“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Nuru Paşa ilə bağlı maraqlı fakt: Bakıda məscidə çağırırlar ki... (VİDEO)

Tarix 28.05.21, 15:59

Font ölçüsü : - / +
bitmap-img6


1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı.

Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadir olduğunu sübut etdi. 1918-ci ilin sentyabrın 15-də Bakı rus, ingilis və ermənilərdən azad ediləndən sonra şəhərdə dini icmada və əhalidə belə bir sual yaranmışdı. Osmanlı ordusunun sünni paşası Bakının şiə əhlinə və şiə dini icmasına hansı münasibəti göstərəcək?

Dosent Zaur Əliyev bununla bağlı maraqlı bir hadisəni danışır: "O zaman Bakıda bu qorxunu aradan qaldırmaq üçün Axund Ağa Əlizadə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı sentyabrın 16-da Təzəpir məscidinə dəvət edir. Nuru Paşanın şiə camiyəsinə münasibətini bilmək üçün onun çıxış edəcəyi minbərə şiəliyin rəmzi olan iki qara ələm sancırlar. Əgər Nuru Paşa bu ələmlərin ordan götürülməsini əmr etsəydi, deməli şiələrə münasibətdə Osmanlı paşasının mövqeyi bəlli olacaqdı. Məscidə gələn Nuru Paşa Qafqazın şeyxi Ağa Əlizadənin müşayiəti ilə minbərə çıxır. Cəmi üç pillə qalxır. Nuru paşa dayanaraq ələmlərdən birindən yapışaraq təmkinlə nitqini söyləyir. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı. Paşanın şiə camiyəsinə olan bu addımından sonra Axund Ağa Əlizadə üzünü dini xadimlərə tutaraq deyir: "Allah-Təala müsəlmanları kafirlərdən xilas etmək üçün Osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərib”.

Bundan sonra Azərbaycan Cümhuriyyətində Qazilər şurası yaradılır və onun təsiri dövlətin idarəçiliyində mühüm rol oynayır... (publika.az)








Xəbərin oxunma sayı : 559




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap