Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Bakıda təhlükə: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər

Tarix 19.04.26, 19:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhəri Xətai rayonu UPD qəsəbəsi, Araz Novruzov küçəsi, 36 ünvanında yaşayan sakinlər ciddi təhlükə ilə üz-üzədirlər.
 
AzFakt.com Musavat.com-a istinadən bildirir ki, 100 ildən çox yaşı olan qamış bina artıq tam yararsız vəziyyətə düşüb və hər an uçmaq riski daşıyır.

İkimərtəbəli binada 8 ailə yaşayır. Sakinlər bildirirlər ki, evin divarları çat verib, konstruksiya ciddi şəkildə zəifləyib və bina faktiki olaraq yaşamaq üçün təhlükəli vəziyyətdədir.

"Burada ölüm təhlükəsi ilə yaşayırıq. Dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etsək də, heç bir real tədbir görülməyib", - deyə sakinlər bildiriblər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən isə vətəndaşlara cavab verilib. Qurumun bildirdiyinə görə, Araz Novruzov küçəsi, 34 ünvanında yerləşən və uzun müddət istismar nəticəsində qəzalı vəziyyətə düşən bina artıq Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarına əsasən qəzalı binalar siyahısına daxil edilib.

Qeyd olunur ki, həmin qərar Bakı şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır və şəhərsalma normalarına cavab verməyən təhlükəli binaların mərhələli şəkildə köçürülməsini nəzərdə tutur.

Bununla belə, sakinlər real vəziyyətin dəyişmədiyini, binanın hələ də istifadə olunduğunu və təhlükənin davam etdiyini bildirirlər. Onların sözlərinə görə, məsələ həll olunmadığı üçün hər gün risk altında yaşayırlar.



Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap