![]() |
|














Qərbin öldürücü silahları İrəvana verildi - Cənubi Qafqazda yeni müharibə planları
Tarix 22.08.24, 19:31 |
|

Qərb ölkələrinin Ermənistanı silahlandırması sürətlənib. Yayılan məlumatlar və baş verənlər göstərir ki, Cənubi Qafqazda maraqlar uğrunda mübarizə aparan tərəflər Azərbaycanla sülh danışıqları aparan Ermənistanı silahlandırmaqla bölgədə revanşizmin körüklənməsinə və sülh perspektivinin "dəfn edilməsinə” çalışır.
Ermənistanın silahlandırılmasında diqqətçəkən iki əsas məqam var:
Birincisi, Fransa ilə yanaşı, ABŞ və Almaniya istehsalı olan silahlar da İrəvana çatdırılır.
İkincisi, Fransa-İran, Fransa-Hindistan, Hindistan-İran marşrutu üzrə silah daşınır.
"Caliber”in əldə etdiyi məlumatlar Ermənistanın silahlandırılmasında yeni faktları ortaya çıxarıb.
Məlumatlara görə, bir bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana çatdırılıb. Hərçənd, iyun ayında Fransa və Ermənistan arasında SEZAR-ların verilməsi ilə bağlı müqavilə imzalansa da, bu hərbi texnikanın İrəvana ən azı 1,5 il ərzində çatdırılacağı gözlənilirdi. Bu qədər qısa müddətdə 12 ədəd SEZAR özüyeriyən artilleriya sisteminin Ermənistana verilməsi diqqət çəkir. Məlumatlara görə, Fransa yeni SEZAR-ların istehsalını gözləmədən öz ordusunun arsenalında olan artilleriya qurğularını ermənilərə hədiyyə edib. Bu tələsik addım Ermənistanın müharibəyə hazırlığından xəbər verir.
Bununla yanaşı, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, "ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və "Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib. Ermənistan ordusu Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə də təmin edilib.
R511 və R530 hava-hava tipli raketləri Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarına quraşdırılmaq üçün nəzərdə tutulur. Ermənistan Su-30 SM qırıcılarını Rusiyadan alsa da, onların raket sistemləri yox idi. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan buna görə Rusiyanı tənqid də etmişdi. Məlumatlara görə, Fransanın R511 və R530 hava-hava tipli raketləri Su-30 SM qırıcılarına quraşdırılacaq. Modifikasiya işi hindistanlı hərbi mütəxəssislərə həvalə olunub.
Ermənistana çatdırılan silahlar arasında Almaniya və ABŞ istehsalı olan silahların olması da diqqət çəkir. Almaniyanın "Panzerfaust” və "Bunkerfaust” raketləri, eləcə də ABŞ-ın "TOW” raketləri Ermənistan silahlı qüvvələrinin arsenalına daxil edilib. Bütün bunlara paralel şəkildə Hindistandan da Ermənistana silahların çatdırılması davam edir.
Silahların çatdırılması prosesində əsas tranzit İrandır. 12 ədəd SEZAR artilleriya qurğusu da daxil olmaqla silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir, daha sonra İranın "Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. İran Fransa ilə yanaşı, Hindistandan Ermənistana daşınan silahların da tranzitini həyata keçirir. Məlumatlara görə, İranın "Bəndər-Abbas” dəniz limanı Hindistandan Ermənistana göndərilən hərbi yükləri də qəbul edir. Əsas diqqət çəkən məqam odur ki, Ermənistana daşınan silahların bir hissəsi rəsmi şəkildə bəyan edilmir, bir hissəsi isə mülki mallar adı altında qeydə alınır. Bu, beynəlxalq ticarət hüququnun və logistika fəaliyyətini tənzimləyən beynəlxalq qaydaların kobud şəkildə pozulması deməkdir. Və burada əsas məqam Ermənistanın silahlandırılmasının Azərbaycanın diqqətindən yayındırmaq, məxfi şəkildə həyata keçirməkdir. ABŞ və Almaniya da öz silahlarını məhz Fransa vasitəsilə Ermənistana göndərməklə rəsmi Bakının diqqətindən yayındırmağa çalışır.
Ermənistanın silahlandırılmasına İranın əsas marşrut xətti olaraq seçilməsi Qərb ölkələri və Hindistanın özü üçün yeni problemlər də yaradıb. Məlumatlara görə, İran Fransa və Hindistandan gələn silahları "gömrük yoxlamaları” adı altında saxlayır, bu silahları hissələrə ayıraraq, ətraflı şəkildə öyrənir. SEZAR artilleriya qurğularının məlumatları artıq iranlı hərbi mütəxəssislər tərəfindən əldə edilib. Məlumatlara görə, Fransa İrana hərbi texnikaların sirlərinin əldə edilməsi ilə bağlı xəbərdarlıq edib, lakin Tehran bunu tranzitin "haqqı” olaraq qəbul edilməsini tələb edir. Fransa tərəfi Ermənistanın silahlandırılması naminə hərbi sirlərin İran tərəfindən öyrənilməsinə susur. Təbii ki, bu, təkcə Fransanın yox, ABŞ və Almaniya silahlarının da İran tərəfindən əldə edilməsi, öyrənilməsi deməkdir. Və bəllidir ki, İran Qərbin hərbi sirlərini Yaxın Şərqdə proksi qüvvələrinin də xidmətinə təqdim edəcək. Görünür, Qərb ölkələri Ermənistanın müharibəyə hazırlanması məqsədilə İranın "hərbi casusluğunu” qəbul etməyə məcbur olub.
Bütün bunlar iki faktı ön plana çıxarır.
Birincisi, İranın Azərbaycana qarşı planlarda aktiv şəkildə yer almasıdır.
İyun ayında İran və Ermənistanın 500 milyon dollarlıq silah müqaviləsi bağladığına dair məlumatlar yayıldı. İran tərəfinin təkzibi Bakıda normal qarşılandı, çünki Azərbaycan normallaşma prosesinə sadiqlik nümayiş etdirir və Tehranın da səmimiliyinə inanır. Hərçənd, ortaya çıxan faktlar 500 milyon dollarlıq silah müqaviləsinin real olduğunu göstərir. Qarabağın işğalda olduğu 30 ilə yaxın dövrdə İranın işğalçı Ermənistana dəstək verdiyi məlumdur. 44 günlük müharibə və sonrasında bu dəstək açıq müstəviyə keçdi. İran hətta Ermənistana görə Azərbaycanı təhdid də edirdi. Azərbaycan ictimaiyyətinə İslam ölkəsi olan İranın maraqları naminə dini də, şiəliyi də kənara qoyduğu, lazım olanda şiəlikdən sui-istifadə etdiyi məlumdur. Lakin son normallaşma prosesində İrana müəyyən inam yaranmışdı. Bu faktlar isə Azərbaycan ictimaiyyətində "İranın ağına da, qarasına da lənət” fikrini gücləndirir.
İkincisi, Qərbin Cənubi Qafqazda yeni eskalasiya hazırladığı təsdiq olunur.
Qərbin – ABŞ, Almaniya və Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi bölgədə sülh danışıqlarını bloklayır. Çünki bu silahlar Ermənistanın revanşist yanaşmasını gücləndirəcək və Azərbaycana qarşı hücumlara sövq edəcək. Son həftələrdə Ermənistana verilən silahlar fonunda sərhəddə təxribat hücumlarının intensivləşməsi də təsadüfi deyil. Proseslər bölgədə yeni eskalasiya mərhələsinin yetişdiyini göstərir. Təbii ki, baş verənlərə görə məsuliyyət Ermənistanın və onu silahlandıran ölkələrin üzərinə düşür.
Asif Nərimanlı
Xəbərin oxunma sayı : 1195
Analiz
Xəbərlər
-
Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz - Bu dəfə 5 gün
-
Abşeronda şok hadisə:Oğul anasını yandıraraq öldürdü - VİDEO
-
“İplik“ fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı
-
Sabah bu ərazilərdə 4 saat işıq olmayacaq - Xəbərdarlıq
-
“Bu müharibədə diplomatiya tükənib” - Merts məyusdur
-
Azərbaycanda neçə nikah müqaviləsi bağlanıb?
-
Usta Natiq birdən-birə necə “vəzifəli şəxs” olub? - TƏFƏRRÜAT
-
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Türkiyədə prezident seçkiləri 2028-ci ildə keçiriləcək“ - Ərdoğan
-
Bakıda ŞOK cinayət - 13 yaşlı qızın intim videolarını yaydı, həbs edildi
-
Prezident İlham Əliyev BƏƏ lideri ilə görüşdü - Fotolar
-
Avropada on gündə 2300 nəfər dünyasını dəyişib - İstilərə görə
-
Bu kəndlərdəki evlər təmir olunacaq - 30 milyona yaxın vəsait ayrıldı
-
Ərdoğandan İmamoğlu ilə bağlı təklifə reaksiya - “Xeyirli olar...”
-
Xətai MKTB-nin rəisi Fəxrəddin Məmmədov xidmətçilərin maaşını kəsir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Bu şəhərin bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ
-
Həmin mikroavtobus qeyri-qanuni sərnişindaşıma ilə məşğul olub - AYNA
-
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - FOTOLAR
-
Bakıda kuryerlər qiymətlərdən narazıdır - VİDEO
-
“Saxlanılan Rusiya vətəndaşları ilə bağlı Bakı ilə təmasdayıq“ - Zaxarova
-
“Pakistan Hindistan Hərbi Hava Qüvvələrinin imicini məhv edib“ - HHQ komandanı
-
“Mado”da uşağıma yemək aldım, içindən çıxana baxın” - FOTO
-
Sabah dəhşətli isti olacaq - XƏBƏRDARLIQ
-
İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başladı - FOTO
-
Beyləqanda müasir ət kəsim məntəqəsinin açılışı oldu - Fotolar
-
“Öz tantuni”də hadisə - Xadimə aşpazın qızılını oğurladı
-
AzTV-nin tender ləğv olundu - 440 min manatlıq...
-
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə sərt CAVAB
-
Qazax İcra Hakimiyyətində yoxlama: Pozuntular aşkarlandı
-
Tramp Moskva və Pekini bomalaqla hədələyib - Səs yazısı yayılıb + VİDEO
-
Azərbaycanda ən çox boşanma halları bu rayondadır - STATİSTİKA
-
İstehlak kreditləri bazarı - böyük məbləğlər, yüksək faizlər
-
Öcalandan 26 il sonra ilk videomüraciət: “Silahı yerə qoyun“
-
Azərbaycanda yeni SES-lər tikiləcək - 55,2 milyon xərclənəcək
-
“Bu, qiymət artımı deyil, xərcləri əhali arasında düzgün bölməkdir” - VİDEO
-
Sabah İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək - Əbu-Dabidə
-
Yol polisi bu sürücülərə xəbərdarlıq etdi - VİDEO
-
Pensiyalar ayın neçəsi veriləcək? - DSMF-dən açıqlama
-
Azərbaycanla Qazaxıstan birgə PUA təlimi keçir - VİDEO
-
Əczaçılıq məhsulları üzrə xərclərimizdə kəskin artım nə ilə bağlıdır? - Açıqlama
-
Mərkəzdən kənarda 1400 manata kirayə mənzillər... - Qiymətlər niyə bahadır?
-
Azərbaycanda onkoloji xəstələrinin sayı kəskin artıb - RƏSMİ
-
Torpaq üzərindəki hüquqların qeydiyyat qaydaları DƏYİŞİR
-
Skuter, moped və velosiped sürücülərinə xəbərdarlıq
-
Milli Məclisin növbəti iclasının gündəliyi: 13 məsələ müzakirə olunacaq
-
Daha 28 azərbaycanlı Almaniyadan geri qaytarıldı - Açıqlama
-
Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranə ilə bağlı daha bir fakt - VİDEO
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşdı - 20 yaralı var
-
Qarpızlar sahələrdə qaldı - Yerində 5- 10 qəpiyə təklif olunur (VİDEO)
-
ABŞ Ukraynaya dəstəyini davam etdirəcək - Dövlət Departamenti
-
Çempionlar Liqasında yeni mövsüm başladı - NƏTİCƏLƏR
-
Nizami rayonunda uşaqların oyun meydançasını parkinqə çeviriblər - VİDEO
-
Monika Belluççi məşhur jurnalın üz qabığında - Fotolar
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Ceyhun Bayramovla Pakistanlı həmkarı arasında telefonla danışığı olub - Müzakirə
-
“Demişdi ki, şah damarıma bıçaq soxaraq məni öldürəcək” - Namus, yoxsa mülk davası?
-
Həbsxanada atalığının zorladığı azyaşlı sığınacağa yerləşdirilib - Dövlət Komitəsi
-
Avropa 1940-cı illərdən bəri ən böyük təhdidlərlə üz-üzədir - Danimarka Baş naziri
-
Sabiq deputat Fəzail Ağamalı dələduzluqda ittiham olunur - Özü isə deyir ki...
-
Boşananlar niyə sistemdə evli kimi görünür? - AÇIQLAMA
-
Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri arasında fəaliyyət planı imzalanıb - FOTO
-
Zərərçəkənlər danışdı - Vardanyanın məhkəməsi
-
Pərvin barmağındakı üzükdən danışdı: “Bitən bitdi, gedən getdi”
-
Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı - VİDEO
-
“Xəbər bizi son dərəcə sarsıtdı“ - İlham Əliyev Trampa başsağlığı verdi
-
Nəsimi rayonu “Köhnə Təzə Bazar” da qanunsuz tikinti aparılır? - VİDEO
-
Müharibə vaxtı qonşu ölkələrin İsraillə hərbi əməkdaşlığı təsdiqlənməyib - Pezeşkian
-
Prezident İldırım Vəliyevə ali xüsusi rütbə verdi - Sərəncam
-
Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
-
Bu şəxslərə diplomatik rütbələr verildi - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Əməliyyat zamanı canlı yayım açan həkim barəsində araşdırma başlanılacaq - RƏSMİ
-
Bu rayonda 20 mindən artıq abonent qazsız qalacaq - Xəbərdarlıq
-
“Qapalı Mədəniyyət Evi, açıq bazar: Fəridə Babayeva işəgötürmə adıyla kimləri aldadıb?
-
Azərbaycanda suçiçəyinə yoluxma sayı artıb - RƏSMİ
-
14 il “iş“ almış şəxsi “azad etdirmək“ istədi, özü 2 il “iş“ aldı - Dələduzluq
-
Borclunun qazı nə vaxt dayandırıla bilər? - Yeni qanun hazırlanır
-
“Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans keçirilib - FOTOLAR
-
Yuyucu toz yerinə duz satılır? - Azad İstehlakçılar Birliyi araşdırma tələb edir
-
Trampdan Almaniyaya təklif: “Ukraynaya “Patriot” göndərin“
-
Bu şagirdlərə pulsuz məktəbli formaları veriləcək - Müqavilə
-
“Eurohome”da yerləşən “Keşlə” bazarında yararsız balıq məhsulları satılırmış - FOTOLAR
-
“Rusiya hazırdır, Ukraynanın cavabını gözləyirik” - Hakan Fidan
-
Vaxtından əvvəl pensiyaya çıxmaq istəyən rəisin başına iş gəldi - 14 300 manat vermişdi
-
Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir - Müddət 5 gün oldu
-
Texasda ştatında daşqın - Ölənlərin sayı 100-ü ötüb
-
Yeni şəxsiyyət vəsiqəsini almaq məcburidir? - Deputatlar açıqladı
-
Sabah yağış yağacaq - Çimərliklərdə temperatur necə olacaq?
-
Evimiz və ofislərimiz xaricdən izlənirmiş - DTX mühüm əməliyyat keçirdi
-
“Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram“ - Məsud Pezeşkian
-
Azərbaycanda qaz və işıqla bağlı aylıq sabit tariflər - 1 manatı aşmayacaq
-
Bakıda magistral kəmər yenilənir - Su kəsiləcək
-
Parlament Naxçıvan Konstitusiyasına dəyişiklikləri QƏBUL EDİB
-
Tanınmış azərbaycanlı bəstəkar Türkiyədə buna görə ölübmüş - TƏFƏRRÜAT
-
Erməni kilsəsinin “azad edilməsinə“ şəxsən rəhbərlik edəcəm - Paşinyan
-
“Kiyevə silah tədarükünün dayandırılmasına görə məsuliyyət daşımıram“ - Tramp
-
Milli Məclisin iclası keçirilir - Gündəlikdə 15 məsələ var
-
“Bəzən diplomatik şəkildə və zarafatla deyirik ki...“ - Hikmət Hacıyev
-
Tanınmış iş adamının oğlu binadan yıxılaraq öldü - FOTO
-
Kredit faizləri bahalaşıb - Səbəb nədir? VİDEO
-
Hamilə qadınlar bu xidmətlərdən pulsuz yararlana bilərlər - TƏBİB
-
Albalı və gilas paytaxtda bahalaşıb - Qiymətlər
-
Bakıda avtobusla yük maşını toqquşub - VİDEO
-
Kəlbəcərdə hərbçilər qəzaya düşdü - Yaralılar var
-
“İranla bağlı sanksiyaları ləğv etmək istəyərdim” - Tramp
-
Bakının kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
-
Ebrunun mahnısının Nuridən oğurlandığı iddia edildi - VİDEO
-
Bakıda qadını öldürüb gölün sahilinə atdılar - Əri saxlanıldı
-
Hakan Fidan Lavrovla görüşdü - BRİCS sammitində
-
“İşğaldan əvvəl zəng vurub bizi təhqir edirdilər” - Məhkəmə+Fotolar
-
“MedEra Hospital”da falçı otağı: Elnur Əli həkimdirmi?
-
Abşeronda yaşayış binasında partlayış, xəsarət alanlar var - VİDEO
-
Rektor təyin olunan Nazim Pənahov kmdir? - DOSYE
-
Sabah bu ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq - Xəbərdarlıq
-
`“Aztelekom“un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
-
Ərdoğan DEM Partiyasının nümayəndələri ilə görüşdü - FOTO
-
“Xamenei inanır ki, amerikalı investorlar İrana gələ bilər“ - Pezeşkian
-
Deputata məxsus olduğu deyilən şirkətə 124 minlik sifariş - TENDER
TOP 10
ARXİV