“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Qızıl top”u hansı futbolçu qazanmalıdır? - Ronaldo və Mbappe cavabladı

Tarix 07.06.25, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


“Məncə, “Qızıl top”u meydançada fərqlənən və Çempionlar Liqasını qazanan şəxs qazanmalıdır. Fərdi mükafatlara o qədər də əhəmiyyət vermirəm, çünki onların arxasında nə olduğunu bilirəm. Bununla belə, Yamalın şansı var, amma aşkar favorit yoxdur”.

Bunu “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo mətbuat konfransında deyib.
Öz növbəsində Fransa və “Real Madrid”in hücumçusu Kilian Mbappe Dembelenin layiq olduğunu düşünür:
“Dembeleyə səs verərdimmi? Bəli. Səbəbini izah etməliyəmmi? Yamal və Dembele arasında seçim var və mən Dembeleni seçirəm. Bu, tamamilə aydındır!
Son qaliblərin göstərdiyi kimi, hər şey çox sürətlə gedir. “Qızıl topu” qazanan bəzi oyunçular haqqında danışmamışıq. Mükafatlandırma sentyabrda keçiriləcək? O vaxta qədər çox şey baş verə bilər, amma hazırda biz Usman Dembele və Lamin Yamal haqqında danışırıq”.
Qeyd edək ki, müxtəlif idman nəşrləri “Qızıl top”a əsas iddiaçılar kimi aşağıdakı oyunçuların adını çəkib: Usman Dembele (PSJ), Lamin Yamal (“Barselona”), Rafinya (“Barselona”) və Məhəmməd Salah (“Liverpul”).



Xəbərin oxunma sayı : 1015




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap