“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Mahir Emreli alman klubundan ayrılır? - Məşqçisi narazıdır

Tarix 22.09.25, 13:07

Font ölçüsü : - / +
bitmap-img6


“Kayzerslautern”in hücumçusu Mahir Emreli instaqramdakı son paylaşımı ilə diqqət çəkib.

AzFakt.com Sportinfo.az-a istinadən xəbər verir ki, “Münster”ə qarşı heyətə salınmamasından sonra Emreli yeni bir paylaşım edib.

Videoda məşhur keçmiş hücumçu Zlatan İbrahimoviçin sözləri yer alıb:

“Bəzi insanlar sənin haqqında pis danışacaq, bəziləri yaxşı. Amma əgər pis danışırlarsa, deməli, sən yaxşı iş görürsən. Mənə inan”.

Daha sonra isə həmin “story” silinib.

“Kayzerslautern”nin baş məşqçisi Torsten Libernext “Münster” oyunundan əvvəl keçirilən mətbuat konfransında Emrelinin komandaya qayıdıb-qayıtmayacağını açıqlamamışdı.

Oyundan sonra isə Libernext niyə “Nürnberq”dən transfer olunan futbolçunu yenidən heyətə salmadığını açıqlayıb.

O, Emrelinin son məşqdəki inamsız təsir bağışlamasını nəzərdə tutaraq əlavə edib:

“Məndə elə bir hiss yaranmadı ki, mütləq oyuna girmək istəyir. Komanda indi bu dinamikanı götürüb. Sən də bir az kənarda qalmalı və geri dönmək üçün çalışmalısan”.

Libernextin sözlərinə görə, Emrelinin yenidən komandada yer qazanmaq şansı hələ də var – amma bunu yalnız daha səmərəli məşq göstəriciləri ilə edə bilər.



Xəbərin oxunma sayı : 331




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap