| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
Vəzifəli şəxs tərəfindən təhdid edilən psixoloq: “Arvadına görə mənə deyirdi ki...”
Tarix 19.03.22, 16:31 |
|
“Qadın azadlığı qadının gecə saat 12-də, 3-də evə gəlmək, açıq-saçıq geyimlər geyinmək deyil, saçını istədiyin rəngə boyamaq, hər istədiyin adamla birlikdə olmaq demək deyil. Gender bərabərliyi deyəndə “qadın kişi kimi söyüş söyə bilərmi?” sualı deyil, ailədə qadın və kişi hüquqları qanunla, hüquqi müstəvidə olduğu kimi bərabər olması nəzərdə tutulmalıdır”.
Oxu.Az psixoloq Fərqanə Mehmanqızı ilə müsahibəni təqdim edir:
- Bu gün ölkədə qadın kişi münasibətləri ilə bağlı balansın, gender bərabərliyinin pozulması müşahidə edilir. Bəzən bu barədə sosial şəbəkələrdə sarkazm dolu paylaşımlar da edilir.
- Bu gün gender bərabərliyi ilə bağlı gərgin mübarizə gedir. Amma gender bərabərliyinin əslində nə olduğunu düzgün anlamaq lazımdır. Vəzifədə, işdə bu bərabərlik qorunmalıdır. Məsələn, deputatlara baxsaq, onların təxminən 30 faizi qadın, qalanları kişilərdir. Ya da elə nazirlərimizə baxaq. Niyə bizdə nazir postlarında qadınlar yoxdur? Yaxın keçmişə nəzər salsaq, sovet dövründə bizim nə qədər qadın deputat, vəzifəli xanımımız olub. Amma bu gün bu sektorlarda qadınların sayı azdır. Cəmiyyət olaraq qadınları müəllimliyə, həkimliyə, maksimum QHT sədrliyinə layiq bilirik. Niyə bizdə icra başçıları arasında qadınlar yoxdur? Bir nəfər var idi, o da işdən azad edilib. Gender bərabərliyi dedikdə bu məqamlar nəzərə alınmalıdır.
Müəllimlər arasında qadınların çoxluğu da gender bərabərliyini pozan amillərdəndir. Bu yaxınlarda İspaniyada baş nazir istefa verdi ki, qadınlarla bəylərin sayında balans pozulmasın. Niyə bizdə polis şöbə rəisi qadınlar yoxdur? Bunlar çox önəmli faktorlardır. Gender bərabərliyi deyəndə “qadın kişi kimi söyüş söyə bilərmi?” sualı deyil, ailədə qadın və kişi hüquqları qanunla, hüquqi müstəvidə olduğu kimi bərabər olması nəzərdə tutulmalıdır.
Qadın azadlığı qadının gecə saat 12-də, 3-də evə gəlmək, açıq-saçıq geyimlər geyinmək deyil, saçını istədiyin rəngə boyamaq, hər istədiyin adamla birlikdə olmaq demək deyil. Qadın azadlığı istədiyin təhsili almaq, fikrini sərbəst ifadə edə bilmək, istədiyin vəzifəyə qədər yüksəlməkdir. Təəssüf ki, bu gün qadınlar ilk növbədə cəmiyyət tərəfindən əzilir. Ya deyirlər “sənin atan, qardaşın yoxdurmu?”, sonra “sənin yiyən yoxdurmu?” ifadəsinin işlənməsi sanki onu mal, heyvana bənzədən baxış olur. Qadına azadlıq istəniləndə buradan başlamaq lazımdır. Hətta deyərdim ki, bəzən qadınlar özü də həmcinslərinə qarşı psixoloji təsir edirlər. Məsələn, filankəs boşanıbsa, yiyəsi yoxdur. Cəmiyyətdə bir yanaşma var ki, qadın ərə gedib boşanıbsa, ya da ərə getməyibsə, el dili ilə desək “evdə qalıbsa”, deməli o qadınlar nə istədi edir. Sanki onun öz prinsipləri, öz bədəninə, düşüncəsinə qoyduğu qaydalar yoxmuş kimi psixoloji təzyiqlər olur.
- Bəs ikili münasibətdə mentalitet qaydalarına əsaslanmaq doğrudurmu?
- Mən deyərdim ki, milli mənəvi dəyərləri olmayan millət millət ola bilməz, inkişaf edə bilməz. Mentalitet çox gözəldir. Sadəcə insanlar mentaliteti çox cılızlaşdırıblar. Deyərdim ki, mentaliteti bu gün mini ətək geyinməklə, gecə istədikləri saatda evə gəlmək səviyyəsinə qədər cılızlaşdırıblar. Bir dəfə efirə gedən verilişlərdən birində 14 yaşlı qız ana və atasının mentalitetə qarşı çıxdığını dedi. Mən o qızdan mentalitet deyərkən nəyi nəzərdə tutduğunu soruşdum. Cavab olaraq dedi ki, “anam icazə vermir ki, mən mini yubka geyinim”. Siz uşağın düşüncəsinin bu cür formalaşmasına səbəb olan amilləri düşünün. Bizim mentalitetdə, sözün əsl mənasında milli mənəvi dəyərlərimizdə qadına yüksək qiymət verilir. Bizim mentalitetdə qadınlarımız kişilərlə çiyin-çiyinə döyüşlərə gediblər. Hər zaman qadınlarımız özünü güclü bilib, geyiminin altında xəncər saxlayıb, özü-özünü müdafiə edə biliblər.
Biz öz mənəvi dəyərlərimizi Amerika ilə müqayisə edə bilmərik. Bəli, iqtisadi cəhətdən müqayisə edin. Amma biz türkük, milli dəyərlərimiz yüksəkdir.
- Tarix boyu ailədə, cəmiyyətdə qadınların üzərinə düşən vəzifələr hər zaman çətin və məsuliyyətli olub. Necə deyərlər “yuvanı dişi quş qurar”. Bizim cəmiyyətdə xanımlar sağlam ailənin təməlini qoya bilirmi?
- Çox doğru yanaşmadır, ailəni qadın qurur. Amma bu gün cəmiyyətdə elə kişilər var ki, onları ailə dəyərlərini bilməyən qadınlar tərbiyə ediblər. Bir qadına hörmət etməyi bacarmayan həmin kişilərin şəxsiyyət pozuntuları var. Qadınlar şəxsiyyət olaraq formalaşmayan kişi ilə normal yuva qura bilməzlər. Bu da önəmli məsələdir.
- Belə bir misal da var ki, “qadın yıxan evi fələk də tikə bilməz”. Bir xanım olaraq bu fikrə münasibətinizi bilmək maraqlı olardı.
- Doğrudur, qadın böyük qüvvədir. Qadın istər ailədə, istərsə də münasibətlərdə güclü tərəfdir. Qadının idarə edə bilməyəcəyi heç nə yoxdur. Sadəcə olaraq gərək sağlam düşüncəli, təfəkkürlü olsun. Psixoloji cəhətdən sağlam olan qadın kişini daim yüksəldir. Kişiləri böyüdən qadınların psixologiyası qaydasında olduğu müddətdə cəmiyyətdə sağlam insanların sayı artacaq. Hər bir uğurlu kişinin arxasında bir qadın – anası, bacısı, həyat yoldaşı, xanımı mütləq olur.
- Hərdən deyirlər ki, xanımlar ailənin bütün yükünü bəylərin üzərinə atmaqla onlara haqsızlıq edirlər. İndi bu xanımlar haqsızlıq edir, ya haqqına danışır?
- Kişilər dünya yaranandan ovçu olublar. Kişilər ova gedib, qənimət gətiriblər. Qadınlar isə o qənimətin düzgün istifadəsini tənzimləyiblər. Əgər kişi qəniməti evə doğru-düzgün gətirsə, qadın da səmərəli şəkildə istifadə etməyi bacarsa, bu kimi izdivaclarda heç bir problem yaranmaz. Tam tərsinə bu izdivac güclü olar. Ümumiyyətlə dində də qadınların işləməsi tövsiyə edilmir. Amma xahiş edirəm ki, oxucular fikrimi düzgün başa düşsün. “Qadınlar işləməz” deyəndə maddi durumun yaxşılaşdırılması üçün gün ərzində saat 9-dan 6-ya zülm, əziyyət çəkməz mənasında deyilir.
Ailə kiçik dövlətdir və qadın bu dövləti idarə edir. Bir başqa tərəfdən qadın maddi cəhətdən ehtiyac olduğu üçün işləməz. Qadın işləyər, sərbəstdir seçimində. Cəmiyyətə faydalı olmaq naminə, sənətinə, oxuduğu peşəsinə görə işləyər. Amma ailə yükünü çiyinlərinə almaq üçün işləmək məcburiyyətində qalmamalıdır. Oxuculardan fikrimi düzgün başa düşmələri üçün izah verirəm ki, yanlış anlaşılmasın.
Bu gün kapitalizm onu göstərir ki, ailədə qadın və kişi birgə işləyərək ailə büdcəsini formalaşdırır. Çox maraqlıdır ki, qadın da kişi kimi saat 9-dan 6-ya qədər işləyir və evə gəldikdən sonra da ev işləri ilə məşğul olur. Kişi isə evdə divanda uzanaraq istirahətə çəkilir. Belə baxanda qadın həm çölün, həm də evin işini görmüş olduğu üçün daha çox işləyən tərəf kimi qiymətləndirilə bilər.
- El məsəli də var ki, “arvadı əri saxlayar, pendiri dəri”...
- Həqiqətən də hər bir qadın öz həyat yoldaşının vizit kartıdır. Kişi cəmiyyətdə hər zaman xanımı ilə seçilir. Toyda, bayramda, ailə içində hər zaman xanımların gözəlliyinə, geyim-keciminə baxıb deyirlər ki, “həyat yoldaşı necə gözəl baxır”. O baxımdan düşünürəm ki, yerində işlədilən misallardan biridir.
- Ümumbəşəri bəla olan xəyanət barədə bütün psixoloqların fikirləri var. Lakin sizin bu mövzunu əsaslandıran fikirləriniz cəmiyyətdə kifayət qədər maraq yaradıb. Bir qadın ərinə, bir ər isə öz qadınına nə üçün xəyanət edir?
- Universitetdə müəllimlərimiz deyirdi ki, xəyanət, din və siyasət haqqında müzakirələrə girişməyin. Bu üç mövzuda söhbət bitmək bilmir. Xəyanət nəticədir, ona gətirən səbəb isə müxtəlifdir. İnsanlar var ki, xəyanətkar ruhludur, insanlardan tez bezir. Adam var ki, istər qadın, istər kişi sevgi, qayğı, diqqət görmür və xəyanət etməyə haqq qazandırır. İnsan da var ki, öz ruh əkizini tapdığı üçün birlikdə olur. Amma bu sadalananların və sadalamadığım heç bir səbəb xəyanətə bəraət qazandıra bilməz. İnsan tək sevgi münasibətində deyil, dostluqda, ailə münasibətlərində də xəyanət edir. İnsan var ki, hətta özü-özünə də xəyanət edir. Xəyanət edən insan ilk özünü aldadır, bu, birmənalı olaraq belədir.
İnsan gərək özünə, öz prinsiplərinə sadiq qalsın. Özünə sadiq olmayan insan ətrafa da sadiq ola bilməz.
- Sizə müraciət edənlər arasında xəyanətkarların çoxu qadınlardır, yoxsa kişilər?
- Pasiyentlərimin çoxu ərlərinin onlara xəyanət etdiyini deyir. Əksər hallarda da bunu telefon yazışmalarında aşkar edirlər.
- Necə düşünürsünüz, bu gün ailəni qadınlar saxlayır, yoxsa kişilər?
- Burada maddi və mənəvi amillər var. Bu gün boşanmaların sayının artması da bu problemlə bağlıdır. Alın tərləri ilə pul qazanan kişilər mənimlə razılaşmaya bilər. Bu cür qayğı çəkən kişilərin həyat yoldaşları da onları başa düşməlidir.
Çünki, bir çox ailələrdə maddi yük qadınların çiyinlərinə düşür. Odur ki, ailənin maddi yükünü çəkən kişilərin qədrini bilmək lazımdır. Maddi cəhətdən bu gün ailələrin çoxunu qadın saxlayır desək, yerinə düşər. Ailəsini maddi cəhətdən dolandıran kişilər bu fikrə etiraz edə bilər, çünki onlar belə fikri qəbul edə bilmir. Amma acı reallıq budur.
- Bu günə sizə edilən müraciətlər arasında ən maraqlı və ya dəhşətli fakt hansı olub?
- Psixoloqlar o qədər həyat hekayəsi dinləyir ki, bizim üçün artıq dəhşətli, təəccüblü gələn heç nə yoxdur. Əvvəllər ailə daxili münaqişələrdə dəhşətli problemlər olurdu. Adətən cinsi təcavüzlər, cinsi təcavüzə meyilliliklə bağlı məsələlər təhlükəli olur.
- Heç özünüz psixoloqa müraciət etmisinizmi?
- Bilirsiniz ki, ətrafımızda həmkarlarımız çox olduğu üçün, heç bu barədə düşünməmişəm. Daim rəfiqələrimlə, həmkarlarımla həmsöhbət olduğum üçün məncə, bu, konsultasiya effekti verir (gülür). Rəfiqələrimin çoxu psixoloqdur. Onlarla söhbət psixoloqa getmək sayılırsa, hə, sayılmırsa yox getməmişəm (gülür).
- Sizə müraciət edən pasiyentlərin şəxsi işləri, həyat hekayələri sizdə hansı şəkildə saxlanılır? Pasiyentlərin gizliliyi, hüquqlarının müdafiəsi çox önəmlidir.
- Müxtəlif cür saxlanıla bilər. Məndə kağız üzərində, yaddaş kartlarında və kompüterdə saxlanılır. Bunlar seyfdə xüsusi qovluqlarda saxlanılır. Odur ki, təhlükəsizlik və pasiyentlərin hüquqları tam şəkildə qorunur. Ümumiyyətlə bu məlumatlar xüsusi kodlaşma ilə yazıldığı üçün onu heç kim başa düşə bilməz. Maksimum pasiyentin adı və yaşını başa düşə bilərlər. Seansın kodlaşmasını isə yalnız yazan psixoloq başa düşə bilər.
- Heç olub ki, hansısa pasiyentinizə görə sizə təhdid etsinlər?
- Bəli, olub. Vəzifədə olan tanınmış şəxslərdən biri pasiyentim olub. Pasiyentimin həyat yoldaşı məni təhdid edib ki, yoldaşıma de ki, mən necə istəyirəmsə, elə etsin. Bu dəfələrlə olub.
- Heç olub ki, xanımlar həyat yoldaşlarını sizə müraciət etdikləri üçün qısqansınlar?
- Bu məqam da olub. Təəssüf ki, həyat yoldaşı mənə müraciət etdiyi üçün qısqanclıq edən qadınlar olub.
- Qadınlar kişilərdən və əksinə kişilər qadınlardan nə istəyir?
- Təbii ki, mənəvi və maddi dəstək. İlk növbədə mənəvi dəstək olmalıdır. İnanın ki, qadın özünə ətir, bahalı geyimlər ala bilir. Amma bunun kişilər tərəfindən onlar üçün edilməsi çox xoş təəssürat yaradır. Bu, bir ruh halıdır. El dili ilə desək, cəmiyyətdə tutduğu mövqe, pul kişinin güc mənbəyidir. Mənəvi dəstək, incə rəftar qadın üçün motivasiyadır. Əbəs yerə demirlər ki, qadın qulağı ilə sevir. Kişidən eşitdiyi hər bir xoş söz qadının cavan qalmağına, özünə baxmağına dəstək olur. Qadın həyat yoldaşı ilə bu münasibət çərçivəsində ona qarşı da eyni cür qayğıkeş davranır. Ümumiyyətlə kişilərin ilk tanıdığı qadın obrazı analar olduğu üçün analarına bənzər xanımları daha başqa cür, dərin hisslərlə sevirlər.
Anası kimi diqqət, qayğı göstərən qadınları da daha çox bəyənirlər. Kişilər uşaq kimidir, daim sığal, qayğı istəyirlər. Biz qadınlar da ata qayğısı kimi yanaşan kişi istəyirik. Bax bu cəhətlərə diqqət edilməsi önəmlidir.
- Vəzifəli şəxslərdən, tanınmışlardan, müğənnilərdən, aktyorlardan, elə psixoloqların özlərindən belə sizə müraciət edənlər varmı?
- Bəli, olub. Siyasi sferada tanınan şəxslər, vəzifəli insanlar, eləcə də sizin həmkarlarınız arasından da mənə müraciət edənlər olub. Hətta bəziləri ilə seanslarımız davam edir.
Xəbərin oxunma sayı : 526
Müsahibə
Xəbərlər
-
Bu gün instaqramda nələr paylaşıldı? - FOTOLAR
-
İrandan idxal olunan məhsullar bahalaşıb - VİDEO
-
Xəbəri olmadan qaz sayğacı dəyişdirildi, 1500 manat borc yazıldı - VİDEO
-
Məsud Pezeşkian etirazçılarla dialoqa girib - Əraqçi
-
Güzdəkdə qanunsuz karxana - Bəhram Məlikov kimlərin himayəsi ilə işləyir?
-
“Real Madrid“ baş məşqçisini istefaya göndərdi - RƏSMİ
-
MİS-lər yeni qaydalarla işləyəcək - VİDEO
-
Pezeşkian Tehranda nümayişlərə qatıldı - VİDEO
-
Bu yolun asfalt örtüyü üç ay ərzində ikinci dəfə dağılıb - VİDEO
-
“Mənsimov işi”ndə Əlizadə “xətti”: Neft maqnatı iş adamını niyə “vurur”?
-
“Ambiance MED şikayət etdi: “Green Farm“ın rəhbərinə “stop“ qoyuldu
-
Əraqçi və Uitkoff telefonda danışdılar - İrandakı etiraz aksiyalarını müzakirə edilib
-
Fuad Qəhrəmanlı DTX-yə çağırıldı - “Boz kardinal”ın işinə görə
-
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək - AÇIQLANDI
-
Xaricdə oxumaq istəyənlər üçün - Universitet və proqramların siyahısı
-
ABŞ Silahlı Qüvvələrin komandanlıq sistemini yeniləmək istəyir - “The Intercept“
-
Gimnaziya direktoru kabinetində yaralandı - 1000 manat cərimələndi
-
Məzuniyyətə görə pul almaq olar? - AÇIQLAMA
-
Azərbaycan təhsilində yenilik: Süni intellektə keçid edirik?
-
“Bir gün də yubanma olmamalıdır” - Prezident tapşırıq verdi
-
İranda etirazların 16-cı günü - “Starlink“ bağlantıları sıradan çıxarıldı
-
Azər Əlizadə işinin başındadır, yaxın günlərdə fermerlərin borcları tam ödəniləcək - “P-Aqro” MMC
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sulu qar yağacaq, tempratur 5-10 dərəcə enəcək... - Xəbərdarlıq
-
Prezident müşavirə keçirdi - Çıxışların tam MƏTNİ + FOTOLAR
-
Azərbaycanda gömrük rüsumlarının yüksəlməsindən sonra avtomobillər bahalaşdı - VİDEO
-
Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq - İlham Əliyev
-
Pensiyaçıların sayı niyə qonşularımızdan azdır? - Üç əsas səbəb
-
Masallıda 13 yaşlı qıza meşədə təcavüz edildi - Dəhşətli cinayətin TƏFƏRRÜATI
-
Ötən il neçə nəfər əcnəbilərlə evlənib? - Nikah və boşanma sayı
-
Yarım milyon borca düşdü... -“Gilan İnşaat“ın işlərini davam etdirən şirkət müflis olur?
-
Ehtiyatdan çağırılan zabitlərlə bağlı dəyişiklik - Prezident yeni qanunu təsdiqlədi
-
“Azərişıq“ ASC-nin vəzifəli şəxsi Nizami rayonunda qanunsuz tikinti aparıb? - VİDEO
-
“Oleq Bakinski“yə Amnistiya aktı şamil olunub - Konstantin Kuçerin işinə baxılacaq
-
Kişi kostyumları Azərbaycana Çindən 14, Türkiyədən isə 29 manata gətirilib - Siyahı
-
Paytaxtın məşhur restoranında bədbəxt hadisə - Xəsarət alan var
-
“Azalan gəlirlər və artan xərclər ARDNF-in likvidlik mövqeyinə təzyiq yaradır“ - Palata
-
Bakıda məşhur mağazalar şəbəkəsi satılıb - İşçilərdən kütləvi şikayət
-
“İran dialoqa da, müharibəyə də hazırdır“ - Rəsmi Tehran
-
Prezidentin sədrliyi ilə müşavirə keçirildi - FOTO
-
Banklarla bağlı yeni qərar təsdiqləndi - DETALLAR
-
Tramp hərbi müdaxilə imkanını nəzərdən keçirir - CNN
-
Xəzərin üzərindən Bakının mərkəzinə nəhəng körpü salınır? - Rəsmi açıqlama
-
Kürdəmir rayonunda kanalizasiya problemi - VİDEO
-
Azərbaycanda 14 gün iş olmayacaq - Tarixlər
-
“Sülh kodlaşdırıldıqda onu geri çevirmək daha çətin olur“ - Elçin Əmirbəyov
-
Vergi sistemində yenilik: Kimlərə maliyyə sanksiyası tətbiq edilməyəcək?
-
Anar Əliyev ona yüksək vəzifə verdi - Eşqin Bayramov kimdir?
-
Müdafiə Nazirliyindən xəbərdarlıq - “Təşvişə düşməyin“
-
Biləcəri sakinləri 4 ildir çıxılmaz vəziyyətdədir - Binanın dam örtüyü yararsız hala düşüb
-
İranda etiraz aksiyaları - Ölənlərin sayı 500-ü keçdi
-
Abdin Fərzəliyev Xırdalanda bu tikintiyə hansı şərtlərlə icazə verib? - VİDEO
-
Paytaxtın Xətai rayonunda 20 ildir yaşayış binasının zirzəmisinə su dolur - ŞİKAYƏT VİDEO
-
Yeni qərar Mənzil-Kommunal İstismar Sahələrinin fəaliyyətinə necə göstərəcək? -ARAŞDIRMA
-
Azərbaycanda reklam kampaniyalarına qoşulan falçılar hansı halda cinayət məsuliyyəti daşıyırlar? - VİDEO
-
Ölkəmizin enerji strategiyası diqqət mərkəzindədir
-
Müasir dövrdə dövlətlərin enerji təhlükəsizliyinin təmin olunması...
-
Bələdiyyə sənədi ilə ev tikənlərə şad xəbər - VİDEO
-
“ABŞ Venesuelanın idarə olunmasında bir neçə il ərzində iştirak edə bilər“ - Kris Rayt
-
Paytaxtın tıxac problemi necə həll edilə bilər? - ARAŞDIRMA
-
Saray qəsəbəsində gölləri qurudub yerində binalar tikiblər? - VİDEO
-
Yarım əsrdən çox yaşı olan park baxımsız vəziyyətdə - VİDEO
-
Balıq qıtlığı qapıdadır: Xəzərin çirklənməsi bazara necə zərbə vurur?
-
Azərbaycanın “yaşıl enerji”yə keçid istiqamətində atdığı addımlar həm iqtisadi, həm ekoloji, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət daşıyır
-
“Kuba artıq Venesueladan neft və pul almayacaq“ - Tramp
-
Bakıda torpaq qiymətləri: Ən çox və ən az bahalaşma hardadır?
-
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq - Xəbərdarlıq
-
Klublarımızın qış planları: Kim gəlir, kim gedir?
-
Bu avtomobillər 3 min manat bahalanıb - VİDEO
-
ABŞ Maduro əməliyyatında bu gizli silahdan istifadə edib - İddia
-
Masallıda əməliyyat: 9 kilo narkotik ələ keçirildi
-
Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır - Sabahdan
-
Azərbaycana 35 ölkədən 952 ton antibiotik tərkibli dərman gətirilib - Qiymətlər
-
Xalqı dinləməyə və islahatlara hazırıq - Pezeşkian
-
Zaminlik müqaviləsi nədir və hansı məsuliyyəti yaradır? - VİDEO
-
Diplomlu işsiz yetişdirən Azərbaycan universitetləri - STATİSTİKA
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Trampa İrana mümkün hərbi zərbələr barədə məlumat verilib - “New York Times”
-
Azərbaycandan Ermənistana daha 979 ton yanacaq göndərildi - Fotolar
-
Nağd pul və kart dövrü bitir: QR ödənişlərin üstünlükləri nələrdir?
-
“Qarşıdurma və toqquşma yaradanlar ağır cəza ilə üzləşəcəklər“ - Əli Laricani
-
Ağdərədə 38 yaşlı kişi minaya düşdü - Ayağı amputasiya edildi
-
Reseptsiz müalicə fəlakətə aparır: Həkimlərdən xəbərdarlıq (VİDEO)
-
Xəbərdarlıq edilmədi, borc yazıldı: Bələdiyyə ilə sakinlər arasında qalmaqal
-
Culfada evlərindən çıxarılan sakinlər etiraz etdi - VİDEO
-
Tüstü bacaları ölüm saçır: Məsuliyyəti kimsə üzərinə götürmür
-
Azərbaycanın enerji strategiyasında bərpaolunan mənbələrin payının artırılması əsas prioritetlərdən biridir
-
Putini oğurlamağı təklif etdi - Britaniya nazirindən şok açıqlama
-
İranda etirazçılara sərt xəbərdarlıq - Bu şəxslər edam olunacaq
-
AZAL-da bitməyən problemlər - Şirkət nəyi gizlədir, yenə dotasiya?
-
Binəqədi rayonunda keçidin bağlanması sakinlərə ciddi çətinlik yaradıb - VİDEO
-
100 yaşına daha çox kimlər çatır: Ət yeyənlər, yoxsa vegeterianlar?
-
“Max Group“ MMC-dən daha bir dələduzluq - VİDEO
-
Xəstəxana direktoru həkimin kompüterinə dinləmə cihazı yerləşdirdi - QALMAQAL
-
Elektron etibarnamələrlə bağlı yeni xəbər - Bu halda…
-
Venesuelanı yenidən varlı və təhlükəsiz edirəm - TRAMP
-
Bakıda yeni yol çəkilir - Sürücülərin işi asanlaşacaq (VİDEO)
-
Soyuğa məhəl qoymadı, soyundu - FOTOLAR
-
“ABŞ İranda etirazçılara köməyə hazırdır“ - Tramp
-
Vatsapı ələ keçirildi, yaxınlarının pulu mənimsənildi - VİDEO
-
Səhnədə yerə uzandı, o hadisə oldu: “Sizin mənim kimi bədəniniz olsaydı...“
-
“Fənərbağça“ Türkiyə Superkubokunun qalibi oldu - 11 ildən sonra
-
Masazırda yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu + VİDEO
-
İsraildə kütləvi SMS panikası: Vətəndaşlara bu mesajı göndərilir
-
“Qobu Park” yaşayış massivində binalar əyilir - Rəsmi açıqlama + VİDEO
-
Milyonlarla borcu olan “Kontakt Home“un direktoru yenidən CƏRİMƏLƏNDİ
-
Zaqatalada minik avtomobili aşıb - Ölən və yaralanan var
-
Sabah bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Kameraları sındırıb ödəmə terminallarından oğurluq edirmiş - Analoji cinayət
-
“Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir“ - Tramp
-
Bir neçə şirkətlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
-
Avropanın “son müdafiə xətti” üzərində casus dronlar - Almaniya təşviş içində
-
İllərlə edilən səhvlərin nəticəsi: Bakı boğulur - Çıxış yolu var?
-
Ağadadaş həmin olaydan danışdı - “Bu, Allahın baltasıdır“
-
Bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
“İran etirazları yatırmaq üçün “Hizbullah“ döyüşçülərindən istifadə edir“ - ABŞ
-
ABM lisenziya verdiyi “Drakaris“i cərimələdi - Terrorçuluqla bağlı tələbləri pozub
-
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
-
Venesuela və ABŞ səfirlikləri açıla bilər: Delsi Rodrigesdən açıqlama
-
“Kristal“ın göz çıxaran reklamları, dodaq uçuqladan qiymətləri - Ayda 5 500 manatı kim ödəyə bilər?
TOP 10
ARXİV






