“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Pensiyalar bu qədər artacaq - Rəqəmlər açıqlandı

Tarix 09.02.26, 17:58

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb.

AzFakt.com xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sərəncamla bağlı məlumat yayıb.

Bildirilib ki, Prezident İlham Əliyevin yeni Sərəncamı ilə bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır.
“Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara, yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Azərbaycanda əmək pensiyasının minimum məbləği 320 manat təşkil edir. Hazırda minimum səviyyədə pensiya alanlar yanvar ayının 1-dən 349 manat 76 qəpik pensiya alacaqlar. Yanvar ayının artımı (29,76 manat) fevral ayının pensiyası (349,76 manat) ilə birlikdə veriləcək.

Müvafiq hesablama ilə 350 manat pensiya alanların pensiyasında 32 manat 55 qəpik, 400 manat pensiya alanların pensiyasında 37 manat 20 qəpik, 450 manat pensiya alanların pensiyasında 41 manat 85 qəpik artım olacaq.



Xəbərin oxunma sayı : 328




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap