Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

İnterpol genişmiqyaslı əməliyyat keçirib - 20 minə yaxın heyvan müsadirə edilib

Tarix 04.02.25, 17:20

Font ölçüsü : - / +
bitmap-img6


Vəhşi heyvanlar və meşə resurslarının qanunsuz ticarətinə qarşı qlobal mübarizə əməliyyatı zamanı nəsli kəsilmək təhlükəsi altında olan və ya qanunla qorunan 20 minə yaxın heyvan müsadirə edilib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, keçirilən beynəlxalq əməliyyatda 138 ölkə və regiondan polis, gömrük, sərhəd nəzarəti, meşə və təbiəti mühafizə qurumları iştirak edib.

Əməliyyatı İnterpol və Ümumdünya Gömrük Təşkilatı (ÜGT) koordinasiya edib.

Vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya ilə qorunan heyvan və bitkilərin ticarəti ilə məşğul olan altı transmilli cinayətkar şəbəkə aşkar edilib.

Ümumilikdə 365 şübhəli şəxs həbs edilib. Müsadirə olunan heyvanlar arasında 12 min 427 quş, 5 877 tısbağa, 1 731 digər sürünən heyvan, 33 primat, 18 iri pişik və 12 panqolin var.

Bu növlərin bir çoxu qida, ehtimal edilən müalicəvi fayda və ya ev heyvanları kimi xüsusi bazar tələbatını ödəmək üçün qanunsuz daşınır.



Xəbərin oxunma sayı : 1120




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap