“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Kəpəz”ə ən çox futbolçu verən menecer: o, kimdir? - Maraqlı iddialar

Tarix 22.09.25, 19:39

Font ölçüsü : - / +
bitmap-img6


"Kəpəz” rəhbərliyi Adil Şükürovu baş məşqçi postundan istefaya göndərdi. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Bura qədər rəsmi xəbərdi.

Keçək qeyri-rəsmi hissəyə...

Birincisi, Qəbələdəki rüsvayçı məğlubiyyətdən sonra azarkeşin üstünə gedib, “söhbət çürüdən” hörmətli Adil müəllim həmin cürətdən azacıq tapıb, “Kəpəz”ə ən çox futbolçu verən menecerin adını açıqlaya bilərmi?

Açıqlasa, gözlərindən öpərəm!

İkincisi, gəncəlilərin heyətində “Turan”dan uzaqlaşdırılmış Luis Paçu var. Bildiyim qədərilə Tovuzda illik maaşı 60-70 min dollar civarında idi. Amma “Kəpəz” onunla 2 illik müqavilə bağlayıb və braziliyalı Tovuzdakından daha çox - ilk ilində 80 min, ikinci ilində 90 min dollar qazanacaq.

Maraqlıdı, çox yaxşı sponsoru olan “Turan” Paçuya bu məbləği vermək istəmirsə, “Kəpəz” niyə artıq xərcə düşür? Nəyə, kimə, hansı menecerə görə? Bəlkə dayıoğlu-bibioğlu münasibətlərinə görə?

Və bu futbolçu  - Paçu ilk beş turda nəinki qol vurub, heç assist edə bilməyib...

“Kəpəz” rəhbərliyi Mahamadu Ba ilə də 2 illik müqavilə bağlayıb. Futbolçunun ilk ilində qazancı 85.000 $, ikinci ilində 90.000 $ təşkil edir.

“Kəpəz” rəhbərliyi rəqəmlərə etiraz edirsə, futbolçularla müqavilələri qoysun ortaya, olduğu kimi dərc edək.

Hələ Fofana, Pedro Qomes, Vitor Feijao, Cefferson Bentu, Otar Aptsiauri və “unikal” tapıntı, 7 min dollar civarında maaş alsa da, ehtiyatda qalan polşalı qapıçı Kacper Rosa da var ki, onlarla bağlı araşdırma olacaq. 

Görək, “Kəpəz”i bu günlərə kim qoyub?

Allah sənə rəhmət eləsin, Mirzə Cəlil. Heyif ki, Azərbaycan futbolunu görmədin...

Mənbə: matc.az



Xəbərin oxunma sayı : 187




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap