“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı

Tarix 05.11.26, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Şirvan Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kəsirə Cəfərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü maddəsindən CM-in 126.3-cü maddəsinə tövsif edilib. Kəsirə Cəfərovanın təqsirli bilindiyi CM-in 126.3-cü maddəsi ilə ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

İttihama görə, hadisə 2025-ci il noyabrın 30-da Cəlilabad rayonunun Günəşli kəndində qeydə alınıb.

Belə ki, Kəsirə Cəfərova fərdi yaşayış evində gündəlik məişət işləri ilə məşğul olub. Bu zaman mətbəxin yaxınlığındakı otaqda üç azyaşlı uşağının səs-küy saldığını eşidərək həmin otağa keçib.

Otaqda əri, zərərçəkmiş Vüsal Cəfərov və uşaqları döşəməyə sərilmiş süfrə arxasında səhər yeməyi yeyirmişlər. Təqsirləndirilən şəxs uşaqların nadinclik etdiyini, lakin həyat yoldaşının buna laqeyd yanaşdığını görərək ona irad bildirib.

Qadının məhkəmədə ifadəsində görə, bütün ev işlərinin, uşaqların tərbiyəsinin və qayğısının yalnız öz üzərində qalması, üstəlik fiziki qüsurlu olan iki övladının müalicəsi ilə təkbaşına məşğul olması uzun müddətdir ailədə gərginlik yaradıb.

Kəsirə Cəfərova ərinin ailəyə maddi dəstək vermədiyini, mütəmadi spirtli içki qəbul etdiyini, evə sərxoş qayıdaraq onunla mübahisə etdiyini və zorakılıq göstərdiyini bildirib. Hadisə günü də uşaqların dərmanlarının alınması üçün pul lazım olduğunu desə də, həyat yoldaşı buna etinasız yanaşıb və "bu ay heç nə görməyəcəksən", "get nə bilirsən elə" ifadələrini işlədib.

Məhkəmənin hökmündə qeyd olunub ki, həmin sözlər və uzun müddət davam edən ailədaxili gərginlik nəticəsində təqsirləndirilən şəxs kəskin psixi-emosional gərginlik keçirib. O, əvvəlcə özünə xəsarət yetirmək məqsədilə süfrənin üzərində olan mətbəx bıçağını götürərək özünü öldürəcəyini bildirib.

İstintaqın qənaətinə görə, həmin an ayağa qalxaraq onun üzərinə gələn ərinin özünə hücum edəcəyini düşünən qadın əlindəki bıçaqla ona bir dəfə sinə nahiyəsindən zərbə endirib. Zərbə nəticəsində döş boşluğuna keçən, ürək kisəsini, ürəyi və diafraqmanı zədələyən ağır deşilmiş-kəsilmiş yara əmələ gəlib. Yaradan yaranan güclü daxili qanaxma nəticəsində zərərçəkmiş həyatını itirib.

Məhkəmə iclasında Kəsirə Cəfərova elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kəsirə Cəfərova 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən narazı qalan həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş şəxsin hüquqi varisi, mərhumun anası apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin gəlini barəsində olan hökmünün dəyişdirilməsini, onun əməlinin CM-in 124.1-ci maddəsinə tövsif edilməsini və Kəsirə Cəfərovanın həbsdən azad olunmasını xahiş edib.



Xəbərin oxunma sayı : 382




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap