“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Misirdə prezident seçkisi keçirilir

Tarix 10.12.23, 12:09

Font ölçüsü : - / +
bitmap-img6


Misirdə prezident seçkisində səsvermə başlayıb. Ölkənin bütün əyalətlərində seçki məntəqələri açılıb və üç gün - dekabrın 12-dək fəaliyyət göstərəcək.

Milli Seçki Komissiyasının məlumatına görə, Misirdə səsvermə üçün 10 085 seçki məntəqəsi təşkil olunub. Seçkidə səsvermə hüququ olan 67 milyona yaxın vətəndaş iştirak edə biləcək. Səsvermə prosesinə bütün səviyyələrdə 15 min müşahidəçi nəzarət edir. Onların əsas vəzifəsi ümumi səsvermənin üçüncü gününün sonunda, yəni dekabrın 12-də axşam başlayacaq səslərin hesablanmasına nəzarət etməkdir.

Misirin hazırkı dövlət başçısı Əbdülfəttah əs-Sisini nəzərə almasaq, üç siyasətçi prezidentliyə namizəddir. Onların heç biri nə gənclər, nə də əhalinin digər təbəqələri arasında real dəstək görmür. Bunlar solçu Fərid Zəhran, vəkil Abdel Sənad Yamama və Cümhuriyyət Xalq Partiyasının rəhbəri Hazem Ömərdir.
Qeyd edək ki, əs-Sisi 2014-cü ildə 96,91% səs topladığı seçki nəticəsində Misirə rəhbərlik edir. 2019-cu ilin aprelində ölkədə prezidentlik müddəti dörd ildən altı ilədək uzadılıb. Həmçinin, əs-Sisinin üçüncü müddətə yenidən seçilməsinə imkan verən “keçid maddəsi” də təqdim edilib. Bundan əlavə, dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri genişləndirilib. Prezident Ali Konstitusiya Məhkəməsi də daxil olmaqla, hakimləri və baş prokuroru təyin etmək imkanı əldə edib.

Mənbə: TASS



Xəbərin oxunma sayı : 526




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap