Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Gömrükdə yeni qayda: FİN ləğv edilir, “ASAN İmza“ gəlir - Nə dəyişəcək?

Tarix 29.04.26, 20:19

Font ölçüsü : - / +
bitmap-img6


2026-cı il iyunun 1-dən etibarən xaricdən sifariş edilən bağlamaların gömrük bəyan edilməsi qaydalarında ciddi dəyişikliklər qüvvəyə minir. Yeni qaydalara əsasən, "Smart Customs” mobil tətbiqi və e.customs.gov.az portalında artıq şəxsiyyət vəsiqəsinin FİN kodu və şifrə (parol) ilə bəyannamə yazmaq mümkün olmayacaq. 

Beləliklə, FİN və parol sistemi ləğv edilir. Elektron ticarət bəyannamələri bundan sonra yalnız gücləndirilmiş elektron imza vasitələri - "ASAN İmza" və ya SİMA rəqəmsal imza ilə həyata keçiriləcək. 

Qərar bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu dəyişikliyin onlayn ticarəti məhdudlaşdıracağı ilə bağlı narahatlıqlar da səslənir.

İqtisadçı Natiq Cəfərli isə məsələni Qaynarinfo-ya şərh edərək bildirib ki, dəyişiklik daha çox nəzarət sisteminin gücləndirilməsinə xidmət edir:

"Artıq insanlar bu sistemə öyrəşib. Fərq ondadır ki, nəzarət mexanizmi daha sistemli formaya keçir. "ASAN İmza" və SİMA üzərindən bu proses daha rahat idarə oluna bilər".

Onun sözlərinə görə, yeni qaydalar elektron ticarətin sürətinə müəyyən təsir göstərə bilər:

"İnsanların yeni platformalara uyğunlaşması vaxt alacaq. Amma əsas məsələ odur ki, sifariş prosesi dayanmasın. Elektron ticarət artıq vətəndaşın gündəlik həyatına çevrilib".



Xəbərin oxunma sayı : 418




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap