“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İran Türkiyə istiqamətində ballistik raket atıb - Müdafiə Nazirliyi məlumat yayıb

Tarix 04.03.26, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


İrandan buraxılan və İraqla Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında aşkarlanaraq məhv edilib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Açıqlamada bildirilir ki, raketin zərərsizləşdirilməsindən sonra Hatay vilayəti ərazisinə düşən sursat qalıqları hər hansı təhlükə yaratmayıb.

Nazirlik vurğulayıb ki, Türkiyə öz ərazisinin və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün kifayət qədər imkanlara malikdir və bu istiqamətdə qətiyyət nümayiş etdirməyə davam edəcək. Rəsmi Ankara bəyan edib ki, ölkənin torpaqlarının və hava məkanının müdafiəsi üçün bütün zəruri addımlar tərəddüdsüz atılacaq və Türkiyəyə qarşı yönələn hər hansı düşmən addıma cavab vermək hüququ saxlanılır.

Bununla yanaşı, tərəflərə çağırış edilərək münaqişənin regionda daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinmələri istənilib. Türkiyə bu məsələ ilə bağlı NATO və digər müttəfiqlərlə məsləhətləşmələri davam etdirəcəyini bildirib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran da açıqlama yayıb. 

"İrandan atılaraq İraq və Suriya hava məkanından keçib Hatay bölgəsi üzərindən hava məkanımıza yönələn bir raket NATO hava müdafiə sistemləri tərəfindən məhv edilmişdir. Qarşısını alan raketin bir hissəsi Hatayın Dörtyol rayonunda açıq əraziyə düşmüşdür və hər hansı can itkisi və ya xəsarət qeydə alınmamışdır. Qurumlarmız prosesi anbaan və tam koordinasiya şəraitində izləyib" - deyə, o, bildirib..



Xəbərin oxunma sayı : 319




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap