|
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Azərbaycanın ən varlı şirkətləri: milyardlara sahib olanlar kimdir?
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
ABŞ OCCRP-ni maliyyələşdirib və layihə rəhbərliyini təyin edib - Araşdırma
86 milyon manatı ölkəyə qaytarmayanlar ifşa edildi - Həbs olundular
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
Bakı və Ankaradan İrəvana ultimatum - Zəngəzurla bağlı...
Azərbaycan Haaqa Məhkəməsinə müraciət etdi - Ermənistanla bağlı
143 milyon taladılar, 38 milyon ödədilər - Mənimsədikləri pulları qaytarmırlar
“Əgər biz cəngəlliyiksə, onda işlərimizə qarışmayın “ - Prezidentdən ağır ittihamlar
“Azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər“ - Prezident xalqa müraciət ünvanladı
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
Maaş və pensiya artımı: kimlər sevinəcək - AÇIQLANDI
Tarix 03.10.24, 9:17 |
|
Qocalığa görə sosial müavinətin məbləğinin azlığı ciddi müzakirə mövzusudur
Azərbaycanda minimim əmək haqqı və pensiya məbləğinin artırılacağı xəbəri ilə bağlı müzakirələr davam edir. Artıq məlumat verilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər iki göstəricinin artırılması ilə bağlı təkliflərini noyabrın 1-dək hökumətə təqdim ediləcək.
Hazırda əsas müzakirələr artımın həcmi ilə bağlıdır. Hamını düşündürən əsas məqam minimum əmək haqqı və pensiyalarda artımın nə qədər olacağıdır. Qeyd edək ki, hər iki göstərici sonuncu dəfə 2023-cü ilin yanvarında artırılıb. Prezident İlham Əliyevin 5 yanvar 2023-cü ildə imzaladığı sərəncamla minimum əmək haqqı 300 manatdan 345 manata, minimum pensiyalar isə 240 manatdan 280 manata qədər artırılıb. Bu iki artımın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə olaraq 700 milyon manatın xərclənəcəyi nəzərdə tutulurdu.
İqtisadçı-alim, Milli Məclisin üzvü Vüqar Bayramov hesab edir ki, minimum əmək haqqı məbləği artırılarkən 2023-2024-cü illərdə Azərbaycanda istehlak qiymətlərinin artım faizi nəzərə alınmalıdır: “Minimum əmək haqqı artırılan zaman əvvəlki dövrlər üzrə təcrübənin nəzərə alınacağı istisna deyil. Minimum əmək haqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə son 5 ildə minimum əmək haqqı 2.7 dəfə artırılıb. Bu baxımdan, minimum əməkhaqqında yeni artım zamanı iki meyardan istifadə oluna bilər. Ötən müddətdə qeydə alınan inflyasiya səviyyəsi və ya həmin dövrdə nominal orta aylıq əməkhaqqındakı artım faizi. Minimum əməkhaqqının sonuncu dəfə 2023-cü ilin yanvarında artdığını nəzərə alsaq, ötən və builki illər üzrə qiymət artımlarının nəzərə alınması önəmlidir. 2023-cü ildə inflyasiya səviyyəsi 8,8, orta aylıq əməkhaqqındakı artım 11.3 faiz olub. Builki nəticələr 2024-cü ilin sonuna doğru dəqiqləşəcək”.
V.Bayramov qeyd edib ki, 2024-cü ildə həm qiymət artımları, həm də nominal orta aylıq əməkhaqqının dəyişməsi qeydə alınıb: “Bu baxımdan, kumulativ baxıldıqda söhbət daha yüksək rəqəmlərdən getməlidir. Bu o deməkdir ki, 2023 və 2024-cü illər üzrə meyarların orta cəmi nəzərə alınmaqla minimum əməkhaqqında daha yüksək artım reallaşa bilər. Yəni bu halda söhbət iki rəqəmli artımdan gedir”.
Əksər ekspertlər minimum əmək haqqı məbləğinin 400 manata qaldırılacağını daha real hesab edirlər. Minimum pensiyaların isə 320 manata qədər artırılmasını gözləyirlər.
2025-ci il üzrə dövlət büdcəsinin Maliyyə Nazirliyi tərəfindən açıqlanan ilkin göstəricilərinə əsasən gələn il dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. 2024-cü ildə bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, il gələn sosial xərclər 14 faiz artırılacaq.
Minimum əmək haqqı və pensiya artımlarından nə qədər insan yararlana biləcək? Bununla bağlı dəqiq rəqəm yəqin ki, 2025-ci ilin yanvar ayında məlum olacaq, çünki ölkədə muzdla çalışanların sayı hər ay dəyişir. Dövlət Statistika Komitəsinin açıqladığı son məlumata əsasən 2024-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 759,0 min nəfər olub. Onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2023-cü il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 706,5 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891,7 min nəfər, qeyri-dövlət sektorunda isə 814,8 min nəfər təşkil etmişdi. Bu isə o deməkdir ki, muzdla - yəni rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayında 52,5 min nəfər artım qeydə alınıb.
Hazırda muzdla çalışanların neçə nəfəri minimum əmək haqqı artımından bəhrələnə biləcək? Bu, daha çox dövlət sektorunda çalışanların sayından asılıdır. Çünki bu sektorda çalışanların mühüm hissəsinin əmək haqlarının hesablanmasında minimum əməkhaqqından istifadə olunur. 2023-cü ilin yanvarındakı artım zamanı dövlət sektorunda çalışan 450 min nəfərin əməkhaqqında müsbət dəyişiklik qeydə alınmışdı. Eyni zamanda özəl sektorda müqavilə ilə işləyənlərin 250 min nəfərinin maaşında artım olub.
V.Bayramovun sözlərinə görə, minimum əmək haqqındakı artım mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda minimum maaş alan işçilərin hamısını əhatə edir: “Deməli, gözlənilən artımlar həmçinin özəl sektora da şamil olunur. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz. Sadəcə, artımlar özəl sektorda hazırda minimum maaş alanlara şamil olunacaq. Məsələn, əgər vətəndaş özəl sektorda çalışıb 345 manat maaş alırsa, minimum əməkhaqqındakı artım ona şamil olunacaq. Minimum əməkhaqqında nə qədər artım olacaqsa onun maaşı ən azı o qədər artmalıdır.
Bununla yanaşı, əgər özəl sektorda çalışan şəxsin maaşı minimum əməkhaqqının yeni artımından sonra yaranan məbləğdən də çoxdursa bu halda artıq orada dəyişiklik sahibkarın qərarından asılıdır. Məsələn, əgər özəl sektorda çalışan vətəndaş 800 manat maaş alırsa, minimum əməkhaqqındakı artımdan sonra onun gəlirinin artırılması birbaşa sahibkardan asılı olacaq. Minimum əmək haqqı dəyişikliyi özəl sektorda yalnız minimum səviyyədə maaş alanlar üçün icbaridir. Daha yüksək maaş alanların əməkhaqları həmin sahibkarlıq subyektinin öz qərarından asılıdır. Bununla belə, minimum əməkhaqqındakı gözlənilən artım, inflyasiya səviyyəsini də nəzərə alaraq özəl sektorda da daha yüksək maaş artımlarına gedilməsi tövsiyə olunandır".
Yeri gəlmişkən, statistikaya nəzər yetirdikdə görürük ki, dövlət sektorunda çalışanların sayında xeyli azalma var. 2023-cü ilin 1 avqustundan cari ilin eyni tarixinədək azalma 10 min nəfərdir. Bu isə o deməkdir ki, minimum əməkhaqqının artımından bəhrələnənlərin sayı daha az olacaq.
Minimum pensiya məbləğinin artımından bəhrələnəcək insanların sayında da azalma var. Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda pensiya alan şəxslərin sayı 1 milyon 95 min 958 nəfərdir. Bu, ötən illə müqayisədə 18 min 269 nəfər azdır. Ötən il Azərbaycanda pensiyaçıların sayı 1 milyon 114 min 227 nəfər olub.
Ümumilikdə, son beş ildə pensiyaçıların sayı 174 min 601 nəfər, son on ildə isə 194 min 924 nəfər azalıb. Əlilliyə görə pensiya alanların sayı 2020-ci ildəki 383 993 nəfərdən 2024-cü ildə 258 101 nəfərə düşüb. Yaşa görə pensiya alanlar 742 034 nəfərdən 710 775 nəfərə, ailə başçısını itirməyə görə pensiya alanlar isə 144 532 nəfərdən 136 220 nəfərə qədər azalıb.
Əlilliyə görə pensiya alanların sayındakı azalmanı rəsmilər əlillik təyinatı mexanizminin təkmilləşməsi, bu sahədəki korrupsiyanın azaldılması ilə əsaslandırırlar.
Yaşa görə pensiya alanların sayındakı azalma isə pensiya almaq hüququ əldə etmə mexanizminin çətinləşməsidir. Bu çətinləşmə nəticəsində getdikcə daha çox insan 65 yaşa çatdıqda yalnız qocalığa görə müavinətlə kifayətlənməli olur. Rəsmi statistikaya əsasən, 2024-cü ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 153 700 nəfərdən çox olub. Dövlət Sosial Müdafiə Fondunun məlumatında onların 30,95 faizinin kişilərdən, 69,05 faizinin isə qadınlardan ibarət olduğu bildirilir. Bir ay sonra - 2024-cü ilin avqust ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 154 223 nəfər olub. Hazırda yaşa görə sosial müavinətin məbləği 220 manatdır.
Onu da qeyd edək ki, adətən minimum pensiya məbləğindəki artım pensiyaçıların az bir hissəsinə təsir edir. Demək olar ki, bütün pensiyaçıların aldığı məbləğə təsir edən əsas artım indeksasiyadır. Bu proses orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsaslanır. Hər ilin yanvarından əmək pensiyalarının məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqının məbləğində qeydə alınan artım qədər artırılır. 2024-cü ildə bu artım 2023-cü ildəki nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz artırılıb.
Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artıb. İlin qalan dövründə bu artımın ən yaxşı halda 9 faizə çatması mümkündür. Bu isə növbəti ildən əmək pensiyalarında 9 faiz civarında artım olacağı deməkdir.
Minimum pensiya məbləğinin artırılması bir qrup insana mənfi təsir göstərir. Bunlardan biri artım olan il və ondan sonra pensiyaya çıxmaq hüququ əldə edəcək insanlardır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşlar pensiya ala bilmək üçün 65 il yaşamaqla yanaşı, həmçinin ya 25 il iş stajına malik olmalı, ya da minimum pensiya kapitalı toplamalıdırlar. Qanuna görə, minimum pensiya kapitalı minimum pensiya məbləğinin 144 qatına (12 illik miqdar) bərabərdir. Hazırkı 280 manatlıq minimum pensiya məbləği ilə bu kapital 40 min 320 manatdır. Əgər ekspertlərin qeyd etdiyi qədər artırılmaqla minimum pensiya məbləği 320 manata qaldırılarsa, pensiya almaq hüququ verən sosial sığorta kapitalının həcmi də artaraq 46 min 80 manata yüksələcək. Bu isə xeyli sayda insanın əmək pensiyası almaq yolunu bağlayacaq.
Minimum əməkhaqqındakı artım isə fərdi və mikrosahibkarların xərclərini artırır. Qanunvericiliyin tələbinə əsasən mikrosahibkarlar və fərdi sahibkarlar üçün sosial sığorta ödənişi minimum əməkhaqqının 22 faizi həcmində müəyyən edilib. Bu isə o deməkdir ki, indi 75,9 manat sosial sığorta ödəyən sahibkar minimum əmək haqqı 400 manata qaldırıldıqda, 88 manat ödəməli olacaq...
Xəbərin oxunma sayı : 952
Sosial
Xəbərlər
-
Azərin şikayəti rədd edildi - Zəhra ev dustaqlığına buraxıldı
-
Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində - FOTOLAR
-
“Rəşadət” ordeni nədir? - Aydan Rəhimli ona layiq görülən ilk qadın oldu
-
Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO
-
“Gürcüstan Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələri möhkəmləndirir“ - Mixeil Kavelaşvili
-
Əliyev Kadırov danışmaqdan imtina edib - Təyyarəmizə eniş izni verməyən dispetçer dindirildi
-
Bir siqaret insan ömründən nə qədər alır? - ARAŞDIRMA
-
Ukraynanın bərpasını Qərb maliyyələşdirə bilməz - “The New Statesman“
-
Xalq artistinə sərvət dəyərində hədiyyə göndərildi - VİDEO
-
Rəis ofisində gizli kamera ilə tutulub - Saxta sənəd verdiyi şəxs ölkədən necə çıxıb?
-
ABŞ-ın 100 yaşında ölən eks-prezidenti: Cimmi Karter kim idi?
-
Təhsil İdarəsinə müdir təyinatı: Təşkilat sədri 200 mindən başladı, 20 minə razılaşdı TƏFƏRRÜAT
-
Sepah İranın cənub-şərqində əməliyyat keçirdi - Ölənlər var
-
Rusiya İstintaq Komitəsinin sədri Kamran Əliyevə zəng etdi - Təyyarə qəzası ilə bağlı
-
Tanınmış aktyor hava limanında saxlanıldı - Narkotik gətirimiş
-
Bakıda fantastik qiymətə mənzil satılır - ŞOK MƏBLƏĞ
-
Keçmiş futbolçu olan dispetçer “xalça“ planını bilmirmiş... - AZAL-ın vurulan təyyarəsi ilə bağlı yeni detallar
-
Ödəmə terminalından minlərlə manat oğurlandı - Saxlanılan var
-
Bakıda yaşayış kompleksində xəncərli hücum - VİDEO
-
Azərbaycanın xanım Milli Qəhrəmanları: Onlar neçə nəfərdi? - ADLAR
-
Müğənni polisə tabe olmadı, 30 sutkalıq həbs edildi - VİDEO
-
Suriyaya ilk humanitar yardım karvanımız yola düşdü - FOTO/VİDEO
-
Bakıya narkotik satmağa gələn dəstə tutuldu - VİDEO
-
Avtomobilə sonradan quraşdırılan səs izolyasiyası: Gizli təhlükələr və çətinliklər
-
“Əsəd hökuməti buna görə devrildi” - Lavrov
-
Bu xarici universitetlərdə dövlət hesabına oxumaq olar - SİYAHI
-
Şəmkirdə meşəni zibilxanaya çeviriblər - VİDEO
-
“Gürcüstan Rusiyaya qarşı mübarizədə alət olmaq istəmir“ - Zatulin
-
İran və İsrail arasında qarşıdurma təhlükəli həddə çatıb - Sergey Lavrov
-
“WhatsApp” bu smartfonlarda işləməyəcək - yanvarın 1-dən
-
Günəşdə çox sayda güclü partlayışlar baş verib: Maqnit qasırğası gözlənilir
-
Azərbaycanda 7 günlük bayram tətili BAŞLADI
-
Açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır - Prezident İlham Əliyev
-
AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində görülmüş təxirəsalınmaz işlər
-
Aysel Teymurzadə səhnəyə qayıdır - VİDEO
-
PSJ ilin transferini reallaşdırır - Viniusla 10 illik müqavilə
-
2025-ci, ilan ilind nələr gözlənilir? - VİDEO
-
Ersin Tatar təyyarə qəzasında həlak olanlara ehtiramını bildirib - Fotolar
-
Yeni il tətilində bölgə hotellərində rezervasiya neçə faiz dolub? - VİDEO
-
“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi əhəmiyyətli hadisədir“ - Suriya XİN
-
Heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr ARTIRILDI
-
Estetik cərrahiyyədən sonra hansısa sənədlər dəyişdirilməlidir? - VİDEO
-
Azərbaycan bu ölkədə yenidən səfirlik açır - 12 il sonra
-
Dövlət Su Ehtiyatları Agentliyində “kadr islahatı“ - Əhmədağa İbrahimov yenədə vəzifəsində qaldı
-
Prezidentin təyyarə qəzası ilə bağlı müsahibəsinin - Videosu
-
Azərbaycan XİN müavini Suriyadadır - Səfirliyin fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparıb
-
Təqaüdlər və maaşlar ardıcıl artırılacaq - Təhsillə bağlı ŞAD XƏBƏR
-
Azərbaycan maksimum ədalətli olmağa çalışır - Prezident İlham Əliyev
-
Xəsarət alan bələdçilər “Rəşadət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
-
FHN yenə “Qafqaznet“ə tender verdi - Bu dəfə 82 min manat...
-
Prezident sərəncam imzaladı - “SOCAR“ın funksiyaları artırıldı
-
DTX-nin həbs etdiyi Martin Ryan kimdir? - Fransız casusun mühakiməsi başladı
-
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti azaldıldı - QƏRAR
-
İlon Mask yenidən Almaniyada seçkilərinə müdaxilə etdi: “Sizcə bu Hitlerə bənzəyir?“
-
Xırdalan dairəsində dəhşət: kişi özünü körpüdən atdı
-
Gürcüstan Prezidenti ilk qərarını açıqladı - Prezident Administrasiyasına rəhbər təyin edib
-
Bu şəxslər 1500 manatadək cərimə olunacaq - Təsdiqləndi
-
Hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldıldı - Prezident təsdiqlədi
-
Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər - İlham Əliyev
-
Dövlət ehtiyatları ilə bağlı qayda təsdiqlənib - QƏRAR
-
Təyyarənin həlak olan ekipaj üzvlərinə Milli Qəhrəman adı verildi - SƏRƏNCAM
-
Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib - ANAMA
-
Növbəti iki gündə bəzi ərazilərə yağış və qar yağacaq - XƏBƏRDARLIQ
-
Əvvəl 50 qəpik idi, indi 5 manat oldu - Açıqlama
-
Dollar neçəyə olacaq? - 8 günlük rəsmi məzənnə açıqlandı
-
Putin İlham Əliyevə zəng etdi - Təyyarə qəzası ilə bağlı
-
Bələdiyyə seçkilərində namizədlik üçün 16 min 708 nəfər müraciət edib - MSK
-
“Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək” - Prezident
-
“Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik...“ - Prezident İlham Əliyev
-
DSK üzvləri vəzifədən azad ediliblər - MSK
-
Prezident Qazaxıstana təşəkkür edib: Əsl dostluq, qardaşlıq belə olar
-
Qızını boşatdırdığı üçün arvadını öldürdü - Dəhşətli cinayətin DETALLARI
-
“Bu, göstərirdi ki, Rusiya məsələni ört-basdır etmək istəyir!...” - Prezident təyyarənin vurulması ilə bağlı çox sərt danışdı (MÜSAHİBƏ)
-
Almaniya hər il bizə 20 milyard avro ödəməlidir - Melnik
-
Günahını etiraf etmək, dost ölkə Azərbaycandan vaxtında üzr istəmək görüləsi tədbirlər idi - Prezident
-
Polis quldurluq edən şəxsi saxlayıb - VİDEO
-
Ağgöl Milli Parkının balıqlarını satan mühafizəçi Rahim Gəncəliyev kimdir?
-
Rusiyaya işləməyə gedənlərin nəzərinə: “Qara siyahı“ yaradılır
-
Göhər Süleymanova Azərbaycana 50,6 milyon dollar gətirib
-
Təyyarə qəzasında həlak olan pilotlar dəfn olundu - FOTO/VİDEO
-
Nazirlər II Fəxri xiyabanda - Fotolar
-
“2025-ci ildə artımlar üçün əlavə olaraq 1,4 milyard manat ayrılacaq” - Deputat
-
Zurabişvili geri çəkildi - Prezident iqamətgahını tərk etdi
-
Prezident AzTV-yə müsahibə verdi - Fotolar
-
Yeni rüsumlar müəyyənləşdi: 200 manat...
-
“VMR” klinikasında lisensiyasız fəaliyyət - Vüsal Hüseynov cərimələndi
-
Moskva Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlara hazırdır - Lavrov
-
İlham Əliyev və Mehriban Əliyeva vida mərasimində iştirak ediblər
-
“Təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb“ - “Günahkarlar cəzalandırılacaq“
-
Bəzi ərazilərə yağış və qar yağıb - FAKTİKİ HAVA
-
“AZAL dünyanın ən etibarlı aviaşirkətlərindən biridir“ - Rəşad Nəbiyev
-
Prezident və birinci xanım vida mərasiminə əklillər göndərdi - FOTO
-
KTN əməkdaşları və fermerlər təltif olundu - Fotolar
-
DYP yol hərəkəti iştirakçılarına müraciət etdi - Günləri ilə əlaqədar
-
Azərbaycanda hansı hallarda ovçuluq biletinə imtina verilə bilər? - QƏRAR
-
Baydendən aylar sonra gələn etiraf - “Peşmanam”
-
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir - FOTO
-
Lənkəran şəhərində işıq olmayacaq - Xəbərdarlıq
-
Vergi Xidməti bu şirkətdən ofis icarəyə götürüb - 1,4 milyon manata
-
Bayram tətili başlayır: Neçə gün qeyri-iş günü olacaq?
-
Sakinləri qayda pozmağa məcbur edən yol - VİDEO
-
Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqladı
-
Cənubi Koreyada təyyarə qəzası - 179 nəfər öldü
-
Bu rayonda qaz olmayacaq - Xəbərdarlıq
-
Fırıldaqçılar vəfat etmiş uşağın adı ilə pul yığırlar - VİDEO
-
Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq - VİDEO
-
“Burada olacağam və burada gecələyəcəm” - Zurabişvili
-
“Qalatasaray”ın sponsor gəlirləri açıqlandı - SOCAR birincidir
-
Rusiya hakerlərindən bu ölkəyə hücum - Onlarla rəsmi sayt sıradan çıxarıldı
-
Təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi Bakıya gətirildi - FOTOLAR
-
ABŞ dövlət katibinin köməkçisi Azərbaycan səfirliyini ziyarət edib - FOTO
-
İran prezidentinin istefası kimə lazımdır? - VİDEO
-
Mahir Emrelinin qolu “Nürnberq“ tərəfindən ən yaxşı seçildi - VİDEO
-
“Bütün dünya Türkiyənin artan təsirini görür“ - Ərdoğan
-
Nazirlik bu işə görə Harvard Universitetinə 1,7 milyon manat ödəyəcək - MÜQAVİLƏ
-
Azərbaycan və Serbiya arasında hərbi əməkdaşlıq planı İMZALANDI
-
Leyla Əliyeva Yaradıcı Mərkəzin açılışında - Fotolar
-
Emin Əmrullayev məktəb direktorları ilə görüşdü - Fotolar
-
Moskvaya uçan təyyarə Bakıya buna görə təcili enibmiş - VİDEO
-
Ambulator müalicə üçün dərmanların hansı xəstəliklərə görə veriləcəyi məlum olub - VİDEO
TOP 10
ARXİV