“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rayonlarda ev və torpaq bahalaşıb - SƏBƏB

Tarix 22.09.25, 17:35

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda daşınmaz əmlaka, xüsusilə torpaq sahələrinə maraqda artım müşahidə olunur. Əvvəllər alıcılar əsasən Bakı və ətraf ərazilərə üstünlük versələr də, son illər regionlara yönələn maraq əhəmiyyətli dərəcədə artıb.

AzFakt.com xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fəzəliyev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanın müxtəlif turistik bölgələrində daşınmaz əmlak, fərdi yaşayış evləri və torpaq sahələrinin satış qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur.

Onun sözlərinə görə, bu artımın əsas səbəblərindən biri, 2020-ci ildə pandemiyanın başlanmasından sonra ölkənin quru sərhədlərinin bağlanması ilə bağlıdır.

“Beləliklə, əhalinin əksəriyyəti turist qismində xarici ölkələrə səfər etmək əvəzinə, Azərbaycanın müxtəlif turistik bölgələrinə üz tutmağa başladı. Bu isə ölkədaxili turizmin sürətli inkişafına səbəb oldu.

Daxili turizmin canlanması həmin bölgələrdə torpaq sahələrinə və daşınmaz əmlaka olan tələbatı artırdı ki, bu da qiymətlərin artmasına birbaşa təsir göstərdi. Hazırda Azərbaycanın aparıcı turistik məkanlarına nəzər salsaq, bu ərazilərdə torpaq sahələrinin satış qiymətlərində əhəmiyyətli artım qeydə alınır. Eyni zamanda, turizm mövsümündə həmin bölgələrdə mənzillərin gündəlik kirayə qiymətləri minimum 50 manatdan başlayaraq 500-600 manat arasında dəyişir”.

Ekspert qeyd edib ki, bu qiymətlər bəzi hallarda paytaxt Bakı ilə müqayisədə daha yüksək olur:

“Bütün bu amillər investorlar, iş adamları və digər maraqlı şəxslərin diqqətini cəlb edir. Onlar turistik bölgələrdə torpaq sahələri alaraq villa tipli və ya kiçik fərdi yaşayış evləri tikir, daha sonra isə bu evləri icarəyə verərək gəlir əldə edirlər. Digər tərəfdən, turistik bölgələrə insan axınının artması nəticəsində yeni iaşə obyektlərinin – otel, kafe və restoranların inşası da geniş vüsət alıb. Bu proseslər də əmlak bazarındakı qiymət artımına əlavə təsir göstərir”.

Əmlak eksperti onu da əlavə edib ki, hazırda Azərbaycanın şimal bölgələrinə, xüsusilə Quba və Qusar, həmçinin Qəbələ, Şəki və digər turistik regionlara nəzər salsaq, torpaq sahələrinin qiymətlərində davamlı artım müşahidə olunur:

“Quru sərhədlərin hələ də bağlı olması da insanları daxili turizmə yönəlməyə məcbur edib. Bu da öz növbəsində turistik zonaların sürətli inkişafına səbəb olub”,- deyə E.Fərzəliyev bildirib.



Xəbərin oxunma sayı : 394




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap