![]() |
|














Seçkilərin taleyini müəyyən edəcək iki AMİL: İranın azadlıq bayrağı təbrizlilərin əlindədir
Tarix 01.07.24, 22:47 |
|

İranda iyunun 28-də keçirilən prezident seçkilərində heç bir namizəd səslərin 50 faizinə çata bilmədiyi üçün iyulun 5-də keçiriləcək ikinci turda islahatçı türk namizəd Məsud Pezeşkian və radikal mühafizəkar namizəd Səid Cəlili mübarizə aparacaq.
“İpəkyolu” Strateji Araşdırmalar Vəqfi İdarə Heyətinin sədri Seyfullah Türksoy İrandakı seçkilərlə bağlı proqnozlaırnı paylaşıb. Onun fikrincə, seçkinin taleyini qərarsız seçici kütləsi həll edəcək.

Yenicag.az xəbər verir ki, digər tərəfdən, bəzi beynəlxalq müşahidəçilər seçkilərin birinci turunda səslərin oğurlanması və manipulyasiya edildiyinə dair ciddi iddiaların olduğunu bəyan edərək ikinci turda seçki təhlükəsizliyi ilə bağlı xəbərdarlıq ediblər.
Yenicag.az Seyfullah Türksoyun müəllifi olduğu yazını təqdim edir:
İran Araşdırmaları Mərkəzinin eksperti Rəhim Fərzam deyib ki, islahatçı namizəd Məsud Perzeşkiyanın ikinci turda seçilmək şansını yüksəkdir. Onun sözlərinə görə, bunun üçün Pezeşkian incidilmiş və qərarsız seçiciləri qutuya aparacaq təbliğat aparmalıdır.
Fərzəm İranda seçki təhlükəsizliyi problemindən irəli gələn səs oğurluğu və manipulyasiya iddialarının daim gündəmdə olduğunu ifadə edərək, sözlərinə davam edib:
“İyulun 5-də keçiriləcək seçkilərin taleyini iki amil müəyyənləşdirəcək. Birincisi, İranın dini lideri Əli Xamneyinin münasibətidir. Digəri isə seçkilərdə iştirak nisbətini artırmaqdır. Radikal mühafizəkar namizəd Səid Cəlili seçilərsə, qadağan olunmuş və sərt təcrübələr davam edəcək. Ölkədə gərginlik və qütbləşmə arta bilər. Əgər islahatçı namizəd Məsud Pezeşkian seçilsə, ölkədə gərginlik azalacaq. Fərdi azadlıqlar artacaq, əxlaq polisinin baş örütüyü ilə bağlı müdaxilələri və internet məhdudiyyətləri azalır. Məsud Pezeşkianın artıq bu mövzuda bəzi sözləri var. Ona görə də Xamneyinin Məsud Pezeşkianı dəstəkləyəcəyi ehtimalını yüksək görürəm”.
R.Fərzam bəyan edib ki, Məsud Pezeşkian seçilərsə, İrandakı türklərin sistemə reaksiyaları yumşalmağa başlaya bilər və buna görə də Məsud Pezeşkianın seçilməsi ölkənin daxili əmin-amanlığı üçün faydalı olar. O, çıxışında mühafizəkar namizədlər Cəlili və Qalibafın tərəfdarları arasında ittifaqın mümkünlüyünün çətin olduğunu bildirib və bu fikirləri ümumiləşdirib:
“Seçkilərin saxtalaşdırılması, manipulyasiya edilməsi, səslərin oğurlanması ilə bağlı iddialar daim gündəmə gətirilir. Təəssüf ki, bu, İrandakı seçki sistemi bu sistemin çox da təhlükəsiz olmaması ilə bağlıdır. Son seçkilərlə bağlı çoxlu iddialar var. Məsələn, seçkilərdə iştirakın 40 faiz civarında olduğu açıqlandı. Bununla belə, faktiki iştirakın 20 faizə düşdüyü iddiaları var. Amma bunu sübut edə bilmərik. Ona görə də rəsmi açıqlamalarla kifayətlənməliyik. Düzdür, türk namizədinin seçilməsi erməni lobbisini narahat edib. Artıq sosial şəbəkələrdə də görürük ki, onlar Məsud Pezeşkianı türkçülükdə ittiham edirlər. Onlar iddia edirlər ki, o, prezident olarsa, İran parçalana bilər. Ancaq bunun seçkilərdə çox effektli olduğunu düşünmürəm. İkinci turda isə Cəlili və Pezeşkianın, yəni hər iki namizədin seçilmək şansı var. Cəlili prizmasından baxsaq, Xamneyinin yanaşması önəmlidir. Rejim Cəlilinin prezidentliyinə necə baxır? Cəlili bundan əvvəl 4 dəfə namizəd olub. Və o, heç vaxt sistemin qəbul etdiyi namizəd olmayıb. Onun, ümumiyyətlə, təmsil etdiyi mühafizəkar, radikal baza var. Bu bazanın iştirakını artırmaq üçün onun namizədliyini təsdiq edirlər. Amma bu seçkidə o, gözləntiləri üstələyib. Maraqlıdır, Xamneyi çox radikal bir qruplaşmanı təmsil etdiyi üçün Cəliliyə müsbət baxacaqmı? Çünki o, mühafizəkar baza arasında belə çox mübahisəli bir addır. Daxili sülh baxımından Cəlili ciddi təhlükə hesab olunur. Seçkilərin legitimliyinin paylaşıldığı, qütbləşmə və gərginliyin artdığı bir mühitdə Xamneyinin Cəliliyə müsbət yanaşması bir az çətin görünür. Başqa bir məsələ, seçkilərdə üçüncü olan Qalibafı dəstəkləyən digər mühafizəkar kütlə Cəlilinin prezidentliyinə müsbət yanaşacaqmı? Qalibafa səs verənlər, ümumiyyətlə, ideoloji motivasiyası yüksək olmayan mühafizəkarlardır, orta təbəqədir və onların Cəliliyə üz tutması bir az çətindir. Cəlili və Qalibaf tərəfdarları artıq uzun müddətdir ki, münaqişədədirlər. Qalibaf üçün isə seçicilərini qutuya cəlb etmək çətindir”.
İran Araşdırmaları Mərkəzinin (İRAM) baş ekspertlərindən biri olan Dr. Bilgəxan Alagöz İranda insanların uzun müddətdir bədbəxt və bədbin olduğuna diqqət çəkərək söyləyib ki, xüsusilə, ölkədə iqtisadi problemlər çox artıb:
“İrnada demokratiya və insan haqları ilə bağlı böyük problemlər var. Seçkilərdə iştirak səviyyəsi çox aşağıdır. İnsanlar seçkiyə getməyərək, mövcud vəziyyətə etiraz edirlər. İkinci turda narazı insanları seçki məntəqələrinə gətirməyi bacaran namizəd qalib gələ bilər”.
Seçkiyə ikiqütblü quruluşla girildiyini bildirən B. Alagöz əlavə edib ki, bir tərəfdən, daxili və xarici siyasətdə Qərbə uyğun islahatçılar, digər tərəfdən isə mövcud struktura sadiq mühafizəkar status-kvoçular yarışıb.
“Əgər islahatçıların namizədi Məsud Pezeşkian bu qısa zamanda narazı seçiciləri razı salıb sandıq başına döndərə bilsə, seçkini qazana bilər”, – deyə o bildirib.
Mövzu ilə bağlı Türkiyədəki Qafqaz Araşdırmalar Mərkəzinin prezidenti professor Həsən Oktay isə söyləyib ki, İran dünya ilə rəqabətini itirir və sistem, xüsusilə, 13 apreldə İsrailə raket hücumundan, İrana qarşı cəbhənin genişlənməsindən və prezident İbrahim Rəisinin öldürülməsindən sonra ciddi şəkildə zədələnib:
“Bununla İrana açıq mesaj verilib. İran bu kartı görüb, İraq modelindən istifadə edərək, yəni yerli bir ünsürün əməkdaşlığı ilə xaricdən hücum əməliyyatının qarşısını almaq üçün sistemi təmir edib, gücləndirərək və silahlı müxalifətin Suriyada hökumətə qarşı hərəkətə keçməsinin qarşısını almaq üçün türk və islahatçı namizədin ilk dəfə prezident olmasına yol açdı. Türkiyə də qonşusu İranda İraq və Suriyada baş verən hadisələrlə üzləşməmək üçün hadisələri yaxından izləyir və Məsud Pezeşkianın seçilməsi ilə İran türkləri bu sistemi mənimsəyərək, İranda demokratiyaya keçidin yolunu açır. Çünki Azərbaycan, Türkiyə və İran regionda mühüm müttəfiqdir”.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor dr. Aygün Attar isə İranın dini lideri Ayətullah Xamneyinin son cümə xütbəsində söylədiyi sözləri xatırladıb:
“İranın azadlıq bayrağı Təbriz əhalisinin əlindədir və hamımız o bayrağın açılıb-açılmamasını gözləyəcəyik”. O, mövzu ilə bağlı sözlərini və Məsud Pezeşkian haqqında fikirlərini belə bölüşüb:
“İranda prezident seçkilərində mühafizəkarlar cəbhəsindən Səid Cəlili və islahatçılar cəbhəsindən Təbriz deputatı Məsud Pezeşkian ikinci turda yarışacaqlar. Pezeşkian həm insan, həm də siyasətçi kimi cəmiyyətdə böyük hörmətə malik ürək cərrahıdır. 1993-cü ildə həyat yoldaşını və uşaqlarından birini faciəli yol qəzasında itirdikdən sonra Pezeşkian bir daha evlənməmiş, qalan üç övladına həm ata, həm də ana olmuş, Təbriz Tibb Elmləri Universitetinin rektoru, İranın səhiyyə naziri vəzifələrində çalışmışdır. İranın səhiyyə naziri parlamentdə təkcə Təbrizin deyil, İranda yaşayan bütün türklərin qürurlu səsinə çevrilib.
2016-cı il fevralın 26-da parlamentin açıq iclasında Allah-Təalanın onu türk kimi yaratdığını və heç kimin türklərin dilini və mədəniyyətini ələ salmağa haqqı olmadığını, İrandakı türklərin və digər etnik qrupların öz dillərində yaza bildiyini bildirmişdir. Konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq məktəblərdə öz dillərində danışmağı və öyrənməyi bacarmalı olduqlarını bildirdiyi çıxışını, bir Təbriz gəlini olaraq, qürurla paylaşdım. Fanatik “Traktor” tərəfdarı Pezeşkiana soyadına görə fərqli etnik kimliklər aid edənlər üçün, məncə, izahata ehtiyac var.
Yan farsca soyadların sonunda “zadə” hissəciyi işlədlilir. Bu, “oğulları” və ya “filankəslərdən” mənasında işlənən şəkilçidir. Həkim ailəsindən gəldiyi üçün farsca Pezeşkian, yəni Həkim soyadını daşıyan Məsud Pezeşkian uzun illər Təbriz, Üskü, Azərşəhrin (Şərqi Azərbaycan) millət vəkili olaraq İslam Şurasında fəal iştirak edir. İranda türklərlə yanaşı, digər etnik qruplar üçün də islahatları daim gündəmdə saxlayan bir siyasətçi olub.
İkinci turdan sonra onun İran prezidenti olmasına icazə veriləcəkmi? Onun yekun qərarını seçki qutusunun nəticələri ilə birlikdə İranın dini lideri Ayətullah Əli Xamneyi verəcək.
Azərbaycan-Türkiyə Evinin sədri (ATEV) Tənzilə Rüstəmxanlı isə aşağıdakı fikirləri səsləndirib:
“Məsud Pezeşkianın seçilməsi İrana yeni nəfəs gətirə, İranın Türkiyə və Azərbaycanla münasibətlərini daha yüksək səviyyəyə qaldıra, Qərblə münasibətlərini yumşalda bilər. İranda yaşayan insanlar milli hüquqlarından, ana dilində oxumaq və yazmaq hüququndan, mədəniyyətini və yerli özünüidarəni inkişaf etdirmək hüququndan məhrum edilir, bununla da böyük daxili gərginlik yaşayır. Məsud bəy də bu istiqamətdə vəziyyəti yüngülləşdirə bilər. Təbrizdə keçirilən mitinqdə Rəşid Behbudovun “Azərbaycanım” mahnısının oxunması böyük siyasi əhəmiyyət kəsb edən hadisədir. İrandakı islahatçı qrup iyulun 5-də seçkiyə gedərək öz səsini Məsud Pezeşkiana çatdırmaqla ölkədəki demokratik təşəbbüsləri dəstəkləməlidir”.
Qeyd edək ki, iyunun 28-də ölkə üzrə 59 min mərkəzdə qurulan qutularda ümumilikdə 24 milyon 535 min 185 səs verilib.
İlk turda birinci olan Pezeşkian 42,5 faizlə 10 milyon 415 min 191 səs toplayıb. Səid Cəlilinin səs nisbəti isə 38,6 faiz olaraq qalıb. Buna görə, islahatçıların yeganə namizədi Pezeşkian və mühafizəkar Cəlili iyulun 5-də keçiriləcək seçkilərin ikinci turunda yenidən yarışacaq.
Birinci turda İran İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı və parlamentin sədri Məhəmməd Baqir Qalibaf 13,8 faizlə üçüncü, din xadimi Mustafa Purmuhammedi isə 0,8 faizlə dördüncü yerdə qərarlaşıb.
Xəbərin oxunma sayı : 1006
Analiz
Xəbərlər
-
Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Bu il ÇL-də hansı klub nə qədər qazanıb? - SİYAHI
-
Azərbaycan-Gürcüstan-Ermənistan üçtərəfli görüşü müsbət atmosferdə keçib - BİRGƏ MƏLUMAT
-
Deputatlar bu tarixdə toplanır - Hansı qanunlar dəyişəcək?
-
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
-
“Azərkosmos“da yeyinti - Palata nələri aşkarlayıb?
-
“Mobi Home” mağazasında dava - Döyülən satıcı 2 min tələb edib
-
Bakının 2 rayonunda söküntü işləri başlayır - ÜNVANLAR
-
Elm və Təhsil Nazirliyində yoxlama: nələr ortaya çıxdı?
-
Prezident hərbi qeydiyyatdan yayınanlarla bağlı qanunu təsdiqlədi - Cəzalanacaqlar
-
Rusiyadan gözlənilməz addım - “Taliban”a yaşıl işıq
-
Taksi sürücüsü olmaq istəyənlər imtahan verdi - 1470 nəfərdən 1210-u uğur qazanıb
-
DSMF-də maliyyə nöqsanları üzə çıxdı - Palatanın yoxlaması ilə
-
Bu Bakı məktəbliləri maksimum bal toplayıb - FOTO
-
“Fransa Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır“ - Zaxarova
-
Nazirə iki yeni müavin təyin olundu - Prezident sərəncamlar imzalayıb + DOSYELƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Ermənistanla Azərbaycan arasında müharibəni unudun“ - Nikol Paşinyan
-
Aqil Ələsgər Şimali Kipr mediasına: “Prezident İlham Əliyevin mövqeyi Türk dünyasına açıq mesajdır“
-
Orduxan da prokurorluğa çağırıldı - Barəsində həbs qərarı var
-
“İçərişəhər“də yoxlama: ciddi maliyyə pozuntuları aşkarlanıb
-
Daha 20 şagird 300 bal topladı - SİYAHI
-
Mikayıl İsmayılovun oğlu atalıqla bağlı qərardan narazıdır - Aliment vermir
-
25 yaşlı Aygünün dəhşətli qətli: Falçı ilə yazışmaları üzə çıxdı
-
Bu qida markalarında at və eşşək əti aşkarlandı - SİYAHI
-
Əvəz Zeynallı azadlığa buraxılacaq? - Məhkəmə bu tarixdə başlayır
-
Şəhidin övladı Sidneydə keçirilən olimpiadada qızıl medal qazandı - Fotolar
-
“Zülfəli İsmayılov dedi ki, içəridə ola-ola evini sökəcəm, səni də içində öldürəcəm” - ŞİKAYƏT
-
“Nazirlik bizə dəstək olmalıdır” - Lamiyə ərindən danışdı
-
“Şərur MTK“nın mənzilərini su basdı - Çilçıraqdan su axır (VİDEO)
-
Bu tarixədək hesabında 1 manat olanlar da pensiya alacaq - 25 il staj, kapital lazım deyil
-
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTOLAR
-
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Adlar + FOTO
-
Banklar 3 ayda faizlərdən 1 milyarddan çox pul qazanıblar - Tam siyahı
-
Sevgilisini yataqdakı fotoları ilə şantaj etdi - Nişan pozuldu, 7 il 6 ay cəza aldı
-
Ödənişli yol da su altında qalıb - VİDEO
-
Bakıya gətirilən bahalı avtomobil yolda yandı - VİDEO
-
Azərbaycanda 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verilib - RƏSMİ
-
“Melissa Park“ın atdığı addım etik və praktik deyil - Azərbaycan Sahibkarlar Konfederasiyası
-
“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı - FOTOLAR
-
Qəbul imtahanları nə vaxt keçiriləcək? - Tarix açıqlandı
-
Ağdam, Füzuli və Xocavəndin neçə faizi minadan təmizlənib? - Açıqlama
-
“Zeytun Pharma”nın rəhbəri ölkədən nə qədər valyuta çıxarıb?
-
Azərbaycanlı boksçuya ağır cəza - 48 ay diskvalifikasiya olundu
-
Mallar su altında qaldı, ziyan ödəniləcək? - VİDEO
-
Avropa İttifaqı Cənubi Qafqazda nə qazandı, nə itirdi? - Tərəfkeş siyasət bölgədə gərginliyi artırır
-
Vətəndaşların bank kartlarından yenə pul oğurlandı -15040 manat
-
Beyləqanda “Mintonasiya” adlı stand-up konserti keçirildi - Fotolar
-
Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - VİDEO
-
“ABŞ İsrailin mayda İrana zərbə endirmək planını dəstəkləməyib“ - NYT
-
Pərviz onları seldən xilas etmək istəyərkən həlak olub - Video
-
İstədiyi qızı vermədilər, bacısını qaçırdı: 20 yaşlı qız başına gətirilən dəhşəti danışıb
-
Tramp Ukraynaya silahı pulla da satmaq istəmir - Bild
-
Video zənglərdə yenilik - “WhatsApp” görüntünü dəyişdi
-
“Başqasının ərindən uşaq dünyaya gətirirsiz...“ - Lalə Məmmədova
-
ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər - Ağ Ev
-
Ər arvadını öldürüb özünü binanın 14-cü mərtəbəsindən atdı - Bakıda
-
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək? - VİDEO
-
“Azərbaycana səfər mənim üçün vacib idi” - Kavelaşvili
-
“İran nüvə silahı yaratmağa yaxındır“ - Qrossi
-
Sel Şabranda evi yerlə bir etdi - VİDEO
-
Prezident Kavelaşvili ilə görüşündən görüntülər paylaşdı - Video
-
Azərbaycanla Çin arasında vizasız gediş-gəlişi haqqında SAZİŞ
-
Rayonlarda yağıntının miqdarı normanı ötüb, bəzi çaylardan sel keçib - Faktiki hava
-
“O, Azərbaycanın dostu idi” - Prezidentdən başsağlığı
-
Kavelaşvilinin Azərbaycana səfəri başa çatdı - Fotolar
-
Dövlət qurum “Pub 008“ obyektində yoxlama apardı - Bu tekila və viskilər saxta imiş
-
“Qarabağ” ev oyunlarını “Azərsun Arena”da keçirəcək - Bu tarixdən
-
Azərbaycan və Çin arasında İnvestisiya əməkdaşlığı üzrə İşçi Qrup yaradılıb - Fotolar
-
Sabunçu tunelində vəziyyət nə yerdədir? - VİDEO
-
Gürcüstan Prezidenti Milli Məclisdə olub - Fotolar
-
253 min manata avtomobil alan məmur kimdir? - FOTO
-
Sel avtomobil yolunu yararsız hala saldı - FOTO
-
“50 yaşım olacaq, “Avroviziya”da nə işim var?” - VİDEO
-
Bacısının başına yumuruq vurdu - Elektron qolbaqda gəzəcək
-
İki yeni nazir müavini təyin edildi - ƏSMN-də təynatlar
-
Prezident Təşkilat Komitəsində dəyişiklik etdi - Sərəncam
-
Mircəlal Kazımi ifadə verməkçün məhkəməyə gəldi - 1 milyonluq dələduzluq işi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xınalıqda qarın hündürlüyü 71 sm-ə çatıb – FAKTİKİ HAVA
-
Mehman Əliyev junalistikadan getdi - Açıqlama
-
Təcili yardım maşını da suda batdı - VİDEO
-
“Azərlotereya“nın cəmi 118 min manatlıq sponsorluq oyunu...
-
İşğaldan azad olunan rayonlarda nə qədər mal-qara var? - Siyahı
-
Sabunçu tunelini su basdı - FHN əməkdaşları ərazidə (VİDEO)
-
Pərvin Abıyeva peşmandır: “Kaş ki, aktrisa yox, müğənni olardım“
-
Əvəz Zeynallı həbsdən buraxılacaq? - Məhkəmə baxşı olacaq
-
Bu il Azərbaycanın daha 5 rayonunda donuzların kökü kəsilib - Tam siyahı
-
Ağsuda ekskavatora sığınanları sel apardı - Ölən var
-
Fərhad Əhmədovun lüks maşınlarına həbs qoyulub - Siyahı+ Foto
-
Zərurət yoxdursa, evdən çıxmayın! -Müraciət
-
Prezidentlər mətbuata bəyanatla çıxış etdi - FOTOLAR
-
“Landmark“ Biznes Mərkəzi satıldı - Ofislər bağlandı
-
MEDİA II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO
-
DİN əlavə polis naryadları cəlb etdi - VİDEO
-
Havaya görə bu sahədə işlər dayandırılmalıdır! - Rəsmi
-
Vətəndaşın 20 min manatını alıb geri qaytarmır - Makler dələduz Sərdar kimdir?
-
Azərbaycanın Türkiyədəki qüruru - Aygün Attar Həşimzadə
-
Külli miqdarda vergi borcu olan şirkət müflis oldu, bağlanır
-
“Yeni Konstitusiyada Müstəqillik bəyannaməsinə istinad olmamalıdır“ - Paşinyan
-
“Sədərək” Ticarət Mərkəzini su basdı - VİDEO
-
DSMF-yə yeni sədr təyin edildi - DOSYE
-
Prezident Kavelaşvili ilə təkbətək görüşdü - FOTO
-
92 marşrut avtobusu gecikir - RƏSMİ
-
Güclü külək paytaxtda 55 ağacı sındırdı - Fotolar
-
Banklar POS-terminallara görə ildə bu qədər qazanır - MƏBLƏĞ
-
Trampın hələlik Ukraynaya səfəri planlaşdırılmır - Ağ Ev
-
Su basmış yerlərdə uşaqlar belə təxliyə edildi - VİDEO
-
Bakıda bu əraziləri yenə su basdı - Yağıntılı hava şəraiti fəsadlara yol açıb
-
Azərbaycanda sərnişin avtobusu qəzaya uğradı - Çox sayda yaralı var
-
“Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir“ - Rutte
-
Bu gün Yer kürəsini maqnit qasırğaları bürüyəcək - Xəbərdarlıq
-
Fransa və Əlcəzair arasında gərginlik - 12 diplomat ölkədən çıxarılır
-
Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb - FHN
-
Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu - Sürücülərin diqqətinə!
-
Çempionlar Liqası:“Barselona“ və PSJ yarımfinala məğlubiyyətlə yüksəldi
-
Röya idman zalında etdiyi məşqlə təəccübləndirdi - VİDEO
-
“Qarabağ”ın legioneri Səudiyyə Ərəbistanı klubuna gedəcək? - İDDİA
-
Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı - VİDEO
TOP 10
ARXİV