“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bu icra başçılarının birinci müavini yoxdur - SİYAHI

Tarix 29.11.25, 14:56

Font ölçüsü : - / +
bitmap-img6


İcra başçısının birbaşa səlahiyyətlərini paylaşan, yerli idarəetmənin gündəlik nizamını qoruyan və fövqəladə hallarda operativ qərar verən əsas fiqur məhz başçıların birinci müavindir. Bu vəzifənin təyin olunmaması müvafiq rayonun sosial-iqtisadi proseslərinin koordinasiyasından tutmuş icra hakimiyyəti aparatının daxili intizamına qədər bütün sahələrdə ləngimə, qeyri-müəyyənlik və idarəetmə boşluğu yarada bilər.

AzFakt.com "modern.az"-a istinadən xəbər verir ki,  birinci müavini olmayan və bütün öhdəliklərini tək icra edən icra başçılarını dəqiqləşdirib.

Azərbaycanda 10 şəhər icra hakimiyyətinin 4-də icra başçısının müavini yoxdur. Burada diqqəti çəkən əsas məqam isə paytaxtın üzərinə düşür. Belə ki, 2 milyondan çox əhalisi olan Bakıda bütün məsuliyyəti Eldar Əzizov “tək daşıyır”.

Bundan başqa, Şəki şəhərinin icra başçısı Elxan Usubov, Mingəçevir şəhərinin icra başçısı İlham İsmayılov və Şirvan şəhərinin icra başçısı İlqar Abbasovun da birinci müavini yoxdur.

Bakıdakı 12 rayondan 3-də icra başçısının birinci müavini vəzifəsi boşdur.

Belə ki, Bakı şəhər Nərimanov rayonunun icra başçısı Elgin Həbibullayev, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və Xətai rayonunu icra başçısı Rafiq Quliyev birinci müavinləri olmadan işləyirlər.

Rayon icra hakimiyyətlərinə gəldikdə isə 64 rayondan 21-də başçının birinci müavini vəzifəsi təyinat gözləyir.

Vəzifəsini birinci müavinsiz yerinə yetirən rayon icra başçıları aşağıdakılardır:

-Ağdam rayonunun icra başçısı Vaqif Həsənov

-Bərdə rayonunun icra başçısı Vidadi İsayev

-Cəbrayıl rayonunun icra başçısı Kamal Həsənov

-Daşkəsən rayonunun icra başçısı Orxan Abbasov

-Göyçay rayonunun icra başçısı Orxan Mürsəlov

-Göygöl rayonunun icra başçısı Vüqar Novruzov

-Xaçmaz rayonunun icra başçısı Anar Oruclu

-Xızı rayonunun icra başçısı Xəzər Aslanov

-Xocalı rayonunun icra başçısı Şahmar Usubov

-Xocavənd rayonunun icra başçısı Eyvaz Hüseynov

-Kəngərli rayonunun icra başçısı Kamal Ələkbərov

-Kürdəmir rayonunun icra başçısı Elşən Həsənli

-Qəbələ rayonunun icra başçısı Səbuhi Abdullayev

-Qubadlı rayonunun icra başçısı Malik İsaqov

-Lerik rayonunun icra başçısı Əkbər Abbasov

-Oğuz rayonunun icra başçısı Cavid Əbdul-Qədirov

-Saatlı rayonunun icra başçısı Elmir Bağırov

-Salyan rayonunun icra başçısı Rüstəm Xəlilov

-Sədərək rayonunun icra başçısı Naim Cahidzadə

-Siyəzən rayonunun icra başçısı Novruz Novruzov

-Zəngilan rayonunun icra başçısı Ramiz Həsənov

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini birinci müavin vəzifəsini Natiq Nağıyev yerinə yetirir.

Qeyd edək ki, yerli icra hakimiyyəti başçısının müavinini (müavinlərini) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə müvafiq yerli icra hakimiyyətinin başçısı vəzifəyə təyin və vəzifədən azad edir.



Xəbərin oxunma sayı : 1783




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap