Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər“ - “Bloomberg“

Tarix 29.04.26, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


Şimali Koreyanın nüvə potensialı ABŞ-nin raketlərdən müdafiə sisteminə ciddi şəkildə təzyiq göstərə bilmək səviyyəsinə yüksəlib.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukraina" "Bloomberg" agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya təxminən 50 nüvə başlığına malikdir və hər il daha 20-si üçün material istehsal edə bilər, bu da ölkə arsenalının artımını əhəmiyyətli dərəcədə sürətləndirir.

Alyaska və Kaliforniyada yerləşdirilmiş ABŞ-nin GMD raket hücumundan müdafiə sisteminə hazırda 44 tutucu raket daxildir və onların sayını daha 20 ədəd artırmaq imkanı var. Bununla belə, bir hədəfin tutulması üçün azı iki raketin buraxılması tələb olunur.

Analitiklər hesab edirlər ki, Şimali Koreyaya məxsus 20-yə yaxın qitələrarası ballistik raketin kütləvi şəkildə buraxılması ABŞ-nin tutma sisteminin imkanlarını tükəndirməyə qadirdir.

"Bloomberg" qeyd edir ki, ABŞ-nin Yaxın Şərqdəki müharibəsi və İranın nüvə silahına malik olmasının qarşısını almaq cəhdləri fonunda Vaşinqtonun Kim Çen İnin nüvə proqramını cilovlamaq strategiyasının səmərəsiz olduğunu göstərən əlamətlər getdikcə artmaqdadır.



Xəbərin oxunma sayı : 532




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap