“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı

Tarix 26.08.26, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sevgi münasibətində olduğu qadına qarşı dələduzluq etmiş şəxs cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo” xəbər verir ki, paytaxtın mərkəzində “makler”lik və evlərin təmiri fəaliyyəti ilə məşğul olan 1986-cı il təvəllüdlü R.Həsənova (şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Məlum olub ki, R.Həsənov 2023-cü ildə ev almaq və təmir etmək adı ilə sevgi münasibətində olduğu Gülbahar (şərti) adlı qadından hissə-hissə olmaqla 235 min manat alıb. O, Nərimanov rayonunda “MetroPark” ticarət mərkəzinin qarşısındakı yeni tikilmiş binadan mənzil göstərərək qadının etibarını qazanıb. Bundan sonra pulları Gülbahardan və onun anasından alan şəxs Azərbaycanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə gedib.

R.Həsənovun qaçdığını görən qadın onun barəsində polisə şikayət edib və cinayət işi açılıb. Bu il isə R.Həsənov tutularaq istintaqa cəlb edilib, onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə şikayətçi qadın qarşı tərəfin vurduğu zərəri tam ödədiyini bildirərək ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmə R.Həsənova 6 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Lakin cəza 2 il sınaq müddəti verilməklə şərti hesab edilib. Onun barəsindəki ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.



Xəbərin oxunma sayı : 871




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap