Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Böhran dövründə milyardlarla dollarlıq mənfəət: Neftin gizli marşrutu

Tarix 22.05.26, 16:11

Font ölçüsü : - / +
bitmap-img6


Hürmüz boğazında tətbiq olunan blokada və bölgədə davam edən müharibələr neft ixracını ciddi şəkildə çətinləşdirib. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı şərqdəki neft yataqlarını ölkənin qərbindəki Qırmızı dəniz sahilləri ilə birləşdirən boru kəməri sayəsində ixracı davam etdirə bilib. 

Valyuta.az xəbər verir ki, "Saudi Aramco" neft şirkətinin 2026-cı ilin ilk rübündə 33,6 milyard dollar gəlir əldə etdiyi və mənfəətini 26 faiz artırdığı açıqlanıb. Bölgədəki digər ölkələr də təhlükəsizlik səbəbilə dəniz daşımaları əvəzinə quru və boru kəməri marşrutlarına üstünlük verirlər.

Səudiyyə Ərəbistanında enerji resurslarını idarə edən "Aramco” şirkəti 2026-cı ilin ilk rübünə dair maliyyə nəticələrini açıqlayıb. Bildirilib ki, şirkətin gəliri 33,6 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 26 faiz artım deməkdir.

Hürmüz boğazında blokada davam etdiyi halda Səudiyyə Ərəbistanı bu qədər böyük neft ixracını necə həyata keçirə bildi?

Bu sualın cavabı 1980-ci illərdə baş verən İran–İraq müharibəsi dövrünə gedib çıxır. Həmin vaxt tərəflər arasında "tankerlər müharibəsi” yaşanmış, Hürmüz boğazı gəmi hərəkəti üçün yüksək risk zonasına çevrilmişdi. Səudiyyə Ərəbistanı da bu dövrdə ixrac üçün alternativ marşrut formalaşdırmışdı. Ölkənin şərqindən qərbinə uzanan neft boru kəməri məhz bu məqsədlə inşa olunub.

Son dövrlərdə ABŞ, İsrail və İran arasında artan gərginlik fonunda Ər-Riyad bu layihəyə yenidən diqqəti artırıb. Boru kəmərinin gündəlik ötürmə gücü 5 milyon bareldən 7 milyon barelə yüksəldilib. Səudiyyə Ərəbistanının xəritəsinə baxıldıqda neft yataqlarının əsas hissəsinin ölkənin şərqində, Oman körfəzi sahillərində yerləşdiyi görünür.

Bu bölgələrdən çıxarılan neft boru kəməri vasitəsilə ölkənin qərbindəki Qırmızı dəniz sahillərinə çatdırılır. Daha sonra isə tankerlerle əsasən Çin olmaqla Asiya ölkələrinə və Avropaya göndərilir.

Təkcə Səudiyyə Ərəbistanı deyil, regionun digər mühüm neft ixracatçıları olan Birləşmiş Ərəb Əmirlikləri və İran da daha təhlükəsiz hesab etdikləri quru və boru kəməri marşrutlarına üstünlük verirlər. Mütəxəssislərin fikrincə, Hürmüz boğazındakı risklər davam etdikcə alternativ enerji dəhlizlərinin əhəmiyyəti daha da artacaq.



Xəbərin oxunma sayı : 388




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap