“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Sumqaytda 2019-cu ildən tikilən bina bu günədək istifadəyə verilməyib - VİDEO

Tarix 11.07.26, 21:05

Font ölçüsü : - / +
bitmap-img6


5 illik gözlənti, yarımçıq bina və bitməyən vədlər. Sumqayıtda sakinlər MTK-dan şikayətçidirlər.

Xezerxeber.az xəbər verir ki, “MirXəlil MTK”dan mənzil alan sakinlərin sözlərinə görə, illərdir müxtəlif bəhanələrlə qarşılaşırlar. Onlar nə aldıqları mənzillərə köçə, nə də ödədikləri vəsaiti geri ala bilirlər. Bildirilir ki, bəzi ailələr əvvəlki evlərini sataraq bu binadan mənzil alıblar. Lakin, tikintinin başa çatmaması səbəbindən uzun müddətdir kirayə mənzillərdə yaşamağa məcbur qalıblar.

Ərazidə çəkiliş aparılan zaman bina sahibi Eldar Səfərovla narazı sakinlər arasında mübahisə yaşanıb. Şahidlərin sözlərinə görə, sahibkar aqressiv davranaraq sakinlərə "Hara istəyirsiniz şikayət edin" ifadəsini işlədib. Bununla yanaşı, Eldar Səfərov XəzərXəbərə açıqlamasında binanın tikintisinin bu ilin sonunadək başa çatdırılaraq sakinlərə təhvil veriləcəyini bildirib.

Sakinlər isə bu dəfə verilən vədin yerinə yetiriləcəyinə ümid etdiklərini, əks halda aidiyyəti dövlət qurumlarına və məhkəməyə müraciətlərini davam etdirəcəklərini bildiriblər.




Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap