|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
“Prezidentin xarici siyasət kursu milli maraqlarımızın təmin olunmasına yönəlib“ - ŞƏRH
Tarix 11.10.24, 13:10 |
|
"Bu, cənab Prezident İlham Əliyevin daha bir möhtəşəm diplomatik gedişi idi"
“Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 8 oktyabr tarixində Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirakını və bu mötəbər tədbirdə dövlət başçımızın çıxışını şərh edərkən, ilk növbədə belə bir mühüm məqamı qeyd etmək lazımdır ki, cənab Prezidentin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsinə, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurmasına və bu münasibətlərin inkişafına dəqiq hesablanıb. Məhz bu siyasət artıq uzun illərdir ki, Azərbaycanı bütün geosiyasi təlatümlərdən uğurla qoruyur. Başqa sözlə desək, Azərbaycan Prezidentinin həyata keçirdiyi balanslaşdırılmış, çoxvektorlu xarici siyasət kursu bütünlüklə ölkəmizin milli maraqlarının təmin olunmasına yönəldilib. Bu deyilənləri 2022-ci il fevral ayının 22-də Moskvada Azərbaycan və Rusiya Prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında” Bəyannamə bir daha sübut edir. Bəyannamənin bütün bəndləri belə deməyə əsas verir ki, bu sənədin imzalanması cənab Prezident İlham Əliyevin milli maraqlarımızın qorunması naminə atdığı növbəti mühüm addımdır. Əlbəttə ki, Azərbaycan üçün qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir. Çünki öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər. Bu baxımdan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən olan Rusiya ilə humanitar, mədəni sektordan tutmuş siyasi-hərbi sahəyə qədər çoxşaxəli əməkdaşlıq əlaqələri əldə olunmuş yüksək nəticə kimi qiymətləndirilməlidir. Eyni zamanda da Rusiya ilə imzalanmış müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə xüsusilə Vətən müharibəsindən sonra bölgədə yaranmış reallıqlar baxımından Azərbaycan üçün çox əhəmiyyətlidir. Həm Türkiyə, həm də Rusiya ilə müttəfiqlik bəyannaməsi imzalayan Azərbaycan bununla bölgədəki yeni konfiqurasiyanı möhkəmləndirmiş oldu. Bu, cənab Prezident İlham Əliyevin daha bir möhtəşəm diplomatik gedişi idi. Bir mühüm cəhəti də qeyd etmək lazımdır ki, sözügedən sənəddə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Beləliklə, Rusiya və Azərbaycan münaqişənin bitdiyi reallığını bir daha təsdiq edir və 10 noyabr razılaşmasının icra edilməyən bəndlərinin həyata keçirilməsində, kommunikasiyanın açılmasında, sərhədin delimitasiya və demarkasiya olunmasında və nəhayət yekun sülh sazişinin imzalanmasında səylərin birləşdirilməsi ilə bağlı razılaşmış olurlar. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Moskva iclasında etdiyi çıxışında Rusiya Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfərinin Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdiyini xüsusi vurğuladı.”
Bu fikirləri ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi AzNews.az-a verdiyi açıqlamasında ifadə edib.
Fikirlərini davam etdirən müsahibimiz daha sonra ölkəmizin MDB daxilində getdikcə artan nüfuzundan bəhs edib: “Azərbaycanın istər Qoşulmama Hərəkatında, istər Türk Dövlətləri Təşkilatında, istərsə də İslam Əməkdaşlıq Təşkilatında fəaliyyətini müşahidə edərkən biz aydın şəkildə görürük ki, ölkəmiz bu qurumlara üzv dövlətlərin böyük əksəriyyətilə əlaqələrini həm ikitərəfli formatda, həm də çoxtərəfli formatda uğurla inkişaf etdirir. Əlbəttə ki, bu baxımdan Müstəqil Dövlətlər Birliyi də istisna deyil. İlk növbədə Azərbaycanın bu quruma üzv olan digər dövlətlərlə münasibətlərinin formalaşmasına belə bir amil təsir göstərir ki, bu ölkələrin hamısı 70 il ərzində SSRİ tərkibində müttəfiq respublikalar kimi mövcud olublar. Həmin illər ərzində bu ölkələrin xalqları arasında da güclü bağlılıqlar formalaşmışdır. Digər tərəfdən də MDB üzvləri arasında Azərbaycanla digər beynəlxalq təsisatlarda birgə üzvlüyü olan ölkələr də çoxluq təşkil edir. Bütün bunlar əlbəttə ki, xüsusi münasibətlərin formalaşmasına zəmin yaradıb. Lakin bütün bunlara rəğmən etiraf olunmalıdır ki, Azərbaycan indiyədək üzv olduğu bütün beynəlxalq təşkilatlarda sahib olduğu yüksək nüfuzunu və aparıcı mövqelərini hər zaman özünün yaradıcı təşəbbüsləri və effektiv fəaliyyəti sayəsində əldə edib. O cümlədən MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Laçın şəhərinin 2025-ci ildə təşkilatın mədəniyyət paytaxtı elan edilməsi, həmçinin gələn il Azərbaycanda III MDB Oyunları keçirilməsi barədə qərarın qəbul olunması da ölkəmizin MDB daxilində yüksək nüfuza sahib olduğundan xəbər verir. Əldə olunan bu nailiyyətlər əlbəttə ki, Azərbaycanın beynəlxalq müstəvidə növbəti möhtəşəm uğurları kimi qiymətləndirilməlidir.”
Sonda A.İ.Bakuvi Prezident İlham Əliyevin “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində təqdim olunan açıqlamalara münasibət bildirib: “Dövlət başçımızın əvvəlki çıxışlarında da qeyd olunduğu kimi, bu gün bəzi Qərb dövlətləri, ilk növbədə də ABŞ və Fransa Azərbaycanın müstəqil xarici siyasət yürütməsini, öz ərazi bütövlüyünü və tam suverenliyini heç kimdən soruşmadan, heç kimdən qorxmadan və heç kimi saymadan, öz gücünə bərpa etməsini heç cür həzm edə bilmirlər. Buna görə ölkəmizə qarşı tamamilə haqsız olaraq hansısa sanksiyalar tətbiq edilir. Bu sanksiyalarla bağlı ABŞ hökumətinin ikiüzlülüyünü, riyakarlığını açıq-aşkar ifşa edə məqamlardan biri də Azərbaycan-NATO tərəfdaşlıq münasibətləri çərçivəsində gedən proseslərdə özünün aşkar təsdiqini tapıb. Məlum olduğu kimi, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var və bu tərəfdaşlıq hər zaman müsbət qiymətləndirilib. Xüsusilə qeyd edə bilərik ki, Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yüksək effektivliklə iştirak edib. 2021-ci ilin axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr də məhz Azərbaycan hərbçiləri olublar. Çünki, məhz bizim hərbçilərimiz hava limanının mühafizəsinə görə cavabdeh idilər və bu, NATO qüvvələrinin Əfqanıstandan təxliyəsində əsas məsələ idi. Lakin bu gün ölkəmizin bu xidmətləri ermənipərəst qüvvələrin təzyiqi nəticəsində unudulur. Bundan başqa, hələ 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla Azərbaycana tətbiq edilmiş sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Lakin ABŞ qüvvələri Əfqanıstandan qaçandan sonra bi daşımalara da artıq ehtiyac qalmadı və sanksiyalar yenidən qüvvəyə mindi. Bütün bunlar sözün əsil mənasında siyasi nankorluqdur və cənab Prezident İlham Əliyev hər zaman olduğu kimi, oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına verdiyi müsahibəsində də prinsipial möveyini bir daha nümayiş etdirərək, bu məsələlərə birmənalı münasibətini açıq mətnlə ifadə etmişdir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Xəbərin oxunma sayı : 1498
Analiz
Xəbərlər
-
Azərbaycan əsilli model transparan geyimdə - VİDEO
-
Bundesliqa üçün fantastik qazanc - Milyardlarla avroluq müqavilə
-
KTMT-dən çıxmaq indiki Ermənistan rəhbərliyinin suveren hüququdur - Lavrov
-
Avtombillərin 30%-i texniki baxışdan keçirilmir - VİDEO
-
“OPEC+ ölkələri saziş şərtlərini 100 faizdən çox yerinə yetirir“ - Novak
-
Suriya rejimi dərhal öz xalqı ilə dialoq qurmalıdır - Ərdoğan
-
Məşhur gözəllik mərkəzinin yerləşdiyi obyektlər hərraca çıxarılıb - 2,9 milyon manata
-
2024-cü ildə köçmək üçün ən ucuz və ən bahalı ölkələr - TOP-10
-
Paytaxtın bu ərazisində qaz olmayacaq - Xəbərdarlıq
-
“Minsk qrupunun ləğvi ATƏT-in effektiv fəaliyyətini təmin edəcək“ - Ceyhun Bayramov
-
“Ağ Ev Apartaments”in villalarını sökürlər- Həbs dalğası - FOTOLAR
-
Gerasimov ABŞ-lı həmkarına zəng vurub: Gizli qalan təfərrüatlar ortaya çıxdı
-
“Evini sığortalamayan üçün cərimə mexanizmi” - AÇIQLAMA
-
Mərkəzi Bank sədrinin yeni təyin olunan müavinləri kimlərdir? - DOSYE
-
“Ermənistandan məsuliyyət gözləyirik” - Ceyhun Bayramov
-
Ukrayna Rusiyanın dondurulan aktivlərindən 50 milyard alacaq - Blinken
-
Müstəmləkəçilik altında olan Sen Martin adası ilə bağlı beynəlxalq konfrans keçiriləcək
-
Hakan Fidan Mirzoyanla bir araya gəldi - Maltada
-
“Qarabağ“da şok itkilər: İki futbolçu ili vaxtından əvvəl başa vurdu
-
“Ariva Center“də yoxlama aparıldı - Cərimə olundu
-
Səhiyyə Nazirliyində 1.4 milyonluq tender: qalib bəlli oldu
-
Bakıda nə qədər insan yaşayır? - DSK 2,3 milyon deyir, ekspert isə...
-
İpoteka üçün daha 100 milyon manat - “Güzəştli şərtlərlə kreditlərinin portfeli genişləndirilir”
-
Təcavüz edilən yeniyetmə oğlan özünü öldürüb - Bakıdakı sensasiyalı cinayət
-
Suriya ordusu geri çəkildi - Müxaliflər Həma şəhərinə daxil oldu
-
Mərkəzi Bankın sədrinə müavinlər təyin olundu - Sərəncam
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bakıda milyonlarla vergidən yayınan MTK-lar - SİYAHI
-
Qızılın orta qiyməti bu il 2 400 dollardan aşağı səviyyədə qərarlaşacaq - PROQNOZ
-
Rəsmi Bakı Blinkenin görüş təklifini qəbul etməyib - Səbəb məlum oldu
-
Azərbaycanda unun son qiymətləri açıqlandı - CƏDVƏL
-
KTN-nin keçmiş idarə rəisinin məhkəməsi başlayır: Torpaqların qanunsuz zəbti, satışı və rüşvət...
-
Mərkəzi Nəbatət Bağı bu gündən əhali üçün açıqdır - Giriş neçəyədir?
-
Antalya bu mükafata layiq görülən ilk şəhər oldu
-
Kolumbiyada qalmaqal: Prezident maliyyə nazirini istefaya göndərdi
-
Bayramov finlandiyalı həmkarı ilə görüşdü - Fotolar
-
Naxçıvan Sənaye Parkı yaradılıb - FƏRMAN
-
Sabiq rəislə bağlı qərar verildi - İki milyon manata yaxın pulu mənimsəyib
-
Bir qrup şəxsə “Tərəqqi” medalı verildi - Siyahı
-
“Qol vurmasam, evdə problem olacaq” - Mahir Emreli
-
Miqrendən əziyyət çəkən insanlara “düşmən“ məhsullar açıqlandı: Pendir, şokolad...
-
“Şlyapa Zahid“in barəsindəki hökm qüvvədə saxlanılıb - Məhkəmə
-
“Hazırkı təhsilalanlar əvvəlki nəsildən daha bacarıqlıdırlar“ - Emin Əmrullayev
-
Meymunçiçəyi daha təhlükəli oldu: Hava-damcı yolu ilə də yayıla bilər
-
“Atum Group” məhkəmə qarşısında - Nədə ittiham olunur?
-
Fazil Qasımovun səhhəti pisləşdi - Proses yarımçıq saxlanıldı
-
Bayden liderlərlə görüşdə yuxuya getdi - Video
-
Əli Əsədov tibb sahəsi barədə daha bir qərar imzalayıb - SİYAHI
-
Sabiq deputat məhkəmədə - Dövlət ittihamçısı 16 il həbs cəzası tələb etdi
-
Dələduzlar indi də yeni üsula əl atdılar - VİDEO
-
İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət edib - TAM MƏTN
-
“Az-Cap“ MMC ölkədən pul çıxartdığına görə cərimələndi - QƏRAR
-
Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa etdi - FOTO
-
Bakıda yeni mikrarayonlar salınacaq? - Paytaxtda hansı dəyişikliklər planlaşdırılır? + VİDEO
-
“Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamalıdır“ - Prezident
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
“Gürcüstana sanksiya tətbiq edəcəyik” - Zelenski
-
Aeroport yolunda yeni piyada keçidi - Fotolar
-
“Çinlə irimiqyaslı müharibə olarsa, ABŞ-ın silah ehtiyatı tez tükənəcək” - Sallivan
-
Bakı köklü dəyişikliklər astanasında - 2040-ci ilə qədər nələr olacaq?
-
Oğuzda bağçaya qaz verilmədiyindən uşaqlar soyuqda qalıblar - VİDEO
-
Sənədsiz evlərlə bağlı işlər artıq tamamlanır - VİDEO
-
Maştağada, Xanlar qəsəbəsində yağış suları evlərə dolur - VİDEO
-
Rəsmi Bakı Qərb ölkələri səfirlərinin bəyanatına sərt cavab verib - “...qəti şəkildə rədd edirik“
-
“Oğlumun canına and olsun ki, onunla evli deyiləm“ - Müğənni Damla
-
Klublararası Dünya Çempionatı: Səbətlərin tərkibi müəyyənləşdi
-
Sumqayıtı bir ildə 5 dəfə yaşıllaşdıran sirli şirkət - “Saffira Plus“
-
“Qaçqınkom”da inanılmaz qrant oyunları: Xaricdən gələn milyonlar kimlərin cibinə gedir?
-
Hərrac prosesinə kənar müdaxilələrin qarşısı necə alınacaq? - VİDEO
-
Bu dərmanları satanlar cərimələnəcək - 9 min manatadək
-
“Zurabişvilini müxalifət lideri etmək cəhdi tamamilə uğursuzluqdur“ - Kobaxidze
-
Çeçenistanın paytaxtına dron hücumu olub - Yaralılar var
-
Nazirlik 6 milyonluq şirkət yaratdı - Rəhbər təyin etdi
-
Zəngilan şəhərinə ilk köç başlayır - 600 min manatlıq tender
-
Məhkəmə Rüfət Səfərov barədə qərar verib - 4 ay həbs
-
Ceyhun Bayramov Avropa Komissiyasının vitse-prezidenti ilə görüşdü - Fotolar
-
Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri
-
“Bizə Azərbaycanla müharibə lazım deyil” - Paşinyan
-
“20 Yanvar” metrostansiyasından Sumqayıta marşrut xətti istifadəyə verilir - Bu tarixdən
-
Qida əlavələri ilə bağlı cərimələr - İkiqat artırılır
-
Alkoqollu içkiləri aşağı qiymətə satanlar CƏRİMƏLƏNƏCƏKLƏR
-
“İrəvanla Bakı sülh sazişinin mətninin 90 faizini razılaşdırıb“ - Paşinyan
-
“TikTok” dələduzları yenə iş başında - Qanunsuz yolla ünvanlı sosial yardım “düzəldən”lər kimdir
-
“Sudan ucuz” içki setləri təhlükə saçır? - “Heç 50 qəpik də deyil...”
-
Keçmiş sədr Ali Məhkəməyə müraciət etdi - 310 min manatlıq torpaq maxinasiyası...
-
“28 may”da maşinist sərnişinləri qatardan düşürüb – Səbəb
-
Bakıda daha 408 sahibkar cərimələndi - Kartdan karta köçürməyə görə
-
Qadın “Getcontact”da yazdıqlarına görə məhkəməlik oldu - Cərimə edildi
-
“Ermənistan və KTMT münasibətləri geridönüş nöqtəsini keçib“ - Paşinyan
-
Sənədsiz evlərə nə vaxt “kupça“ veriləcək? - Komitə sədrindən açıqlama
-
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
-
Elektromobillər üçün yeni qayda - Artıq bu icazə tələb edilməyəcək
-
Təhlükəli qida məhsulları satanlara ağır cəza - 10 ilədək azadlıqdan məhrum ediləcəklər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bir qrup vəzifəli şəxs saxlanıldı - Prokurorluq detalları yaydı
-
“E-KOB Evi“ yaradılır - Orxan Məmmədov
-
Vilayət Eyvazov Balakəndə qəbul keçirdi - VİDEO
-
329 nömrəli məktəbdə hadisə - 10-cu sinif şagirdi yoldaşını yaraladı
-
“Moskva “3+3“ formatında qarşılıqlı əməkdaşlığın yeni imkanlarını öyrənir“ - Zaxarova
-
Nazirlikdə yeni baş idarə rəisi təyin edildi - FOTO
-
Bakıda dəhşətli hadisə: İtlər sahibini parçalayaraq öldürdü
-
Tacikistan Prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
“Gürcüstanda “Maydan“ cəhdi iflasa uğrayıb“ - Kobaxidze
-
“İrəvanın BCM-də iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur“ - Rəsmi Moskva
-
“Unibank”ın “Əjdaha lotereyasından narazılıq var - Şikayət + FOTO
-
Naxçıvanda intihar hadisəsi - Axund özünü asdı
-
Dəmir yollarında 11 ayda 16 toqquşma - 11 ölü
-
Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyən edilməsinə dair səhvlərə yol verilir - Ali Məhkəmə
-
Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlir - Bu tarixdə
-
Baş nazirdən bu nəqliyyat vasitələrilə bağlı - Qərar
-
Antalyanı Santa Klausun izi ilə kəşf edin - FOTO
-
“Cənubi Koreyadakı vəziyyəti nəzarətdə saxlayırıq“ - NATO-nun Baş katibi
-
Bu fermerlərə görə əkin subsidiyası veriləcək - Məbləğ
-
Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR
-
“Köhnədən qalan bağça modeli çox bahalıdır“ - Nazir
-
Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - FOTO
-
Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir? - QİYMƏTLƏR
-
Binə qəsəbəsində yerləşən su kanalında üfunət hökm sürür - VİDEO
-
Çoxmərtəbəli binalarda yanğın riski: Onlarla insanın həyatı və əmlakı təhlükədə
TOP 10
ARXİV