“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Naxçıvanda təcili yardımlar çağırışa dərmansız gedir? -İDDİA

Tarix 05.09.25, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvandakı təcili tibbi yardım stansiyalarında dərman qıtlığı yaranıb. 

Bu barədə “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.

Məlumata görə, təcili tibbi yardım stansiyalarına təcili müdaxilə üçün vacib dərmanlar, hətta spirt, şpris, bint belə verilmir.

“Növbəyə çıxanda məcburuq ki, çağırışlara gedək. Çağırışlara gedəndə isə dərman mütləq lazımdır. Heç olmasa, ağrıkəsici, spir, şpris olmalıdır. Məcbur qalıb özümüz alırıq. Özümüz deyəndə insanların çağırışa getdiyimiz zaman hörmət etdikləri 3-5 manatla. Yəni öz pulları ilə alırıq. Çoxumuzdan 5-10 min alıb işə götürüblər. Maaş az olsa da, sürücülər, tibb bacıları, həkimlər rüşvət verib burada ona görə işə düzəlirik ki, növbədə olanda çağırışların hesabına əlavə gəlirimiz olur. Məntəqə sədrləri bizi məcbur edir ki, dərmanları özümüz alaq. Ayrılan vəsait, dərmanlar isə mənimsənir", -deyə adı açıqlanmayan təcili yardım əməkdaşı deyib. 

Bu vəziyyət yerli sakinləri də narahat edir. Sakinlərdən Mehdi Quliyev deyir ki, çağırdığı təcili yardımda həyati əhəmiyyətli dərman olmadığından, ölümlə üz-üzə qalıb:“Atam müxtəlif ağır xəstəliklərdən əziyyət çəkdiyim üçün tez-tez təcili tibbi yardıma ehtiyacımz olur. Əvvələr çağırışa gələrkən ürək-damar, allergiya, ağrı, qıcolma və tənəffüs problemləri üçün dərmanların hamısı olurdu. Son dəfə çağıranda dedilər ki, bağışlayın, heç bir dərmanımız yoxdur. Dedim ki, nə qədər istəyirsiz pul verim, atamı ölümdən qurtarın. Baxdım ki, həqiqətən dərmanları yoxdur. Təcili gedib, aptekdən həkim dediyi iynəni alıb gətirdim, vurdular. İndi, qorxudan təcili müdaxilə üçün lazım olan dərmanları alıb evə qoymuşam ki, gələn dəfəyə hazır olsun. Hamısı da bahalı dərmanlardır".



Xəbərin oxunma sayı : 1381




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap