“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Kafedə doğduğu körpəsini torbada öldürüb divardan asıb - Bakıda ananın dəhşətli cinayəti

Tarix 30.08.22, 18:19

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yeni doğulmuş körpəsini öldürən qadın məhkəmə qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirvan sakini, 1986-cı il təvəllüdlü Ş.Qədirova Nərimanov Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona üç il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Araşdırmalar zamanı məlum olub ki, Ş.Qədirova Bakı şəhərində yerləşən və “Sabirabad hotel” adı ilə tanınan kafedə daimi yaşayıb. O, 2020-ci ildə Respublika Kliniki Xəstəxanasında uşaq dünyaya gətirib və həmin vaxt uşağın cinsiyyətini öyrənmədən övladından imtina edib. Daha sonra yenidən hamilə qalan qadın bu il martın 30-da saat 01:00 radələrində paytaxt ərazisində özündə ağrılar hiss edib. Daimi yaşadığı kafeyə gələrək sanitar qovşağında, gecə saat 04:00 radələrində təbii yolla qız uşağı dünyaya gətirib. O, yeni doğulmuş körpəni zibil qutusuna ataraq ölməsini gözləyib. Lakin körpə ağladığından o, uşağı sellafon torbaya qoyaraq ağzını düyünləyərək bağlayıb və boğularaq ölməsini gözləyib. Yarım saat sonra uşağın səsinin kəsildiyini görən qadın onun meyitini əl çantasına qoyaraq yatıb. Martın 31-də yaşadığı yeri tərk edən 38 yaşlı qadın yeni doğulmuş uşağın meyitinin olduğu torbanı saat 03:00 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 88 ünvanındakı “Anatolia” restoranının divarından asaraq uzaqlaşıb.

Aprelin 2-də isə kommunal xidmət işçiləri ərazidə təmizlik işləri görərkən polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitini aşkar edərək məlumat veriblər. 2 gün sonra uşağın anasının yeri müəyyən edilərək saxlanılıb.

Ş.Qədirova məhkəmədə uşağın onun həyat tərzinə mane olacağını düşündüyü üçün belə addım atdığını deyib. O bildirib ki, hamiləliyə qarşı daim dərman preperatlarından istifadə edib.



Xəbərin oxunma sayı : 976




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap