“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Martinikdə fransız zorakılığı davam edir - VİDEO

Tarix 26.09.24, 15:36

Font ölçüsü : - / +
bitmap-img6


Martinikdə müstəmləkəçiliyə qarşı, xüsusilə sosial və siyasi səbəblərdən əhali ayağa qalxıb. Artıq barrikadalar qurulur, hüquq-mühafizə orqanlarının zorakılığına qarşı müqavimət güclənir.

AzFakt.com “Report”a istinadən xəbər verir ki, polislərin dinc əhaliyə qarşı odlu silahlardan istifadə etdiyinə dair görüntülər də paylaşılır.

Martinik əhalisi ciddi sosial problemlərdən, bahalıqdan və əhalinin gəlirlərinin çox az olmasından əziyyət çəkir. Onlara xarici ölkələrlə ticarət əlaqələri qurmağa icazə verilmir. Martinik əhalisinə yalnız materik Fransası ilə iqtisadi əlaqələr qurmağa imkan verilir. Martinikdəki bütün böyük ticarət şəbəkələri etnik fransızların monopoliyasında olduğundan onlar bu məhdudiyyətlərdən gəlirlərini dəfələrlə artırmaq üçün istifadə edirlər.

Əhali Fransanın kolonial siyasətinə, hüquqlarının kobud şəkildə pozulmasına, kəskin sosial duruma qarşı etiraz edir, Fransadan kolonial siyasətə son qoyulmasını tələb edir, müstəqillik istəyirlər.

Fransa hökumətinin Martinik torpaqlarında istifadə etdiyi zəhərli maddələr kənd təsərrüfatı torpaqlarını yararsız hala salıb, əhalinin sağlamlığına ciddi ziyan vurulub. Zəhərli maddələrin nəticəsidir ki, Martinik dünyada ən çox xərçəng xəstəliyindən əziyyət çəkən ərazidir.






Xəbərin oxunma sayı : 1153




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap