“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Fələstinin tanınması işğala ən güclü cavabdır” - Ərdoğan

Tarix 22.09.25, 23:27

Font ölçüsü : - / +
bitmap-img6


“Fələstinin digər dövlətlər tərəfindən tanınması bölgədəki işğala, blokadaya və zülmə ən güclü cavabdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın “Newsweek” jurnalı üçün yazdığı məqalədə deyib. 
“Ədalətli sülhə yalnız 1967-ci il sərhədləri daxilində onun ərazi bütövlüyünü və paytaxtı Şərqi Qüdsdə yerləşən suveren Fələstin dövlətinin yaradılması ilə nail olmaq olar. Bu, Yaxın Şərqdə davamlı sülh və sabitlik üçün vacibdir. Dünya xalqlarına çağırışımız aydındır: “Fələstin dövlətini tanıyın”. Fələstinin tanınması həqiqətən də işğala, blokadaya və zülmə ən güclü cavabdır. Bu yaxınlarda bu cəbhəyə dəstək verdiklərini açıqlayan ölkələri təbrik edir və onlardan qəti mövqe nümayiş etdirmələrini və öhdəliklərini konkret addımlara çevirmələrini gözləyirik”, - Ərdoğan deyib. 

O, həmçinin İsrailin Qəzza zolağında davam edən işğalı və törətdiyi vəhşilikləri bəşəriyyətin vicdanı üçün ən ağır sınaqlardan biri adlandırıb:“Bu sınaq bütün bəşəriyyət üçün, xüsusən də beynəlxalq sistemin üzvləri üçün biabırçılıqdır. Uşaqlar və qadınlar ölür, milyonlarla insan ən zəruri ehtiyaclardan məhrum olur. Biz inanırıq ki, beynəlxalq ictimaiyyət daha qətiyyətli və səmimi mövqe nümayiş etdirməlidir”.



Xəbərin oxunma sayı : 241




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap