Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Baydenlə Çin lideri arasınsa sonuncu görüş... - Qlobal rəqiblər razılığa gəldilərmi?

Tarix 17.11.24, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Co Bayden noyabrın 16-da Peru paytaxtı Limada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Çin lideri Si Cinpinlə görüşüb. Bu Baydenin Ağ Ev sahibi kimi Si Cinpinlə üçüncü və son görüşü olub.

Si Cinpin Baydenə deyib ki, Çinin Ukrayna böhranına baxışı ədalətlidir. Çin lideri Ukrayna böhranının danışıqlar yoluyla həllinə tərəfdar olduğunu bildirib. Bayden isə bunun qarşılığında Cinpinə deyib ki, Vaşinqton Çinin Rusiya hərbi sənayesinə verdiyi dəstəkdən narahatdır. Yəni bu o deməkdir ki, Rusiya Çin vasitəsilə hərbi gücünü artırmaqla Ukraynaya qarşı işğalçı müharibəsini davam etdirə bilir.

Tayvan məsələsinin Pekinın “qırmızı xətti” olduğunu xatırladan Cinpin adanın silahlandırılmasına seyrçi qalmayacağını bildirib. O ABŞ-a işarə edərək Tayvan separatçılarına dəstəyin bölgədə gərginliyi artırdığını vurğulayıb. Bayden isə buna cavab olaraq Tayvan adasının status-kvosunun birtərəfli şəkildə dəyişdirilməsinin əleyhinə olduğunu söyləyib. Yəni Ağ Ev sahibi diplomatik dildə demək istəyib ki, Çinin Tayvanı zorla özünə birləşdirilməsinə qarşıdır və Vaşinqton da buna seyrçi qalmayacaq.

Beləliklə, ABŞ Prezidenti ilə Çin lideri arasındakı danışıqlarda irəliləyiş əldə olunmayıb. Tərəflərin mövqeləri əvvəlkitək fərqlidir. Bu əsrin əvvəllərində iki ölkə arasında iqtisadi əlaqələrdə ciddi problem yox idi. ABŞ 2000-ci ildə Çinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasının yolunu açmış və bunun sayəsində ticarət əlaqələri liberallaşdırılmışdı. Ancaq sonrakı illərdə amerikalı siyasətçilər Çinlə liberal qaydalara əsaslanan ticarət əlaqələrinin ABŞ-a zərər verdiyini etiraf etdilər, bunun Amerikada iş yerlərinin azalmasına, o cümlədən idxal-ixracın Çinin xeyrinə dəyişdiyini bildirdilər. Çinin dövlət tərəfindən idarə olunan iqtisadiyyatının gücləndiyi, Amerikanın əqli mülkiyyətinin oğurlandığı və yerli sənayenin haqsız rəqabət nəticəsində zəiflədiyi iddia edildi.

Brüssel Çinin Rusiyaya dəstək məsələsində Vaşinqtonla həmrəydir. Avropa İttifaqı strukturlarından yayılan son məlumata görə, Çinin qərbindəki Sincan bölgəsində Rusiya ordusu üçün silahlı pilotsuz təyyarələr istehsalına dair “qənaətbəxş” sübutlar var. Brüssel hesab edir ki, Çinin mərkəzi hökumətinin icazəsi olmadan Rusiya üçün pilotsuz uçuş aparatlarının istehsalı mümkün deyil.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1387




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap