| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
“Arvadım çiməndə Əkbər hamama soxulub, kənddə 9 kişi ilə...“ - Ərin ifadəsi
Tarix 19.04.26, 14:00 |
|
Sabirabad rayonunda 1986-cı il təvəllüdlü Əkbər həmkəndlisi Səbinəyə (adlar şərti verilib – red.) qarşı seksual hərəkətlər edib.
Hadisə 2023-cü il yanvarın müxtəlif günlərində rayonun kəndlərindən birində baş verib.
Əkbər cinsi ehtirasını təmin etmək məqsədi ilə həmin il yanvarın 25-də saat 19 radələrində Səbinənin yaşadığı evin həyətinə gəlib. Onun həyətdə ayaqyolunda olduğunu bilib, qapını itələyərək ora daxil olub. Qadının qollarından tutub, onunla cinsi əlaqədə olmaq istədiyini bildirib. İmtina ilə qarşılaşdıqda zor tətbiq edib.
Səbinə Əkbərin istəyinə qarşı çıxıb, müqavimət göstərərək əli ilə onu sinəsindən geri itələyib, özündən kənarlaşdırıb. Qadın çölə çıxıb və oradan qaçmaq istəyib. Əkbər zərərçəkmiş onun qollarından tutub və ayaqyolunun arxa tərəfinə doğru aparmağa çalışıb.
Səbinə qışqıraraq səs-küy salıb, onun əlindən çıxıb. Qadının qaçması səbəbindən Əkbər bu niyyətini başa çatdıra bilməyib.
Əkbər həmin il yanvarın 27-də saat 19 radələrində yenə Səbinənin yaşadığı evin həyətinə gəlib. Qadının həyətdəki hamamda duş qəbul etdiyini bilib. Hamamın qapısını itələyərək içəri girib, cinsi əlaqədə olmaq üçün gəldiyini bildirib. Səbinə onun bu istəyinə qarşı çıxıb və müqavimət göstərib. Əkbər cinayət başında yaxalanacağından qorxub və həyətdən uzaqlaşıb.
Əkbər yanvarın 29-da saat 19 radələrində də Səbinənin yaşadığı evin həyətinə gəlib. Səbinənin hamamda olduğunu bilib, qapının arxasına dayaq kimi mişar daşı qoyulmasına baxmayaraq oranı açmaq qərarına gəlib. Qapını itələyərək açıb və Səbinə ilə cinsi əlaqədə olmaq istədiyini deyib.
Qadın onun istəyinə qarşı çıxıb. Əkbər Səbinəni zərərsizləşdirməklə özünə tabe etmək məqsədi ilə qollarından tutub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Daha sonra Səbinəni özünə tərəf çəkib, zorlamaya yönəlmiş niyyətini həyata keçirməyə çalışıb.
Səbinə müqavimət göstərərək hamamdan çölə çıxarıb. Qışqıraraq evdə olan oğlu Ramalı və qayınanası Zərrini köməyə çağırıb.
Əkbər tanınmaması üçün həyətdəki elektrik şitindən işıqları söndürüb. Sonra isə qaçaraq oradan uzaqlaşıb.
“Ayaqyolunda, hamamda zorlamağa cəhd etməmişəm”
İstintaq orqanı tərəfindən Əkbərin barəsində Cinayət Məcəlləsinin 29,149.2.5 (təkrar zorlamaya cəhd) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əkbər özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmişi həmkəndlisi kimi tanıyıb, lakin onunla heç bir münasibəti olmayıb:
“Hadisədən bir müddət əvvəl “Tik-tok” sosial şəbəkədə Səbinə ilə tanış oldum, onunla yazışdım. Yazışma vaxtı məndən kontur istədi, razı oldum. Yanvarın 29-da 5 manatlıq kontur aldım və gələrək ona vermək istədim. Lakin onu tapmayıb geri qayıtdım.
Mən Səbinəyə qarşı hər hanası zor tətbiq etməmişəm. O cümlədən onu ayaqyolunda, hamamda zorlamağa cəhd göstərməmişəm”.
Təqsirləndirilən şəxs əlavə edib ki, əvvəlki günlərin birində də həmin həyətə gəlib və konturu Səbinəyə vermək istəyib. Onun sözlərinə görə, həyətdə adamlar olub, buna görə həyətə daxil olmayıb, oradan uzaqlaşıb.
“Cinsi əlaqədə olmaq istədi”
İş üzrə zərərçəkmiş Səbinənin ifadəsinə görə, istər birinci dəfə ayaqyolunda, istərsə də sonrakı iki dəfə hamamda çimərkən təqsirləndirilən şəxs onu zorlamaq məqsədi güdüb:
“Əkbər üç dəfə israrla mənimlə cinsi əlaqədə olmaq istəyib. Hətta sonuncu dəfə hamamda çimərkən mənim hər iki qolumdan tutaraq öpməyə çalışıb. Lakin onu itələyərək hamamın paltar soyunma bölməsinə çıxarmışam və qışqıraraq onu hamamdan qovmuşam. Birinci dəfə ayaqyolundan çıxarkən də Əkbər mənim qolumdan tutub və ayaqyolunun arxa tərəfinə aparmaq istəyib”.
Səbinə ifadəsində Əkbərin hərəkətləri barədə ailə üzvlərinə məlumat vermədiyini deyib. O, bunu biabır olacağından qorxması ilə əsaslandırıb: "2023-cü ilin 25, 27 və 29 yanvar tarixlərdən təxminən 2 ay əvvəl də Əkbər bir neçə dəfə həyətimizə gəlmişdi. Məni şantaj edir, əgər onunla cinsi əlaqədə olmasam, barəmdə ərim Elmana deyəcəyini söyləyirdi.
Əkbərin şantajından qorxaraq onun təkliflər barədə ərimə və digər ailə üzvlərimə məlumat vermədim.
Ekspert rəyində göstərilən xəsarətlər Əkbərin qollarımdan tutaraq özünə tərəf çəkməsi nəticəsində yaranıb”.
“Şübhələndim, amma yoxlamadım”
İş üzrə şahid qismində ifadə verən Elmanın sözlərinə görə, zərərçəkmiş onun keçmiş həyat yoldaşıdır, birgə nikahdan iki uşaqları var: “Mən sonuncu hadisədən bir neçə ay əvvəl Səbinədən şübhələnməyə başladım. Çünki anam mənə gizli şəkildə dedi ki, Səbinə telefona çox baxır.
Arvadımın işlətdiyi telefonun mobil nömrəsi adıma olduğuna görə həmin telefonu rayon mərkəzində yoxlatmaq üçün apardım. Lakin Səbinə yalvararaq nömrəni yoxlatmamağı xahiş etdi. O vaxtlar Səbinəyə ciddi şübhəm olmadığına görə razılaşdım və telefonu yoxlatmadım”.
Elman qeyd edib ki, 2023-cü ilin yanvarın 29-da gecə evə gəlib: “Ailə üzvlərimdən öyrəndim ki, Səbinə hamamda çimərkən kimsə ora daxil olub, əxlaqsız təkliflər edib. Səbinədən həmin şəxsin kim olduğunu soruşsam da, əvvəlcə tanımadığını bildirdi. Məcbur etdikdə onun həmkəndlimiz Əkbər olduğunu söylədi.
Növbəti gün həyətimizdə gizləndim və güdməyə başladım. Naməlum şəxs həyətə daxil oldu. Onun üzərinə getdim, məni gördükdə qaçdı. Bununla belə, onun həmkəndlimiz Əkbər olduğunu bildim”.
“Əxlaqsız hərəkətlərindən şikayət etdik”
Zərərçəkmiş şəxsin ərinin ifadəsinə görə, hadisədən bir-iki gün sonra Səbinəni ilə birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gedib və orada Əkbərin əxlaqsız hərəkətlərindən şikayət ediblər:
“Səbinə şikayət etmək istəməsə də, onu şikayət etməyə məcbur etdim. Səbinədən şikayət etməməsinin səbəbini soruşdum. Rüsvay olacağından qorxduğunu dedi. Polisdə olduğumuz müddətdə Səbinə ekspert müayinəsindən keçdi, onda hər hansı xəsarət aşkar edilmədi.
Hadisədən sonra Səbinəni ətraflı şəkildə sorğuladım. Əkbərin ona xəsarət yetirməsi barədə heç bir şey demədi. Səbinənin görünən bədən səthində xəsarətlər yox idi.
Həmin hadisə vaxtı Səbinə heç bir xəsarət almayıb. Onun qollarındakı xəsarət Səbinə atası evində olarkən alınıb. Bizim iki uşağımızdan biri mənim, digəri isə Səbinənin yanında qalıb. Təxminən 2023-cü ilin fevralın əvvəllərində övladlarım telefonla danışarkən mənə məlumat veriblər ki, Səbinənin qardaşı baş vermiş hadisəyə görə onu döyüb. Bu xəsarətlər yalnız onunla əlaqədar ola bilər”.
“Daha 9 nəfər kənd sakini ilə münasibətdə olub”
Elman deyib ki, Səbinə onun ailəsində yaşadığı müddətdə, yəni hadisədən əvvəl başqa kənd sakinləri ilə də münasibətdə olub: “Onlardan biri həmkəndlimiz İlqardır. Səbinə mənim evimdən qızılları oğurlayaraq İlqara verib. İlqardan şikayətçi olacağımı deyəndə qızılların bir hissəsini qaytardı.
Mənim bildiyimə görə, arvadımın 9 nəfər kənd sakini ilə münasibəti olub. Həmçinin, o, mənim yanımda qalan azyaşlı oğlumun vasitəsi ilə evimi yandırmağa cəhd edib. Bununla bağlı polisdə cinayət işi qaldırılıb və hazırda istintaq aparılır”.
Cəzadan şikayət verilməsinə səbəb nə olub?
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb, Əkbər 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Müdafiəçi şikayətini belə əsaslandırıb ki, zərərçəkmiş şəxs hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə sosial şəbəkələrdə yazıb, ondan kontur istəyib: “Təqsirləndirilən şəxs konturu ona aparmaq istəyəndə yolda başqa şəxslər olduğu üçün geri qayıdıb.
Axşam zərərçəkmiş şəxs ona “Tik-tok”dan yazıb və “kişiliyin çatmır, bir kontur gətirməyə” deyə irad bildirib.
Təqsirləndirilən şəxs ittiham üzrə nəzərdə tutulmuş əməlin onun tərəfindən törədildiyini inkar edir. İttiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, birinci instansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin işin faktiki hallarından da görünür ki, elan olunmuş ittiham üzrə onun təqsiri sübuta yetirilməyib”.
Bu şikayət araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Hakimlər belə qənaətə gəliblər ki, hadisəyə qədər zərərçəkmiş və təqsirləndirilən şəxs bir-birilərini həmkəndli kimi tanıyıb.
Bundan əlavə təqsirləndirilən şəxs zərərçəkmişin ailəsinə gedib-gələn şəxs olub. Daha sonra onlar “Tik-tok” sosial şəbəkəsi üzərindən daha yaxın münasibətə girib və münasibətlərini davam etdiriblər.
Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs fasilələrlə - 2023-cü ilin 25, 27 və 29 yanvar tarixlərində eyni saatda, habelə zərərçəkmişin ayaqyolunda və hamamda olduğu vaxtlarda həyətə gəlib, israrla onunla cinsi əlaqədə olmağı təklif edib.
Lakin hər üç dəfə, xüsusən zərərçəkmişin hamamda çimdiyi vaxtda belə təqsirləndirilən şəxs onun soyunmuş vəziyyətindən istifadə edərək özü soyunmayıb, zərərçəkmişə cinsi təcavüz etməyib. Yalnız israrla onunla cinsi əlaqədə olmağı tələb edib.
Bu halları araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və təqsirləndirilən şəxsin barəsində yeni ittihamedici hökm çıxarılıb.
Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 29,149.2.5-ci maddəsindən həmin məcəllənin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsinə tövsif edilib. O, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və 3 il müddətə azadlıqdan məhrum edilib.
Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 157.1 və 66.3-cü maddələri ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilib.
Teleqraf
Xəbərin oxunma sayı : 157
Hadisə
Xəbərlər
-
Günay İbrahimli arıqlamağı ilə diqqət çəkdi - FOTOLAR
-
İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib - İRNA
-
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
-
Bakıda qızıl qiymətinə, 2 milyon manata olan torpaq qiymətləri - VİDEO
-
Kanalizasiya xətlərini təmir etdilər, asfalt qatının bərpası saxladılar - VİDEO
-
Azyaşlı övladı üçün dövlət xəstəxanasında genetik analizlər yoxdur, özəldə isə bahadır - VİDEO
-
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
-
Qaxda örüş sahəsi sakinlərin əllərindən alınıb? - VİDEO
-
Taksi sürücüləri sərnişinləri harada mindirib-düşürməlidir? - VİDEO
-
“Müğənni olmağım onlar üçün dəhşətli bir şey idi” - Zülfiyyə Xanbabayeva
-
“Danışıqlar çox yaxşı olacaq...” - “Ya şərtləri qəbul edəcəklər, ya da...“
-
Şiddətli yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlərdən açıqlama
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
-
Bakıda təhlükə: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
-
“ABŞ nümayəndələri İranla danışıqlar üçün Pakistana yollanırlar“ - Tramp
-
Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır (VİDEO)
-
“Mən ölməzdən əvvəl Belarusda yeni lider ortaya çıxacaq“ - Lukaşenko
-
Güclü yağış yağacaq, şimşək çaxacaq, sel olacaq - Xəbərdarlıq
-
Serbiya Prezidenti Azərbaycana gələcək - Gələn ay
-
“Tramp İranın təqsirinin nə olduğuna cavab vermir“ - Pezeşkian
-
Bank kreditlərinin yarıdan çoxu 3 bankın payına düşüb - Tam siyahı
-
Aleksandar Vuçiç İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Venerada həyat Yer mənşəli ola bilər - Alimlər heyrətamiz nəticəyə gəlib
-
Sülh sazişinin tezliklə imzalanacağına ümid edirik - Hakan Fidan
-
Boş qalan mənzillərə qənim kəsilən oğrular - VİDEO
-
9 nəfərdə telefon aşkarlandı - İmtahandan çıxarıldılar
-
Meloni yaxın həftələrdə Azərbaycana səfər edə bilər - “Euronews”
-
Paşinyan arvadı ilə barışıb? - Yenidən bir yerdə görünüblər + VİDEO
-
“Arvadım çiməndə Əkbər hamama soxulub, kənddə 9 kişi ilə...“ - Ərin ifadəsi
-
Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək - Sabahın hava proqnozu
-
Tehran raket arsenalının 70 %-ə qədərini bərpa edə bilər - “The New York Times“
-
Ağ çörək sağlamlığa necə təsir edir? - Diyetoloqlar açıqladı
-
Qızıl bazarında saxtakarlıq riski artır: Alıcılar necə qorunsun?
-
Maşın bazarında durğunluq: Maraq niyə azalıb? (VİDEO)
-
Niderland parlamentində Azərbaycana qarşı siyasi riyakarlıq - Video
-
Bəzi rayonlarda yağış yağıb - Faktiki hava açıqlandı
-
Xersonda avtomobilə zərbə endirilib - Ölən və yaralananlar var
-
Azərbaycanda icbari sığorta bazarı da çöküb: Səbəb bəllidir
-
Türkiyədə şagirdlərin telefonlarına nəzarət gücləndirilir: Xüsusi SIM-kartlar tətbiq olunacaq
-
“Yaponiya sənayesi nafta təchizatında fasilələr riski ilə üzləşir“ - Nikkei
-
“Dizə kimi palçığın içində evə gedirik“ - Problem niyə həll olunmur? (VİDEO)
-
Tramp İranın Xarq adasını ələ keçirmək əməliyyatını dəstəkləməkdən imtina edib - “The Wall Street Journal“
-
Elektromobil sahiblərinin nəzərinə: Çin istehsalı olan maşınlar daha çox risk altındadır
-
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
-
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa - Rəsmi
-
16 kq marixuana və 3500 metamadon həbi ilə yaxalandı - Əməliyyat
-
Qərb keçmiş Sovet respublikalarının Rusiya ilə münasibətlərini kəsməyə çalışır - Sergey Lavrov
-
“ABŞ-ın yeni təkliflərinə hələ cavab verilməyib“ - İran Ali Milli Təhlükəsizlik Şurası
-
“Leobank“dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...
-
Bakıda evlərdən 20 minlik silsilə oğurluq - Saxlanılan var
-
Fransız hərbçi öldürüldü - Makron “Hizbullah”ı günahlandırdı
-
Xırdalanda qətl hadisəsi - 27 yaşlı gənc saxlanıldı
-
Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? - ARAŞDIRMA
-
Qızıl biznesinə görə 33 minini aldı - Məhkəmədə qaytardı
-
“İran donanması döyüşə hazırdır“ - Müctəba Xamenei
-
Sumqayıtda qanunsuz tikinti evlərə ziyan vurdu - “Fərəcov da bizə kömək etmir...“
-
Bank borcunu ödəməyənlərlə bağlı YENİ QAYDA
-
Yer kürəsində maqnit fırtınası başlayıb - XƏBƏRDARLIQ
-
“Hörmüz boğazını keçməyə çalışan iki ticarət gəmisi atəşə tutulub“ - “Reuters”
-
Tahir Qədəşovun istirahət mərkəzi hərraca çıxarıla bilər - İş adamı üçün çəmbər daralır
-
Mehriban Əliyeva Antalyada paneldə iştirak etdi - FOTOLAR
-
Abdin Fərzəliyev jurnal satan şirkətdən ət alır - 96 000 manatlıq
-
Dünya çempionatının biletləri niyə bahadır? - Canni İnfantino
-
İranla bir-iki gün ərzində razılaşma gözləyirəm - Tramp
-
25 dərəcə isti olacaq - Sabahın havası
-
Bazarda kilosu 75-80 manata satılan təhlükə - FOTOLAR
-
Kartla ödəniş edənlərə pis xəbər - VİDEO
-
“ABŞ blokadası davam edənə qədər Hörmüz bağlı qalacaq” - SEPAH
-
Maskdan unikal təklif - Əhaliyə pul paylayın…
-
“Qərb bizi Rusiyaya qarşı qaldırır” - Lukaşenko
-
İlham Əliyevdən Türkiyə səfəri ilə bağlı - Paylaşım
-
ABŞ hökumətinə məxsus təyyarə uzun illər sonra Kubaya endi - Detallar
-
Güclü külək, yağış, sel gəlir - Nazirlik əhaliyə xəbərdarlıq etdi
-
Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında mühüm bağlantı olacaq - Elçin Əmirbəyov
-
ABŞ İranın blokadasını keçməyə çalışan 21 gəmini geri qaytarıb - CENTCOM
-
General Məmmədov vəzifədən azad edildi - Əmr imzalanıb
-
Paytaxtda qorxulu vəziyyət: Bu evlər hər an dağıla bilər (VİDEO)
-
“Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır” - Ukrayna XİN
-
Bakıda təhlükə saçan yol: Sürücülər nə istəyir? (VİDEO)
-
“Azeri Light”ın qiyməti düşdü - Qara qızıl 104 dollara satılır
-
Tahir Qədəşovun istirahət mərkəzi hərraca çıxarıla bilər - İş adamı üçün çəmbər daralır
-
Gürcüstanda etiraz aksiyası - Soydaşlarımız maaşlarını ala bilmirlər
-
Azərbaycan və Aİ yeni ikitərəfli sazişi müzakirə etdi - Fotolar
-
Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər - TRAMP
-
Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər - FOTO
-
Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO
-
“Vaşinqton və Ankara sanksiyalar məsələsini tezliklə həll edəcək“ - Barrak
-
Birinci xanımlar Antalya Forumunda - FOTO
-
“Neftçi”dən üzr istəyirəm” - Rəşad Sadıqov
-
Prezident İlham Əliyev Ərdoğanla görüşdü - Antalyada (FOTO)
-
“İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb“ - Tramp
-
“Azərbaycan və Ermənistan sülh sazişinin imzalanması və ratifikasiyası üzərində işləyir“ - Rəsmi İrəvan
-
Bəzi silahlar Avropaya gec çatdırılacaq - İrana görə...
-
İnsanlar ən çox hansı banklara əmanət yerləşdirirlər? - Tam siyahı
-
ABŞ İsrailin Livanı bombalamasını qadağan etdi - “Bəsdirin daha!”
-
“Cənubi Qafqazda yeni status-kvo formalaşdırmışıq” - Hikmət Hacıyev
-
Son 1 həftədə təbiətə 133 mindən çox ziyan vuruldu - RƏSMİ
-
“Türk Dövlətləri Təşkilatını gücləndiririk“ - Türkiyə Prezidenti
-
ABŞ İranla bağlı həmin sazişi nəzərdən keçirir - “Axios”
-
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
Bəzi yerlərdə yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
“Hazırda baş verən proseslər bölgənin gələcəyini riskə atır“ - Hakan Fidan
-
“ABŞ Baydenin dövründə dünyanın gülüş hədəfi idi“ - Tramp
-
Əli Əsədovun biznes və tikinti imperiyası - Nələr yoxmuş ki? (FOTOLAR/SİYAHI)
-
Sabahdan külək güclənəcək - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Üç qardaş ölkənin rəhbərləri Antalyada bir araya gəldilər - FOTOLAR
-
“Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaradıb” – Prezidentin köməkçisi
-
Prezident Şahbaz Şəriflə görüşdü - Antalya (FOTO)
-
Bakıda kişi arvadını öldürərək evi yandırıb, sonra intihar edib - BİRGƏ MƏLUMAT
-
Nərə balığını Rusiyadan 2 manata, Yaponiyadan 57 manata alırıq - QİYMƏTLƏR
-
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib
-
Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin nümayəndələri ilə görüşdü - Fotolar
-
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb - RƏSMİ
-
“Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək“ - Çavuşoğlu
-
Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər - Hikmət Hacıyev
-
Türk məşqçi tarixə keçdi - Qələbəni Ukrayna xalqına həsr etdi
-
Zakir Həsənov hərbi hissələrdə görülən işlərlə tanış oldu - FOTOLAR
-
Bakıda məşhur aktyorun elmlər doktoru olan qardaşı qızı mənzilində ölü tapıldı - VİDEO
TOP 10
ARXİV






