![]() |
|














Prezident Gəncə Memorial Kompleksinin açılışında - Fotolar
Tarix 27.09.25, 15:26 |
|

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.
AzFakt.com xəbər verir ki, əvvəlcə dövlət başçısı memorial lövhənin qarşısına əklil qoyub.
Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verib.
Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər.
Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.
Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.
Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.
Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.
Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.
Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.
Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.
Sonra Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.
***
Bu memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır.
Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevrə konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri vurub, qisasını döyüş meydanında alıb.
Gəncə Memorial Kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli tarixi isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.
Allah şəhidlərimizə rəhmət eləsin!


























Xəbərin oxunma sayı : 277
Sosial
Xəbərlər
-
Fransa parlamentinin Gürcüstanla bağlı qətnaməsi reallığı əks etdirmir - Kobaxidze
-
Xaçmazda mal-qara arasında dabaq xəstəliyi yayılıb - Açıqlama
-
Pomidor və xiyar bahalaşır - Səbəb nədir?
-
ABŞ Əfqanıstanı yenə hədəfə alır - Çin narahatdır
-
Vəhdət Partiyası Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirdi - FOTO
-
Qalmaqallı FHN polkovniki vaxtından əvvəl azadlıq istəyir - Məhkəmə yox dedi
-
“İsrail 100 mlrd. dollar təzminat ödəməlidir“ - Ərdoğan
-
Beyləqanda ehsan süfrəsi açıldı - FOTOLAR
-
Prezidentin əlindən tutduğu Nilay kimdir? - FOTOLAR
-
“Bu xüsusiyyətimdən şikayət edirlər“ - Gülüstan Əliyeva
-
“Məktəblərdə qanun pozuntuları o vaxta qədər davam edəcək..“ - Emin Əmrullayev
-
Prezident Gəncə Memorial Kompleksinin açılışında - Fotolar
-
Trampın 21 maddəlik Qəzza planı ortaya çıxdı - Nələr var?
-
Mais Bərxudarov uzun müddət sonra... - FOTO
-
Prezident Gəncə şəhər stadionunun açılışında - Fotolar
-
Qarabağ sonsuza qədər Azərbaycandır - Ərdoğan
-
Yağışdan sonra bəzi əraziləri su basıb - VİDEO
-
Xırdalan 2 saylı məktəbdə “açıq bazar” - Səs yazısı yayıldı
-
Bazar gününün hava proqnozu: Bakıda külək, dağlarda qar...
-
Prezident “BakuBus”ın Gəncə Avtoparkının açılışında - Fotolar
-
İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib - Açıqlama
-
DTX Anım Günü ilə bağlı paylaşım edib - VİDEO
-
Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: “Elə burda ailə quracam“
-
Prezident Yevlaxda açılışda iştirak edib - FOTOLAR
-
Şəhidlərin xatirəsi üçün bir dəqiqəlik sükut - FOTOLAR
-
Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət etdi - FOTO
-
Törətdiyi əməllə 1 hektar əkin sahəsi yandı - FOTO
-
“Məktəblərdəki valideyn komitələri buraxılmalıdır“ - VİDEO
-
Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri başa çatıb
-
Bu yolda sürət həddi endirildi - Yağışlı havaya görə…
-
Yağış yağır, güclü külək əsir - FAKTİKİ HAVA
-
Rəsmilər Zəfər abidəsini ziyarət edir - FOTOLAR
-
Əvvəl göl, indi göydələn? - Yasamalda qalmaqallı tikinti faciə ilə nəticələnə bilər
-
Müdafiə Nazirliyi Anım Günü ilə bağlı video-çarx paylaşdı - Real kadrlar
-
Ürək əməliyyatı keçirmiş kişi öldürüldü - Kürəkəni saxlanıldı
-
Azərbaycana mavi pendir satan ölkələr - Qiymətlər
-
Paytaxtın bu ərazilərində evlər ucuzlaşır - VİDEO
-
Ölkəmizin şanlı tarixi - Vətən Müharibəsi
-
Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi günüdür
-
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi - FOTO
-
Prezidentdən Anım Günü ilə bağlı paylaşım - Video +Foto
-
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 5 il ötür
-
Vüsalə aktrisalığa başlayır - məşhur serialda oynayacaq
-
Kim nə qədər səs toplayıb? - “Qızıl top“un nəticələri
-
“Bağçanın müdiri və yoldaşı uşaqların ərzağını mağazaya qoyub satırlar“ - VİDEO
-
“AAAF Park“da binanın zirzəmisində “moyka“ açılması ehtimalı sakinləri qəzəbləndirib - VİDEO
-
İcarəyə moped götürən şəxs şirkətin ondan artıq pul tələb etdiyini iddia edir - VİDEO
-
Təhsil İnstitutu da İsrail şirkətinə 1 milyona yaxın pul verəcək - Təhsilimizə xeyri olacaqmı?
-
Çağırışçıların nəzərinə: Oktyabr çağırışı üzrə xidmət yerləri açıqlandı
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
-
FHN Şabranda restoranın fəaliyyətini dayandırdı - VİDEO
-
Bazarlara vergi nəzarəti gücləndirilir - VİDEO
-
“Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçir” - KİV
-
“Müharibəni udmuşuq, indi isə sülhü udmaq istəyirik“ - Şahbaz Şərif
-
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir
-
“Oliqarx Baku“ restoranında müştəriləri belə aldadırlar: Saxta içkilər aşkarlandı
-
Azərbaycanlı tiktokerin açıq-saçıq gəlinliyi müzakirələr yaratdı - VİDEO
-
“Rusiya casus gəmisi Avropa sularında kəşfiyyat aparır“ - KİV
-
“Master-D“ MMC-də yoxlama: 31 min manat cərimə
-
Artıq maaşlar, nasaz avadanlıqlar - Dövlət qurumunda nöqsanlar aşkarlandı
-
İmişlidə toyda zəhərlənənlərin sayı artdı - Vəziyyəti ağır olanlar var
-
Putin və Lukaşenko görüşdü - 5 saat danışıblar
-
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə
-
Özünə peyğəmbər deyərək 4 il gizlənmişdi - Məhkəməsi başlayır
-
Bakıda gecə klubunda dava - 16 yaşlı qız sevgilisini bıçaqladı
-
Macarıstan dronları Ukrayna hava məkanını pozdu - Zelenski zəbərdarlıq etdi
-
Uşaq Evindəki qalmaqalla tanınan Məhəmməd həbs edildi - 10 il
-
Rəsmi İrəvanın işğalçı siyasəti müharibəni qaçılmaz etdi
-
Generaldan haqqındakı iddiaya əsəbi reaksiya: “Siz kimsiniz ki, məni yığmısınız?“
-
“ABŞ və Azərbaycan üçün həqiqətən də tarixi andır“ - Müvəqqəti işlər vəkili
-
Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Şuşada yeni binalar tikiləcək - 31 milyon manat ayrıldı
-
Bakıda ev yandı - 1 nəfər tüstüdən zəhərləndi
-
Zelenski müharibə bitdikdən sonra vəzifədən gedəcək? - Özü açıqladı
-
“Aqrar Xidmətlər Agentliyi dövlət vəsaitini səmərəsiz xərcləyib“ - Palata
-
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
-
Dövlət Su Ehtiyatları Agentliyində yoxlama: nələr ortaya çıxarıldı? - FAKTLAR
-
Prezident ABŞ-də keçirdiyi görüşlərlə bağlı paylaşım edib - VİDEO
-
Vəhdət Partiyasının 27 Sentyabr - Anım Günü ilə əlaqədar BƏYANATI
-
Bu halda vətəndaşdan lizinq ödənişi tələb edilə bilməz - Qərar
-
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
-
Azərbaycanda neçə uşaq xarici vətəndaşa övladlığa verilib? - RƏSMİ CAVAB
-
Qanunsuz balıq ovu edən bir qrup şəxs saxlanıldı - Fotolar
-
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək - Sabahın havası
-
Adnan Əhmədzadə yarım milyonluq cərimə edilibmiş - İsveçrədə
-
İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım etdi - VİDEO
-
Muzdlu işlə bağlı vahid bəyannamə belə veriləcək - Vergi Xidməti açıqlama yaydı
-
“Kolorit” restoranında heyvanlar qanunsuz saxlanılırmış - Fotolar
-
Vüsal Aslanova yeni müşavir təyin edildi - Fuad Rəfiyev 5-ci oldu
-
Beyləqanda Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası - Fotolar
-
Sabiq icra başçısı ifadə verdi:“Onun səsini şəxsən mən yazmışdım“ (VİDEO)
-
Mehdiabadda sabiq Bələdiyyə sədri 300 minlik torpaq sahəsini necə mənimsəyib? - FOTO
-
Yeni metro stansiyaları harada tikiləcək? - Siyahıda Zığ, Qaraçuxur və Bayıl da var
-
“Rusiya iqtisadiyyatı cəhənnəmə yuvarlanır“ - Tramp
-
Gəlin maşınının qarşısını kəsib nərd oynadılar - Bəyin 4 dostu həbs edildi
-
“Azərsun Holdinq” tərkibində qadağan olunmuş ət yapışqanı aşkarlanan məhsulları satır? - FOTOLAR
-
Neft 63 dollardək ucuzlaşacaq, qaz bazarında dalğalanma olacaq - “The Economist“
-
“İlham Əliyev əsl dostdur, bunu hər kəs haqda demək asan deyil” - Aleksandar Vuçiç
-
Bakıdan maşın almaq istəyən Rusiyada yaşayan azərbaycanlını belə aldatdılar - VİDEO
-
Gəncədə arvadından şübhələnən kişi onu izlətdi: “Qonşunun oğlu ilə gəzirsən“
-
“Hindistan Rusiya neftindən imtina etməsi üçün şərtini açıqlayıb“ - “Bloomberg“
-
Bədən şəkilləndirmədən sonra bədəni çürüyür - “Əslində həkim yox, aşpaz imiş“ - VİDEO
-
Prezidentdən Xəzərlə bağlı mühüm mesaj - “Vəziyyət pisdir”
-
“Biz həm müharibədə, həm də sülhdə qələbə qazandıq“ - Azərbaycan Prezidenti
-
Manvel Qriqoryanın etirafları məhkəmədə... - Fotolar
-
Azərbaycanda atalıq məzuniyyətinə nə qədər pul ödəniləcək? - VİDEO
-
E-Polis mobil tətbiqində yenilik - VİDEO
-
“Münaqişənin dondurulmasına çalışdılar” - İlham Əliyev
-
Hibrid avtomobillər Azərbaycana neçəyə gətirilir? - Tam saiyahı
-
“Türkiyə ABŞ-dən “F-16“ və “F-35“ qırıcıları almaq istəyir“ - “İstədiyini alacaq...“
-
Prezident BMT-dən dünyaya səsləndi - VİDEO
-
Mesajlar tərcümə ediləcək − “WhatsApp”dan yenilik
-
Ebru Gündeş boşanmaq qərarına gəlib - Dördüncü dəfə
-
Ağsu RİH-də 14 minlik cari təmir - İşləri həyata keçirən şirkət kimindir?
-
Bakıda gecə klubunda soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
-
Əli Həsənovun kürəkəni Avropanı “satın alır“ - Yaxta şirkəti,klinika, pansionat, otellər...
-
“Xahiş edirəm, azadlığa buraxın, evlənək...” - 8 il həbs verildi
-
“HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar“ - Mahmud Abbas
-
Prezident İlham Əliyev BMT Baş katibi ilə görüşüb - FOTOLAR
TOP 10
ARXİV