![]() |
|














Azərbaycanda süni mayalanma niyə bahadır? - Açıqlama
Tarix 21.09.25, 10:30 |
|

Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı səkkiz milyondan çoxdur. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə, 85 000-90 000 süni mayalanma icra olunub. Təkcə son dörd ildə ölkədə 1632 uşaq süni mayalanma nəticəsində dünyaya gəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 392 qadın süni mayalanma yolu ilə uşaq dünyaya gətirib. Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır. Statistikaya nəzər yetirdikdə, 2021-ci ildə 391, 2022-ci ildə isə 395 qadının hamiləliyi süni mayalanma nəticəsində uğurla yekunlaşıb.
Bu azalma tendensiyası "ölkədə süni mayalanma ilə bağlı vəziyyət necədir?” sualını gündəmə gətirir. Maraqlıdır, bu sahədə hansı problemlər var? Azalmanın səbəbi nədən ibarətdir? Qiymətlər necə dəyişir?
Dünyada süni mayalanma ilk dəfə 1978-ci ildə, Azərbaycanda isə 2004-cü ildə tətbiq edilib. Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə 85 000-90 000 süni mayalanma icra olunub. Təkcə son dörd ildə ölkədə 1632 uşaq süni mayalanma nəticəsində dünyaya gəlib.
Uzman mama-ginekoloq Rəşad Sultan bildirir ki, rəqəmlərdəki azalma birbaşa mənfi tendensiya kimi qəbul edilməməlidir: "Burada əsas meyar süni mayalanmanın təbii hamiləliklərə olan nisbətidir. Əgər ölkədə ümumilikdə evliliklərin, hamiləliklərin və doğuşların sayı azalırsa, süni mayalanma halları da təbii olaraq azalacaq. Digər tərəfdən, ola bilər ki, həkimlərimiz təbii yolla müalicədə daha çox uğur əldə edirlər və bu səbəbdən xəstələr süni mayalanmaya müraciət etməyə ehtiyac duymurlar. Bu, müsbət tərəfdir. Amma mənfi tərəfi də var. Bəzən ehtiyacı olan xəstələr maddi imkanları olmadığı üçün bu proseduru həyata keçirməkdən imtina edirlər. Yəni göstəriş olduğu halda belə, maliyyə məhdudiyyəti insanları geri çəkir”.
Mütəxəssis Azərbaycanda süni mayalanma sahəsində ən böyük problemin "Reproduktiv sağlamlıq haqqında” qanunun hələ də qəbul olunmaması olduğunu vurğulayır: "Süni mayalanma nəticəsində bir insan dünyaya gəlir, lakin bu proseslə bağlı hüquqi tənzimləmə yoxdur. Bu, həm həkimlər, həm pasiyentlər, həm də cəmiyyət üçün ciddi problemlər yarada bilir.
Məsələn, donor məsələsi qanunvericiliklə tənzimlənmir. Əgər qanun qəbul olunsa, bu həm ictimai etimadı artırar, həm də gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısını alar. Qanun həkimlər üçün də müdafiə mexanizmi rolunu oynayar, çünki sabah məhkəməyə şahid kimi çağırılanda qanuni çərçivəyə istinad etmək mümkün olar. Ən vacibi isə qanun mühafizəkar yanaşmaların doğurduğu yanlış fikirləri də aradan qaldırar. İnsanlar bəzən elə düşünürlər ki, süni mayalanmada mütləq başqasının spermatozoidindən və ya yumurtasından istifadə edilir. Halbuki bu, yalnız xüsusi hallarda baş verir və bütün mərhələlər həkim nəzarətindədir”.
Mütəxəssisin sözlərinə görə, qiymət məsələsi də ciddi problemdir. Hazırda Azərbaycanda heç bir əlavə prosedur olmadan süni mayalanmanın qiyməti, dərmanlar daxil olmaqla, 2500-4000 manat arasında dəyişir: "Əgər donor istifadə olunursa, müalicəyə əlavə olaraq 1500-2000 manat xərclənir. Daha yüksək texnoloji yanaşma tələb edən preimplantasion genetik diaqnostika tətbiq edildikdə isə bu xidmətin standart qiyməti 2000 dollardır”.
Rəşad Sultan deyir ki, bu rəqəmlər bazar tərəfindən müəyyənləşdirilir və hər klinika, həkim öz qiymət siyasətini formalaşdırır: "Qiymət xəstədən-xəstəyə dəyişir. Çünki hər bir pasiyentin diaqnostika və müalicə planı fərqlidir. Amma ortaq məqam odur ki, prosedur bahalıdır və bu da insanların qərarına birbaşa təsir göstərir”.
Süni mayalanma üzrə mütəxəssis, cərrah mama-ginekoloq Arzu Məmmədova hesab edir ki, rəsmi statistikalardakı azalma reallığı tam əks etdirmir. Onun sözlərinə görə, azalma daha çox xəstələrin müxtəlif həkimlər arasında yayılması ilə bağlıdır: "Əvvəllər Azərbaycanda bu işlə cəmi 4-5 mərkəz məşğul olurdu. İndi isə bu sahədə fəaliyyət göstərən mərkəzlərin sayı xeyli artıb. Xəstələr artıq müxtəlif həkimlərə müraciət edirlər və onların statistikasını hər zaman aparmaq mümkün olmur”.
Onun sözlərinə görə, əslində son illərdə süni mayalanmaya müraciət edənlərin sayı azalmaq əvəzinə artıb: "Bəzi həkimlərin bu sahədə lisenziyası yoxdur. Bəzən adi ginekoloqlar da süni mayalanma edir, sadəcə qeydiyyat aparılmır".
Mütəxəssis qeyd edir ki, cəmiyyətdə süni mayalanmaya münasibət də dəyişib: "On il əvvəl xəstələr bu məsələni gizlətməyə çalışırdı. Hətta ehtiyac olduğu halda belə, bəziləri proseduru etdirməkdən çəkinirdi. İndi isə süni mayalanma adi tibbi prosedur kimi qəbul olunur. Xəstə müalicəyə gəlir, müalicə olunur, müalicə üsulu da süni mayalanmadır".
Onun fikrincə, bu sahədə əsas çətinlik maliyyə məsələsidir: "Dərmanlar ölkəmizdə istehsal olunmur və müxtəlif xarici ölkələrdən gətirilir. Son illər dərman vasitələrinin qiymətləri xeyli bahalaşıb".
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə süni mayalanma yolu ilə uşaq dünyaya gətirən qadınların sayının azalmasını daha çox prosedurun bahalı olması ilə əlaqələndirir: "Süni mayalanma sığorta tərəfindən qarşılanmayan, bahalı prosedurdur və vətəndaşlar onu öz hesablarına etdirməli olurlar. Hətta mayalanma baş tutmadıqda belə xərclər geri qaytarılmır, çünki proses çoxsaylı tibbi mərhələlərdən ibarətdir və xeyli maliyyə tələb edir. Bəzən uğurlu nəticə əldə etmək üçün vətəndaşa bu əməliyyatı 2-3 dəfə etdirmək lazım gəlir. Bu isə maddi imkanları məhdud olan ailələr üçün ciddi maneəyə çevrilir”.
Adil Qeybulla onu da vurğulayır ki, mövcud ekoloji faktorlar təbii mayalanma prosesinə mənfi təsir göstərir: "Əslində son illərdə hamiləliyin baş tutması və normal sona çatdırılması ilə bağlı problemlərin artması süni mayalanmaya olan ehtiyacı daha da aktuallaşdırıb. Hazırda surroqat ana proqramları və uşağın xüsusi şəraitdə bəslənməsi ilə bağlı ciddi klinik tədqiqatlar aparılır. Bu, xüsusilə hamiləliyi gəzdirə bilməyən, amma övlad sahibi olmaq istəyən qadınlar üçün mühüm imkan yaradır. Belə elmi-tədqiqat işləri davam edir, çünki bu ehtiyac bütün dünyada realdır və artmaqdadır”.
Mənbə: "Kaspi" qəzeti
Xəbərin oxunma sayı : 502
Sosial
Xəbərlər
-
Bu gün instaqramda paylaşılanlar - FOTOLAR
-
Avtomobil ehtiyat hissələri bahalaşıb - VİDEO
-
“Fələstinin tanınması işğala ən güclü cavabdır” - Ərdoğan
-
“Yararsız hərbi biletə görə 22 min manat verdim“ - Hərbi komissarın məhkəməsi
-
Xocalı soyqırımı, Qarakənd faciəsi və digər cinayətlərlə bağlı sənədlər elan edilib - MƏHKƏMƏ
-
Bakıda 148 saylı məktəbdə bir həftə ərzində 4 dəfə pul yığıldığı iddia olunur - VİDEO
-
Zərərçəkənlər Yelo bankda antikorrupsiya əməliyyatı keçirilməsini tələb edir – ŞOK DETALLAR
-
Prezident və birinci xanım Nyu-Yorkda işgüzar səfərdədir - FOTOLAR
-
Azərbaycanda elektrik avtobusları istehsal olunacaq - Yeni saziş imzalandı
-
Xaricdə ali təhsil almış şəxslərin nəzərinə! - İmtahan tarixi açıqlandı
-
Əhmədzadə tutulan kimi Baimov fəallaşdı - SƏBƏB NƏDİR?
-
“İsrail Suriya ərazisindən çıxmalıdır“ - Əhməd əl-Şaraa
-
Bazarlara vergi nəzarəti gücləndirilir - Oktyabrın 1-dən...
-
Anna Akopyan Paşinyana xəyanət edib? - Can Yamanla gizli eşq macərası
-
Ceyhun Bayramov onunla sülh müqaviləsindən danışdı - Fotolar
-
Putin xüsusi planla Moldovada seçkilərə müdaxilə etməyə çalışır - “Bloomberg”
-
“Təhlükəsizlik orqanlarının rolu təkcə fiziki müdaxilə ilə məhdudlaşmır” - Əli Nağıyev
-
“Kəpəz”ə ən çox futbolçu verən menecer: o, kimdir? - Maraqlı iddialar
-
Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi - 12 min manat...
-
DİN-də əməliyyat müşavirəsi keçirilib - Nazir tapşırıqlar verib (FOTO)
-
Məzahir Pənahovun oğlu Azərbaycana niyə gəlmir? - “Onu Amerikada tutdura bilərdim”
-
III Bakı Təhlükəsizlik Forumu keçirilib - VİDEO
-
Avropa İttifaqı Azərbaycana dəstəyini gücləndirir - 23 milyon avro ayırır
-
Nazirliyin qadağasına məhəl qoyulmur - 220 saylı məktəbdə “Fond pulu” davası
-
Qusarın Laza kəndində yolu sel suları basıb - Fotolar
-
Rayonlarda ev və torpaq bahalaşıb - SƏBƏB
-
Putindən sərt xəbərdarlıq: “Söz yox, hərbi güc ilə cavab veriləcək“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Taksi qiymətləri ilə bağlı rəsmi açıqlama - Artım olacaq?
-
Yaşam Beynəlxalq Məktəbi vergidən yayınır? - İDDİA
-
Bu avtomobillər üçün Bakıya giriş pullu olacaq - RƏSMİ
-
Türkiyənin payız möcüzələri: Bu əraziləri mütləq ziyarət edin (FOTO)
-
Yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək- Sabahın havası
-
Dövlət Xidməti tender keçirmədən Xocalıdakı evlərin təmirini bu şirkətə həvalə edib - Təfərrüat
-
Elektrikli avtobuslar bu ərazilərdə işləyəcək - Yeni qaydalar açıqlandı
-
“Ölüm yox, unudulmaq məni öldürür” - Pərvin Abıyeva
-
Malıbəyli və Quşçular kəndlərinə hücumla bağlı sənədlər elan edildi - MƏHKƏMƏ
-
“İctimai nəqliyyatda “tarif menyu“suna keçid üzərində iş gedir“ - AYNA sədri
-
Böyükşor gölünün ətrafına 5 milyard dollar investisiya yatırılacaq - MÜQAVİLƏ
-
Nərimanov rayonunda gecə əyləncə klubunun fəaliyyəti dayandırıldı - VİDEO
-
Ağdamda yeni salınan kəndi su basdı - 2 nəfərin öldüyü tuneli tikən şirkətin səhvidir?
-
Bakıda avtobuslar gecə 12-yə qədər işləyəcək - RƏSMİ
-
Mahir Emreli alman klubundan ayrılır? - Məşqçisi narazıdır
-
Dünyanın ən təhlükəsiz və ən təhlükəli şəhərləri hansılardır? - Siyahı
-
Xüsusi karantin rejiminin müddəti uzadılıb - Hökumət qərar verdi
-
Avtobusdan istifadə edən tələbə və yaşlılara güzəşt olacaq? - RƏSMİ
-
Ərdoğan ABŞ-da böyük coşğu ilə qarşılandı - VİDEO
-
Bu şəxslərə 2600 manat müavinət ödəniləcək - Millət vəkili açıqladı
-
Astarada 12 kəndi birləşdirən yol bərbad vəziyyətdə - VİDEO
-
İki ərazidə partlayışlar olacaq - Nazirlik xəbərdarlıq etdi
-
“Fələstin dövləti olmayacaq” - Netanyahu
-
Tovuz sakini döyülərək öldürülüb - Saxlanılan var
-
“Azərbaycan dünyanın aparıcı şirkətləri ilə əhəmiyyətli layihələrə imza atıb“ - Prezident
-
Dərnəgül tikinti bazarının köçürüləcəyi yer bəlli oldu - Fotolar
-
“Kirkdən fərqli olaraq rəqiblərimə nifrət edirəm“ - Tramp
-
Vətəndaşlar tikilməkdə olan binalarda hansı hallarda aldadılır? - VİDEO
-
Oğuzda kişi, arvadı, oğlu və gəlini tutuldu - Narkotik satışına görə
-
Paytaxtın 153 saylı məktəbində fond pulu yığılır - VİDEO
-
KXDR lideri - “Gizli silah hazırlamışıq“
-
Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
-
Ali məktəblərə aşağı bal toplayanlar 4 il sonra iş tapa bilirmi? - VİDEO
-
Sadettin Saran Ali Koça qalib gəldi - “Fənərbaxça”nın yeni prezidenti məlum oldu
-
Kiberdələduzların yeni toruna düşməmək üçün nələrə diqqət etmək lazımdır? - VİDEO
-
“Avropanın Rusiyadan neft alması uzun çəkməyəcək“ - Tramp
-
Bu avtomobillərin qiyməti arta bilər - VİDEO
-
Hakimliyə namizədlər imtahan verdi - Fotolar
-
Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
-
Madrid klubu amerikalılara satılır - Bu qiymətə
-
“8-ci kilometr“ bazarının ətrafında parklanma ilə bağlı xaos: Sürücülər cərimələnirlər?
-
“Buxur” çay evinin sahibi “Vüsal 900” araşdırılacaq - “Vüsal 300″lə əlaqələrinə görə
-
Maqnit qasırğası yaxınlaşır: bu gün baş verəcək
-
“Taliban“ Trampa cavab verdi: “Daha 20 il vuruşmağa hazırıq“
-
“Azərbaycan Cənubi Qafqazda sülhün təmin edilməsi üçün konstruktiv addımlar atır“ - Prezident
-
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq - Xəbərdarlıq
-
Ruanda Prezidentinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Azərbaycanın bəzi ərazilərində leysan yağır, şimşək çaxır - Faktiki hava
-
Özgür Özəl yenidən sədr seçildi - CHP-də qurultay
-
Şamaxıda 15 yaşlı qız nişanlanır? - DİN araşdırır
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Əhməd əl-Şaraa ABŞ-yə getdi - 58 il sonra ilk
-
Bakının iki rayonunda oğurluq - Şübhəli şəxslər saxlanıldı
-
Putin Ukraynaya hücumları gücləndirmək qərarına gəlib - “Bloomberg“
-
Gecikmiş kreditə nə qədər və hansı müddətdə cərimə tətbiq edilə bilər? - VİDEO
-
Binəqədidə yolun qazılması sakinlərə çətinlik yaradır - VİDEO
-
Tramp Əfqanıstanı hədələdi: Baqramı bizə dərhal qaytarmasalar...
-
“Kartdan-karta“ dövrü geri qayıdır - Bəzi POS-terminallar niyə işləmir?
-
Yağış və qar yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Formula 2“: ABŞ pilotu Bakıda qalib oldu
-
Xocalı rayonunda evə ildırım düşdü - VİDEO
-
“Ağ qızıl“ın qara günləri: “Rəqabətdə uduzuruq“
-
Yenitikililərin həllini tapmayan problemi: “Cərimələr tətbiq edilməlidir“
-
Prezident İlham Əliyev Malta prezidentinə məktub ünvanlayıb - MƏTN
-
Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - Faktiki hava
-
Azərbaycanda süni mayalanma niyə bahadır? - Açıqlama
-
Çexiya prezidentindən çağırış: “Rusiya hərbi təyyarələri vurulmalıdır“
-
Xanımı Adnan Əhmədzadənin həbsindən sonra “Quran”dan bu ayəni paylaşdı - FOTO
-
NASA-dan xəbərdarlıq: Günəş fırtınaları Yer kürəsini böyük güclə vuracaq
-
Azərbaycanda bu kadrlara ciddi ehtiyac var: Boşluqları kim dolduracaq?
-
Xalq artisti görnüşü ilə göz qamaşdırdı - FOTOLAR
-
Azərbaycanda elektrikli avtomobillərə tələbat artır - İdxal rekordu
-
Zidanın oğlu Əlcəzair millisində çıxış edəcək - Vətəndaşlığını dəyişdi
-
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində yeni TƏYİNAT
-
Xəzər dənizi ilə bağlı təhlükə: Ən güclü fırtınalar bu zonada baş verir
-
Mehdiyevin şirkətinə 3,4 milyon manat ayrıldı - Xocalıda bir sıra evləri təmir edəcək
-
“Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO
-
Rusiya parlamentinin sədri miqrantlara səsləndi: “Ailələrinizi gətirməyin“
-
Məktəbdə bufet qalmaqalı: Uşaqlar bir həftədir yeməksiz qalıblar
-
Kərim Vəliyev Belqradda hərbi paradda - FOTOLAR
-
NASA-dan sensasion açıqlama - Dünya qaranlığa qərq ola bilər
-
Goranboyda 36 yaşlı qadın öldürülüb - Əri saxlanıldı
-
“İran Nətənz nüvə obyektindən daha yaxşısını tikəcək“ - Pezeşkian
-
Erməni nazir ABŞ-a dəvət olunub - “Tramp yolu“nu müzakirə etmək üçün
-
Adnan Əhmədzadə DTX-də sorğu-sual altında - Hansı sirlər açılacaq?
-
Qusarda sərxoş çoban həmkəndlisinin boğazını kəsdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI
-
Naxçıvanda avtobus dərəyə aşdı: 15-dən çox yaralı var
-
TƏBİB sədrindən təyinat: Bu xanıma direktor vəzifəsi verdi
-
Əməkdar artistə hökm oxundu: Direktor olduğu dövrdə pulları mənimsəyibmiş...
-
Bakıda məşhur bazar plana düşdü - Söküləcək
-
İki nəfərdə 6 kq marixuana aşkarlanıb - VİDEO
-
Prezidentlər təkbətək və geniş tərkibdə görüşdü - FOTO
TOP 10
ARXİV