|
Dünya “böyük Afrika müharibəsi“nin astanasında: Fransa qarşıdurmanı qızışdırır
Ticarət müharibəsi başladı - Trampın bu sərəncamı imzalaması nə vəd edir?
Ərdoğanın Xocalı səfəri - “Şuşada Türkiyə konsulluğunun təməli atılsa...”
Prezident Zəngəzurla bağlı tələbini açıqladı - “Azərbaycana maneəsiz keçid verməlidir...”
“Rossotrudniçestvo“nun əsl mahiyyəti - “Rus evlər“i casus şəbəkəsi rolunda
Natiq Aslanov yığıdığı milyonları üzə çıxarır - Daşınmaz əmlaka sərmayə yatırıb
Rusiya-İran arasında Azərbaycan üzərindən qaz anlaşması - Putin bu dəfə əmindir, amma..
Arayik Harutyunyan Azərbaycan xalqından üzr istədi - “İndi bu bəyanata görə təəssüflənirəm...“
Azəraycanda terror aktı hazırlayanlar həbs olundu - “200 min dolları müqabilində ona sui-qəsd edəcəkdilər...“
Çin qərbə qarşı məxvi planı işə saldı - “Made in China 2025”-də nələr var?
Bakıda 120 milyonluq qalmaqallı hərracın arxasında kimlər dayanır? - ŞOK İSİMLƏR
Abşeron rayonunda sənədsiz evlərin sayı sürətlə artır - İcra hakimiyyəti ilə “anlaşıb“...
Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bir ildə 67 milyonluq tender udan “lal” deputat - ARAŞDIRMA
Tarix 16.01.25, 17:18 |
|
Son zamanlar Azərbaycanda tenderləri udan iri şirkətlərin əksəriyyətinin arxasından ya bir məmur, ya da deputat çıxır. Bu sırada öncül yerlərdən birini tutan şirkət isə "AzəriMed”dir.
AzFakt.com xəbər verir ki, Tribunainfo.az həmin şirkət, onun gerçək sahibi və digər məsələlərlə bağlı araşdırma aparıb.
67 milyonluq tenderləri udan "əjdaha”
"Azəri Med” QSC-ni "tender əjdahsı” saymaq olar. Çünki ölkədə ən çox tender udan, üstəlik, bahalı müsabiqələrin qalibi olub. O ayrı məsələdir ki, şirkət buna necə nail olub.
Fakt odur ki, sözegedən şirkət təkcə 2024-cü ildə toplam 67 milyon manatlıq tender udub. Əsasən Səhiyyə Nazirliyinin balansında olan müəssisə və mərkəzlərin keçidiyi tenderlərin qalibi olan şirkətin elə ən böyük qazancı da buradan olub. Belə ki, "Azəri Med”in ən böyük tenderinin məbləği 30 milyon manat təşkil edib. Həmin tender Milli Onkologiya Mərkəzinin keçirdiyi müsabiqə olub. Müsabiqəyə əsasən "Azəri Med” kimyəvi reaktorlar, avadanlıqlar və digər vasitələr alıb.
Bundan başqa, şirkətin milyonluq tenderlərin qalibi olması faktı isə açıq mənbələrdə də qeyd olunub. Sonuncu belə "əməliyyatlardan” biri isə Naxçıvanda baş tutub. Şirkət Naxçıvan MR Səhiyyə Nazirliyinin 1 milyonluq tenderinin qalibi olub.
"Azəri Med”in əsl sahibi kimdir?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında, "Azəri Med” QSC-nin 2 iyul 2004-cü ildə qeydiyyata alındəğə qeyd edilib. Nizamnamə kapitalı 10 000 manat olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.
Lakin araşdırma zamanı bəlli olub ki, Famil Rəhimlidən əvvəl şirkəti Qafarov Elman Cabbar oğlu, ondan əvvəl isə Qafarov Hüsaməddin Şəmsəddin oğlu təmsil edib. Hər iki şəxsin deputat Kamaləddin Qafarovla yaxın qohumluq əlaqələrinin olduğu bildirilir. Daha doğrusu, onun əmisi uşaqları olduğu vurğulanır.
Bundan başqa, 2020-ci ilədək "Azəri Med” QSC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti ev 65 A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Mediada gedən məlumatlara görə, bu ünvanda deputat Kamaləddin Qafarov da qeydiyyatdadır.
Təbii ki, "əl dəyişdirmə”, yəni əmioğlanlarının adını çıxarıb, başqa birini qanunu təmsilçi təyin etmək izi itirmək məqsədi daşıyıb.
MOM-un tenderlərinin "qənimi”
Nəzərinizə çatdıraq ki, deputat Kəmaləddin Qafarov təkcə deputat deyil, həm də Milli Onkologiya Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. Elə Milli Onkologiya Mərkəzinin keçirdiyi tenderlərin əsas qalibinin "Azəri Med”in olması da bu işlərdə Qafarovun əlinin olması şübhələrini artırır.
Nəzərinizə çatdıraq ki, Kamaləddin Qafarov V və VI çağırış Milli Məclisin deputatıdır. O, 2015 və 2020-ci illərdə keçirilən parlamen seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi 9 saylı Binəqədi İkinci Seçki dairəsindən deputat seçilib.
Yuxarıda qeyd edtdiyimiz kimi, Qafarovun olduğu bildirilən şirkət MOM-un 30 milyonluq tenderini birdəfəyə qazanıb. Bunun da səsbsiz yerə olması inandırıcı deyil.
Deputatın daha hansı şirkətləri var?
Bundan başqa, mediada gedən məlumatlardan aydın olur ki, Kamaləddin Qafarovun biznesi "Azəri Med” QSC ilə məhdudlaşmır. "AzeriMed Tibbi Market”, "Zəfəran” apteklər şəbəkəsi və "Zəfəran Hospaital” və "Shafran” şirkətinin də deputata məxsus olduğu iddia edilir. Yeri gəlmişkən, "Shafran”ın da qanuni təmsilçisi deputatın əmisi oğlu Hüsaməddin Qafarovdur.
Xaricə uzanan biznes
Açıq mənbələrdə Kəmaləddin Qafarovun biznesinin təkcə Azərbaycanda deyil, onun hüdudularından kənara çıxdığına dair də çoxlu məlumatlar var. Xüsusən də onun şirkətlərinin Gürcüstanda yayğın şəkildə fəaliyyət göstərdiyi bildirilir.
Bu barədə tanınmış araşdırmaçı journalist Cavanşir Həsənli daha detallı məlumat paylaşıb.
Qanunu pozan millət vəkili
Qeyd edək ki, qanunla deputatın bizneslə məşğul olması qadağandır. Lakin görünən odur ki, bəzi deputatlar üçün qanun vacib deyil. Əks təqdirdə, nə Qafarov, nə də onun kimi daha bir neçə deputat açıq şəkildə bizneslə məşğul olmazdı.
Digər tərəfdən, Kəmaləddin Qafarov qanunverici orqanın təmsilçisidir. Onun qanunlara hörmət etməsi digərlərindən daha çox lazımdır. Bu, həm məsuliyyət, həm də millət vəkili kimi onun borcudur.
Amma məlum olan odur ki, Qafarov qanunu pozanların sırasında ən öndə gedənlərdən biridir.
Qafarov "Lal derutat” ləqəbini niyə qazanıb?
Maraqlı məqamlardan biri də odur ki, Kəmaləddin Qafarov elə dərin istedada və ya güclü siyasi fəaliyyətə malik deyil. Bunu onun iki dəfə seçildiyi deputatlığı zamanı fəaliyyətsizliyi də təsdiq edir. Elə bu səbəbdəndir ki, əksəriyyət Qafarovu "lal deputat” kimi səciyyələndirir.
İkinci maraqlı məsələ odur ki, Kəmaləddin Qafarov ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən və strateji məqsəd daşıyan mövzular barədə də danışmır. Məsələn, AZAL təyyarəsinin terror məruz qalması, dövlət başçısının bununla bağlı əhatəli açıqlama verməsi və fikirlər səsələndirməsi də deputatı silkələməyib. Həmçinin İranda Azərbaycana qarşı təxribat tədbiri barədə də Qafarovun səsi belə çıxmayıb.
Bəzilərində belə bir təsəvvür yaranıb ki, Kəmaləddin Qafarov kimi deputatlar məhz bizneslərini qorumaq üçün mandat almağa çalışıblar. Bu fikirdə olanlar hesab edirlər ki, Qafarov və onun kimilərin missiyası dövlət və onun maraqları deyil, öz biznesləridir. Arqumentləri isə budur ki, ölkə üçün mühüm əhəmiyyət daşıyan hadisələrdə belə susan mandat sahibinə başqa cür yanaşmaq mümkün deyil.
Hərçənd onun başlıca vəzifəsi biznes deyil, dövlətin maraqlarını qorumaqdır ki, Qafarov baş verən mühüm əhəmiyyət daşıyan mövzularda mütləq danışmalıydı. Ağzına su alaraq oturmaq, heç bir hadisəyə münasibət bildirməmək isə deputatlıq deyil, daha çox hadisələrə biganəlik, əhəmiyyət verməmə və ya vecinə almamaqdır.
Meyvə-tərəvəzçilikdən maliyyəçiliyə qədər
Bildirək ki, Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurduqdan sonra, həmin ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub. 1997-ci ildə isə universitetin meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib.
Rəsmi qaynaqlarda onun ikinci təhsil aldığı da qeyd edilib. Vurğulanır ki, deputat ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib.
Iki ali təhsili olan adamın parlamentdə danışmaması qəribə görünə bilər. Deyək ki, Qafarov maliyyə və kredit sahəsində ikinci təhsil alsa da, biliklərini yetərli qədər əxz etməyib. Bəs, meyvə-tərəvəzçilik və üzümçülük? Heç olmasa, bu adam parlamentdə meyvə və tərəvəzdən, üzümdən, bu sahələrin inkişafından danışsın. Deputat olaraq bir yol göstərsin, təşəbbüslə çıxış etsin, hadisələrə qarışsın. Lakin bunların heç biri nə baş verir, nə də müşahidə olunur. Kəmaləddin Qafarov "lal”lıqdan əl çəkməyəcək kimi görünür.
Tamam, deyək ki, bu mövzularda da fikir bildirmək istəmir. Heç olmasa seçildiyi dairənin seçicilərinin problemlərindən danışsın, onların məsələlərini qaldırsın ki, görsünlən, belə bir deputat var. Axı, adam bunu da etmir?
Bir sözlə, seçicisinin dərdini danışmayan, onun problemlərini qabartmayan, müzakirəyə çıxarmayan, dövlət üçün mühüm hadisələr baş verdiyi halda ağzına su alıb susan, strateji məsələlərə reaksiya verməyən birinin parlamentdə nə işi var? Məgər Milli Məclis "lallar yığıncağı”dır? Parlament danışmaq, müzakirə etmək, təşəbbüslərlə çıxış etmək, ölkənin gələcəyi üçün qanunlar qəbul etmək üçündür. Daha Kəmaləddin Qafarov kimi, "lal deputat” olmaq üçün yox.
Bu imkan niyə yaradılır?
Bütün bunların fonunda üçüncü bir maraqlı məqam daha var. Məsələ odur ki, "lal”, heç bir işə yaramayan, parlamentdə boş yerə yer tutan, bir sözlə "xeyrə-şərə” yaramayan Kəmaləddin Qafarova niyə belə geniş imkanlar yaradılıb? Bəlkə o fenomenal biznes istedadına malikdir? Əgər elədirsə, o zaman mandatını təhvil verib, bizneslə məşğul olsun.
Amma əminliklə qeyd edirik ki, sabah Qafarovun mandatı əlindən alınsa və özünü də MOM-dan çıxarsalar, yaratdığı şirkətlərdən heç biri uğur qazana bilməz. Ən yaxşı halda bir ildən sonra hamısı müflis olar. Elə Kəmaləddin Qafarov özü də bunu yaxşı bildiyindən mandatdan ikiəlli yapışıb.
Yazıda adları keçən şəxslərin, şirkətlərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.
Xəbərin oxunma sayı : 1048
Sosial
Xəbərlər
-
“TikTok”da gördüklərimdən utanıram” - Nigar
-
“Qarabağ” Juninyodan sonra onunla da vidalaşdı - Kadi qayıtdı
-
Sürücülərin adi mübahisəsi ölümlə bitib - 15 il həbsdə qalacaq Nicatın cinayət işi
-
“Yanğın füzelyajın hissələrini və pilot kabinəsinin bir hissəsini məhv edib“ - HESABAT
-
Fermerlər çıxılmaz vəziyyətdə: “Həm qıtlıq, həm də bahalıq olacaq“
-
Saray körpüsü nə vaxt istifadəyə veriləcək? - VİDEO
-
Kənar səsdən 21 saniyə sonra AZAL təyyarəsinin 3 hidravlik sistemi sıradan çıxıb - HESABAT
-
Vəsiyyətnamə hansı hallarda qanuni sayılır? - CAVAB
-
Bakıda metro yaxınlığında şübhəli çanta aşkarlandı - VİDEO
-
İran nüvə silahını tamamlamaq ərəfəsindədir - Kəşfiyyat
-
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır - Rəsmi statistika
-
Təyyarə Bakıya qayıtmaq istəyəndə vurulub - Faktlar açıqlandı
-
Saray körpüsünün tikintisi nə vaxt başa çatacaq? - Açıqlama
-
ABB-nin digər banklardakı depozitləri kəskin azalıb - Milyondan çox enmə
-
MTK sakinləri dörd ildir necə aldadır? - Ortada nə pul var, nə də ev
-
“Zevs“in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
-
Azərbaycanlı turistlər xaricdə ən çox nəyə pul xərcləyirlər? - Siyahı
-
“Ruben Vardanyan Ukraynaya qarşı da qanunsuz əməllər törədib“ - Ali Radanın deputatları
-
Suriya prezidenti Ankaraya gəldi - Ərdoğanla Şara görüşdü
-
“Qərb Rusiya, Çin və İranı Suriyadan kənarlaşdırmaq istəyir“ - Lavrov
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - VİDEO
-
Prezident İlham Əliyev Şri-Lanka liderinə məktub göndərib - MƏTN
-
“Gəncə sakinindən 100 min dollar tələb edənlər saxlanılıb” - DİN
-
“Tik-Tok“da “Bakcell“ mobil operatorunun adından dələduzluq həyata keçirilir - FOTOLAR
-
İnterpol genişmiqyaslı əməliyyat keçirib - 20 minə yaxın heyvan müsadirə edilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? - Rəsmi açıqlama
-
Suriyanın birinci xanımı ilk dəfə görüntüləndi - VİDEO
-
Dövlət Agentliyində sədr müavinlərinin sayı artırıldı - Fərman
-
Mağazadan qızıl oğurladı, taksi sürücüsünü çəkiclə hədələdi - Hökm oxundu
-
Bu rəqəmlər kərə yağlarının saxta olduğunu göstərir - Dəqiq hesablama
-
Dövlət Agentliyində sədr müavinlərinin sayı artırıldı - Fərman
-
Siyavuş Novruzov deputat həmkarını aşağıladı: “O kimdir ki, haqqımda nəsə desin, vecimə də deyil“
-
Bakıda tələbənin götürdüyü kredit pulları oteldə qadın tərəfindən oğurlandı - MƏHKƏMƏ
-
Putindən şok açıqlama: “Trampın qabağında quyruq bulayacaqlar“
-
Çin hökumətindən uyğurlara növbəti qadağa - “Müsəlman ölkələrə səfər etmək olmaz”
-
Bu universitetlər rektorsuz qalıb - SİYAHI
-
Prezident “Vətən” İdman Liseyində - FOTOLAR
-
“Qala Sığorta“ premium sığortası olan müştərinin əməliyyat xərclərini qarşılamır - ŞİKAYƏT
-
Temperatur 8 dərəcə enəcək, qar yağacaq - Xəbərdarlıq
-
“Rus Evi”nin üzərindəki yazı ilə bağlı tədbir görüləcək - Rəsmi
-
“Hökumətdəki fırıldaqlar nəticəsində ABŞ ildə 700 milyard dollar itirir“ - İlon Mask
-
Gömrük Komitəsində yenə problem - Bu dəfə tələbələrin təqaüdü verilmir
-
Sabah Bakının bu rayonlarında su olmayacaq - Xəbərdarlıq
-
“USAID Maydan hərəkatını maliyyələşdirib“ - Kennedi
-
Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Balakəndəki “Balməkan” bağlandı - VİDEO
-
Azərbaycanda mal əti maya dəyərindən 3 dəfə baha satılır - Rəsmi statistika
-
Milli Məclisdə yeni təyinat - Sektor müdiri təyin edilib
-
“Google” Çin qanunlarını pozmaqda günahlandırılır - Araşdırma başladı
-
İmişlidə oğurlanan qadın Salyanda tapıldı - Əməliyyat keçirildi, 3 nəfər saxlanıldı
-
Rəsulzadə və ailəsinin illər sonra ortaya çıxan yeni - Fotoları
-
“Səməd Vurğun qədər yaltaq şair olmayıb” - Əlisa Nicat
-
“Ümid edirik ki, Cənubi Qafqazda sülh ABŞ üçün prioritet olacaq“ - Paşinyan
-
Dənizlə narkotik daşıyan iranlı balıqçılar saxlanıldı - VİDEO
-
“Kristal Absheron“-un “reklamçıları“ şirkətin rəhbərliyini aldadır? - İDDİA
-
“ABŞ İrana təzyiqi artırmalıdır” - Rubio
-
Saray qəbiristanlığında dağıntı törədildi - VİDEO
-
Ərdoğan Suriyaya səfər edəcək - Ərdoğan
-
“Ola bilsin ki, “Real”a qayıdım” - Ronaldo
-
ABŞ Ukraynaya silah tədarükünü bərpa etdi - Reuters
-
Pensiya alanlar üçün vacib açıqlama - Fevral ayından…
-
“Nimesil” Azərbaycanda qadağan oluna bilərmi? - VİDEO
-
Səbaildə 23 saylı poçtda işçilər ola-ola vətəndaşlara niyə xidmət göstərilmir? - VİDEO
-
İnstaqramda bu gün paylaşılanlar - FOTOLAR
-
Azərbaycan futbolunda əcnəbi limiti ləğv edildi - AFFA qərar qəbul etdi
-
Baş infeksionistdən xəbərdarlıq:“Xəstə uşağı məktəbə göndərməyin“
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Nizami rayonunda qanunsuz tikintilər çoxalıb...- Coşqun Cəbrayılov sələfinin yolunu gedir
-
Bakıda mağazadan qadın kostyumu oğurladı, ölkədən qaçdı - 33 il sonra bəraət aldı
-
AFFA-nın yeni baş katibi məlum olub - Cahangir Fərəcullayev kimdir?
-
Trampın bu planı özünə qarşı yönələ bilər: Neft bazarı gözləntidə
-
“25 saylı şəhər poliklinikasında travmatoloq yoxdur“ - ŞİKAYƏT
-
Bu tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadıldı - QƏRAR
-
Sərhədyanı rayonlarda blok-post quraşdırılmayıb - DİN
-
“Mbappe mərkəz hücumçusu mövqeyində oynaya bilmir“ - Kriştianu Ronaldu
-
Bələdiyyə üzvü seçildiyi üçün Qəbələdə qonaqlıq verdi - Hesabı ödəməyib qaçdı
-
Trampın yeni tarif qərarı ABŞ iqtisadiyyatına necə təsir edəcək? - Analiz
-
Rövşən Rüstəmov xanım PR menecerə niyə “yox“ deyib? - “Port Baku“dan başlayan problem böyüyür
-
Plastik cərrahlarla bağlı nazirliyə 62 dəfə şikayət edilib - RƏSMİ
-
“Sözünü demək istəyirsən, kişi kimi de“ - Deputatlar arasında QALMAQAL
-
Bakıda yeni yolun çəkilişinə başlandı - Fotolar
-
“İş vaxtı xəsarət alsam da, şirkət heç bir köməklik etməyib” - “Azeri Drillinq Fluds LTD“- dən şikayət
-
QİÇS-lə Mübarizə Mərkəzi yenə “Dadaş-N“ə tender verdi - Bu dəfə 424 min manat...
-
Baş Prokurorluğa əlavə səlahiyyət verilir - Yeni qanun
-
Nazir Hacıqabulda qəbul keçirəcək - Bu tarixdə
-
Yeni dövlət rüsumları müəyyənləşdi - SİYAHI
-
Prezident İqtisadiyyat Nazirliyi ilə bağlı fərman verdi - Dəyişiklik
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Ceyhun Bayramov Latviya XİN başçısı ilə telefonda danışdı: nələr müzakirə edilib?
-
Sahibkarlıq sahəsində yoxlamalar dayandırıldı - Bu müddətə qədər
-
Tenderlə bağlı yeni qanun qəbul edildi - Hansı cəzalar olacaq?
-
Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olunacaq - Sərəncam
-
Sumqayıt Dövlət Universitetinin rektoru vəzifədən azad edilib - ADNSU-da rektor təyinatı oldu
-
Bakıda və Abşeronda güclü külək əsəcək - Xəbərdarlıq
-
Pensiya ilə ağlı qanun dəyişdi - Deputatlar “hə“ dedi
-
Vəzifəli şəxslərin cinayət işləri məhkəməyə göndərildi - Prokurorluq təfərrüatı yaydı
-
Sərvət sahibi olsalar da, az vergi ödəyirlər... - Siyahı
-
Bu rayonlarda polis postları quruldu - Əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir
-
Kamran Əliyev İstanbulun prokurorunu qəbul edib - Nələr müzakirə olunub?
-
“İnvest-Az“-ın rəhbəri Elşən Quliyev ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
-
Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? - Yegerin oğlu dəstə yaradıb
-
Spikerdən deputata irad: “Bu ifadə parlament sözü deyil“
-
Bakıda xanım direktor “Lexus“unu satıb məktəbin damını təmir etdirib - İDDİA (FOTO)
-
Dörd rayonda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi açıldı - RƏSMİ
-
“Azərbaycanda həkim reklamı qadağan olunsun“ - Komitə sədri
-
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
-
Bu su firmasında nöqsanlar aşkarlandı - Fotolar
-
“Nimesil“ Azərbaycanda qadağan ediləcək? - RƏSMİ
-
“Kredit faizləri yüksəldikcə əhali daha bahalı borclanır” - Deputat
-
Məktəb direktoru həbs olunub - Rüşvət ittihamı ilə
-
“USAID-i bir qrup radikal dəlilər idarə edir“ - Tramp
-
Restoran sahiblərinə xəbərdarlıq: “Sərt tədbirlər görüləcək”
-
Milli Məclisin yaz sessiyası başladı - Gündəlikdə 16 məsələ var
-
Evlərin qiyməti artmaqda davam edəcək: Bahalaşmanı şərtləndirən səbəblər
-
Azərbaycanda terrorçulara qarşı əməliyyat - 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib (VİDEO)
-
“USAID bioloji silahların hazırlanmasını maliyyələşdirib“ - İlon Mask
-
Balakəndə 33 kiloqram narkotikin satışının qarşısı alınıb - FOTO
-
Şuşada ən çox bu ölkələrdən gələn turistlər qalıb - SİYAHI
-
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
TOP 10
ARXİV