Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Apellyasiya Komissiyası 1394 şagirdin yazı işi ilə bağlı düzəliş edib - DİM

Tarix 22.05.26, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


9 mart və 15 mart 2026-cı il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 7487 şagird 19895 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

DİM-dən verilən xəbərə görə, edilən bütün müraciətlər araşdırılıb, haqlı iradlar nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.

Bildirilib ki, müraciətlərin 186-sı boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 356-sı isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən tam bal ilə qiymətləndirilib) olub.

Qeyd edilib ki, tam ballıq işlərə aid müraciətlər də araşdırılmış və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.

“Şagirdlərin nəzərinə çatdırırıq ki, elektron apellyasiya ərizələrinə daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, apellyasiya prosesinin başa çatması ilə bağlı şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə “sms” məlumat göndərilib.

Apellyasiya Komissiyası tərəfindən 1394 şagirdin 1690 (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,06%-i) yazı işi ilə bağlı düzəliş edilib və bu düzəlişlərdən 508-i yerdəyişmə halları ilə (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır. Müvafiq düzəlişlər 25-26 may 2026-cı il tarixlərində şagirdlərin şəxsi kabinetlərində yekun ballarında öz əksini tapacaq.

Qeyd edək ki, 9 mart 2026 və 15 mart 2026-cı il tarixlərində keçirilmiş imtahanlarda ümumilikdə 115000-dən çox şagird iştirak edib və bu şagirdlər 2,7 milyondan çox yazı işi yerinə yetiriblər”, - məlumatda deyilir.



Xəbərin oxunma sayı : 373




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap