Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 27 Yanvar 2025

    Aygün Kazımova ad gününü belə qeyd etdi - VİDEO

“ABŞ üçün tam biabırçılıqdı idi...” – Senatorlar da Zelenskinin müdafiəsinə qalxdı

Tarix 01.03.25, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


“Tramp və Vens Putinin çirkli işlərini görür”

Ağ Evdə Donald Trampla Volodimir Zelenski arasında baş verən qalmaqala ABŞ Konqresində münasibət birmənalı deyil. Əksər Respublikaçı senatorlar susmağa üstrünlük verərkən, onların arasında bu qalmaqalda Trampı müdafiə edənlər kimi, baş verənləri pisləyənlər də var. Demokratlar isə birmənalı olaraq kəskin şəkildə Trampı və vitse-prezident Cey Di Vensi tənqid edirlər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Konqresinin demokrat üzvləri Trampın və Vensin Oval kabinetdə görüş zamanı Ukrayna liderini açıq şəkildə aşağılamaq cəhdindən sonra Volodimir Zelenskinin müdafiəsinə qalxıblar.

“The Guardian” nəşri yazır ki, Demokrat senatorlar Trampla Vensin Ukrayna lideri ilə “rüsvayçı” və “alçaldıcı” davranışını pisləyiblər. Məsələn, Delaver ştatından demokrat senator Kris Coons guya Zelenskinin ABŞ-yə təşəkkür etmədiyinə dair Trampın və Vensin iddialarını rədd edib: “Prezident Zelenski ilə hər dəfə görüşəndə o, güclü dəstəyimizə görə Amerika xalqına təşəkkür edib. Biz onu Ağ Evdə ictimaiyyət qarşısında söyməli deyilik, ona demokratiya uğrunda ön cəbhədə mübarizə aparan bir xalqa rəhbərlik etdiyinə görə təşəkkür etməliyik".

Kaliforniyadan olan senator Adam Şiff daha kəskin danışaraq qeyd edib ki, “cümə günü Oval kabinetdə bir qəhrəman və bir qorxaq görüşürdü və görüş başa çatdıqdan sonra qəhrəman Ukraynaya evinə gedəcək”.

Konnektikutdan olan demokrat senator Kris Mörfi Ağ Evdəki mübahisəni “kədərli səhnə” və Amerika üçün “tam biabırçılıq” adlandırıb.

Arizona senatoru Ruben Qalleqo əlavə edib: “Bu, ABŞ üçün sadəcə olaraq biabırçılıqdır”.

Merilend ştatından olan senator Kris Van Hollen də Oval Ofisdəki səhnələri “utancverici” adlandırıb.

İllinoys ştatından senator Dik Durbin isə deyib ki, Ukrayna xalqından və Prezident Zelenskidən üzr istəmək lazımdır: “Onlar üzr istənməyə layiqdir”.

Senatın Demokratlar Partiyasının lideri Çak Şumer görüşdən sonra Trampın və Vensin “Putinin çirkli işlərini gördüklərini” deyib və əlavə edib ki, onun partiyası “azadlıq və demokratiya uğrunda mübarizəni heç vaxt dayandırmayacaq”.

Minnesota senatoru Ami Klobuçar birbaşa sosial mediada Vensə müraciət edərək bildirib ki, Zelenski həm özəl, həm də açıq şəkildə ABŞ-yə dəfələrlə təşəkkür edib.

Minnesotadan olan digər demokrat senator Tina Smit respublikaçı həmkarlarını susmamağa çağırıb: "Biz bir vaxtlar tiranlarla vuruşmuşuq. Bu gün Tramp və Vens Amerikanı diz çökdürür. Ölkəmiz diktatorun qarşısında dayanan, Putinin Avropanın qalan hissəsinə çatmasına mane olan Ukrayna vətənpərvərlərinə təşəkkür etməlidir. Siz necə də utanmırsınız".

Bir çox respublikaçı senatorlar isə Trampa bu bəhanə ilə haqq qazandırıblar ki, Prezident ilk növbədə ABŞ-nin maraqlarını müdafiə edir. Onlar Zelenski ilə mübahisəni Trampın “Amerikanı birinci yerə qoymasının sübutu” kimi qiymətləndiriblər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Zelenski ilə mübahisədən sonra deyib ki, Ukrayna lideri həddindən artıq irəli gedib və müharibəni davam etdirmək istəyir, Rusiya lideri Vladimir Putin isə guya sülhə hazırdır…



Xəbərin oxunma sayı : 730




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap