Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

“Qarabağ“ “Sparta“ və “Reyncers“dən daha güclüdür” - “Malmö”nün baş məşqçisi

Tarix 02.10.24, 23:43

Font ölçüsü : - / +
bitmap-img6


"Malmö"nün (İsveç) baş məşqçisi Henrik Ridström bu gün Bakıda mətbuat konfransı keçirib.

AzFakt.com sportal.az-a istinadən xəbər verir ki, mətbuat konfransı Avropa Liqası Liqa mərhələsinin ikinci turu çərçivəsində sabah Bakıda "Qarabağ"a qarşı keçiriləcək oyuna həsr olunub.

Henrik Ridström jurnalistləri maraqlandıran sualları cavablandırıb:

- "Qarabağ"ın İsveç klubları ilə oyunlardakı üstünlüyü sizi qorxutmur? Rəqibiniz "Gefle", "Göteborq", "Hekken" kimi klubları məğlub edə bilib...

- Xeyr, qorxutmur. Statistikanın sabahkı oyunla əlaqəsi yoxdur. Biz həmin komandalardan güclüyük. Biz də adını çəkdiyiniz komandalara qalib gəlmişik.

- Sabahkı oyundan gözləntiləriniz nədir? Məğlub olsanız, bunu faciə hesab edəcəksiniz?

- "Qarabağ"ı analiz etmişik. Rəqibimiz çox güclü komandadır. Onlar Avropa Liqasında ən güclü komandalardan biridir. Xüsusilə evdə yaxşı oynayırlar. "Qarabağ" topa sahib olanda təhlükəlidir. Bilirəm ki, sabahkı oyun çətin olacaq. Bura oynamağa, yaxşı əhval-ruhiyyədə gəlmişik. Sabahkı matçın yaxşı olacağına ümid edirəm.

- Çox rahat görünürsünüz. "Malmö"nü "Qarabağ"dan güclü hesab edirsiz?

- Bunu demək çətindir. Rəqibimiz çox güclüdür. Ola bilər ki, "Qarabağ"ı İsveçdə çox adam tanımır. Amma onlar topa sahib olanda çox güclüdürlər. "Qarabağ" bundan əvvəlki rəqibimiz "Reyncers"dən geri qalmır. Biz Bakıya gözəl oyun oynamağa gəlmişik. Burada atmosfer gözəldir. Müqayisə aparmaq uyğun deyil. Sabah hər şeyi görəcəyik.

- Bu oyunun əhəmiyyəti sizin üçün nə dərəcədə vacibdir?

- Məsələyə bu aspektdən baxmıram. Hər oyun əhəmiyyətlidir. Növbəti matç da vacibdir. 

- "Qarabağ"ın əvvəlki oyunlarını izləməyə köməkçilərinizi göndərmisiniz?

- Xeyr. Buna ehtiyac da yoxdur. Bugünkü texnologiya imkan verir ki, "Qarabağ"a öz liqasında və avrokuboklarda baxaq, analiz edək.

- Azərbaycanda mütəxəssislər "Malmö"yə üç xal gözü ilə baxır. Qurban Qurbanov da bunun komandası üçün müsbət tərəf kimi gördüyünü dedi. Bu haqda fikriniz nədir? 

- Bizdə də bizə ümid edirlər. İnsanların nə fikirləşməsi mənim üçün önəmli deyil. "Qarabağ" güclüdür. Biz öz oyunumuzu oynayırıq. Sabah ümid edirəm ki, iki güclü komandanın oyunu olacaq.

- "Qarabağ"la evdə qarşılaşmamağınız sizi təəssüfləndirmədi?

- Mən və futbolçularım həyəcanlıyıq. Amma klub rəhbərliyi bir o qədər də yox. Çünki Azərbaycan bizdən uzaq ölkədir, təyyarə və bahalı otel tutmaq üçün maliyyə lazım gəldi (gülür). 

- Qurban Qurbanovun komandası Skandinaviya klublarına uduzmayıb. Bu, sizi qorxudur?

- Bunlar məni çox narahat etmir. 15 illik statistika "Qarabağ"ın gücünü göstərir. Amma bunların sabahkı oyunla əlaqəsi yoxdur. Sabahkı oyuna fokuslanmalıyıq. "Qarabağ" "Sparta" və "Reyncers"dən daha güclü komandadır. Ona görə sabahkı matça hazır olmalıyıq.

- Sabah İsak Telinin start heyətində meydana çıxması gözlənilir?

- Görəcəyik. Oyunun başlamasına yarım saat qalmış heç kim heç nə bilmir. İsak komanda üçün vacib oyunçudur.

- O, ölkə çempionatında bombardirdir, amma avrokuboklarda 7 oyunda qol vurmayıb. Bunu nə ilə izah edərdiniz?

- Avroliqa və təsnifat mərhələsinin oyunları yüksək səviyyədədir. Müəyyən mənada çətinliklərlə üz-üzə qaldıq. Futbol kollektiv oyundur. Çalışırıq ki, inkişaf edək.



Xəbərin oxunma sayı : 1723




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap