
-
Su İdmanı Sarayının direktoru işdən çıxarıldı - Yeni direktor təyin olundu + FOTO
-
100-ə yaxın şəhid ailəsi və qazi üçün bizneslər yaradıldı - FOTO
-
Cavid Qurbanov vəzifəsindən azad edildi - Nazir müavini təyin olundu
-
“Bakıda istirahət edirəm” - Əbülfəs Qarayev
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
Bakının bu qəsəbəsindən 4 qızı aparıb xaricdə SATDILAR
-
Delimitasiyası üzrə komissiyanın ilk görüşü keçirildi - Növbəti görüş Moskvada...
-
Azərbaycanda kişi keçmiş sevgilisi ilə qaçdı: Arvadı boşanmaq üçün ərini axtarır - VİDEO
-
Prezidenti İlham Əliyev Bağdad Amreyevi qəbul edib - Nələr müzakirə olunub?
-
Daha bir rus generalı öldürüldü - Rusiyaya məxsus Su-25 məhv edildi
-
Füzuli-Hadrut avtomobil yolunun tikintisi davam etdirilir - FOTO
-
“Heç bir NATO ölkəsi Türkiyə qədər terror hücumlarına məruz qalmayıb” - Baş katib
-
Tahir Əmiraslanov Orxan Fikrətoğlunun təyinatı haqda - “Düşüncələrimiz uyğun gəlmir...“
-
Səlcuq Bayraktar Bakıya gəldi - FOTO
-
Vilyam Hacıyevin üzərinə həbs qoyulmuş əmlaklarının TAM SİYAHISI
-
“Poz, qazan” kimi oyunlara aludə olmaq problemlərə səbəb olan nəticələr doğura bilər - AÇIQLAMA
-
Bayden Tokiodan Pekini hədələdi - Böyük savaş olacaqmı?
-
Azərbaycandan Həcc ziyarəti üçün qiymət 9 106 manatdır - Sənəd qəbulu başlayır
-
Rusiya qoşunu daha bir şəhəri ələ keçirdi - Donetsk vilayətində
-
Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı – VİDEO
-
“Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı Türkiyə ilə razılaşacaq“ - Pentaqon
-
Müğənninin sinə dekoltesinə görə ifasını yarımçıq kəsdilər - VİDEO
-
“Türkiyə ilə İsrail arasında normallaşma mərhələsi başlayıb” - Çavuşoğlu
-
Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
20 % işğal, 13 milyard dollarlıq itki - Nüfuzlu nəşr son rəqəmləri açıqladı
-
Cahangir Əsgərovun həyat yoldaşı 5,3 min kvadrat metr sahəsi olan obyekt tikdirir - FOTOLAR
-
Moldovanın sabiq prezidenti həbs edildi - Dövlətə xəyanət ittihamı ilə
-
Göygölün həkimsiz, dərmansız, təmirsiz qalan tibb məntəqəsi - VİDEO
-
Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb - VİDEO
-
Əjdər Ol əfv üçün müraciət edə bilməz - Vəkilindən açıqlama
-
Xəzərdə balıqların sayı 10 dəfə azalıb - Balıqartırma zavodları niyə işləmir?
-
Məscidlərdə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib - SİYAHI
-
“Avtoxuliqanlıq edən əsgər hərbi hissəni özbaşına tərk edib“ - Müdafiə Nazirliyi məlumat yaydı
-
İTV-yə baş direktor seçilib - FOTO
-
Vilyam Hacıyevin mənzili və xidməti otağından 6,3 milyon manat götürülüb - İTTİHAM AKTI
-
İranda növbəti böhran baş qaldırır – “Vaşinqton Post”
-
Meymunçiçəyinə qarşı peyvənd: Dünya dövlətləri ehtiyat toplayırlar
-
Yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
-
“Rusiya Donbasdakı əməliyyatların intensivliyini artırıb“ - Britaniya kəşfiyyatı
-
“Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik” - Prezident İlham Əliyev
-
Bakıda keçmiş işçisi şirkət rəhbərini aldatdı: 32 min manat aldı
-
“Whatsapp” messencerinə yeni funksiya gəlir - FOTO
-
“Efiri tərk et, qalan pulu ödəyəcəm“ - Elzanın oğlu
-
İngiltərədə mövsümün rəmzi komandası - Ronaldo yoxdur
-
“Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur” - Türkiyə lideri
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
-
“Kiçik qığılcımın” yaratdığı böyük təhlükə – III Dünya Müharibəsi hər an başlaya bilər
-
Fermerlərin çəltik əkini problemi: Onların hansı çatışmazlıqları var?
-
Ərdoğan İsveç və Finlandiyaya: “Artıq seçim etməlidirlər”
-
Tarix-mədəniyyət abidələri özəlləşdirilə bilər? - AÇIQLAMA
-
“Nar” abunəçiləri rəqəmsal xidmət kanallarına üstünlük verir
-
Həbsdəki MTN generalı zərərçəkəni pulla ələ almaq istəyib - SENSASİON İFADƏ
-
Əsgərlikdə ola-ola Bakıda “avtoşluq“ etdi - İş adamının oğlu tutuldu + VİDEO
-
“Azərbaycan futbolunu yaxşı heç nə gözləmir” - Qurban Qurbanov
-
Ceyhun Bayramovla Lavrov telefonda danışdı: “Bölgədəki vəziyyət və...“
-
Hacıbala Abutalıbovun oğlunun dəbdəbəli oteli - Bir gecəsi 35 min avro!
-
Bakının mərkəzi küçələrindən biri bağlanır - Vətəndaşların nəzərinə
-
“Azərbaycan Avropaya qaz nəqlini artırmağa hazırdır” - Mikayıl Cabbarov
-
Prezidentdən Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə bağlı SƏRƏNCAM
-
Əfv Komissiyasının iclasları yekunlaşdırıldı - 600-dən çox məhbusun sənədi İlham Əliyevə göndəriləcək
-
Rəsul Çunayev Azərbaycanı tərk edir: “Ailəmi dolandırmalıyam“
-
Bazarda 3, marketdə 8 manata olan badımcan - VİDEO
-
“Qlobal aclıq təhlükəsini biz yox, sanksiyalar yaradır“ - Peskov
-
Cahangir Əsgərovun qızının da 30 milyondan çox borcu var – FAKTLAR
-
Süd və süd məhsulları alarkən diqqətli olun - VİDEO
-
“Bacım oğlunun Ukraynada həlak olması doğrudur, özüm isə…” – Rüstəm Muradov danışdı
-
İqtisadiyyat Nazirliyində yeni idarə rəisi təyin olundu - Dosye + FOTO
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“Rövşən Oğuz Qrup“ MMC-nin arxasında hansı məmur dayanır?
-
Atası Səlim Müslümovun səhhəti haqda danışdı - “Dünəndən ağlayırıq”
-
“Qarabağ”ın ÇL-də rəqibləri hansı komandalar ola bilər? - 3 turnirə 233 komanda qatılacaq
-
Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Rus sülhməramlıların sabiq komandanı yaralandı - Bacısı oğlu öldürüldü + FOTO
-
Keçmiş məhkum polisdən qaçmaq istədi: Atəş açıldı
TOP 10
ARXİV