Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

Bakının bu qəsəbəsində 2 aydır evləri su basır - VİDEO

Tarix 01.03.25, 15:01

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Xəzər rayonu, Ramana qəsəbəsi ərazisində küçələrə, həyətlərə, hətta evlərin zirzəmilərinə su dolub.

Bununla bağlı “Xəzər TV” süjet hazırlayıb.

Sakinlər bildirib ki, bu vəziyyət artıq 2 aydır davam edir. Onlar məsələ ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət etdiklərini bildirib: “Evimizi iki aydır su basıb, qohumumgildə qalıram. Uşaqlarım xəstədir, ancaq bu məsələyə baxan yoxdur. Bizə deyirlər ki, gözləyin, düzəldəcəyik. Ancaq nə qədər gözləmək olar?!”

Vətəndaşların şikayəti ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, həmin ünvanda xidmətin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil: “Təchizat sistemi olmayan ərazilərdə təchizatın qurulması üçün layihə sənədləri hazırlanıb. Bundan başqa, müvafiq rayon sukanal idarəsinin əməkdaşları əraziyə cəlb edilir, istismar qaydalarının mümkün şərtləri çərçivəsində xüsusi texnikalar vasitəsilə suyun çəkilməsi icra edilir”.

Xəzər Rayon İcra Hakimiyyətindən isə qeyd edilib ki, ötən dövr ərzində aidiyyəti qurumlar tərəfindən lokal xarakterli tədbirlərin həyata keçirilməsinə baxmayaraq, problemin əsaslı həlli ilkin mərhələdə magistral kanalizasiya kollektorunun, növbəti mərhələdə isə toplayıcı şəbəkənin inşası ilə mümkündür: “Tikinti-quraşdırma işlərinin dövlət investisiya proqramı çərçivəsində mərhələli icrası nəzərdə tutulub”.

Daha ətraflı videomaterialda:





Xəbərin oxunma sayı : 748




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap