| |
|
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Rusiyanın təcavüzü: Regional xaosdan qlobal fəlakətə doğru
Tarix 10.06.22, 18:42 |
|
Rusiyanın Ukraynaya xain təcavüzü onsuz da təlatümlü olan qlobal təhlükəsizlik sistemini ciddi şəkildə sarsıdıb. İndi ekspertlər dünya geosiyasətinin halını qeyri-müəyyənlik və risklərin yüksək səviyyədə olduğu "superturbulent vəziyyət” adlandırırlar.
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Qərb ölkələri kollektiv şəkildə 21-ci əsrdə beynəlxalq hüquqa və fundamental bəşəri dəyərlərə məhəl qoyulmamasına birmənalı reaksiya və qiymət veriblər. Hətta Kremlin Belarusdan başqa Rusiya və Putinin ümid bağladığı yeganə müttəfiqi Çin də neytrallıq siyasətinə əməl etməyə başladı. Bu, Səma İmperiyasının siyasət ənənələri kontekstində tamamilə başa düşüləndir. Bunu onunla izah etmək olar ki, bugünkü iqtisadi cəhətdən güclü Çin Qərb və ABŞ-ın təkan verdiyi qlobalizm və sənaye dalğası üzərində formalaşıb. Ticarət dövriyyəsinin, iqtisadi əlaqələrin, texnoloji tərəqqinin əhəmiyyətli hissəsi Rusiya ilə deyil, məhz Qərb və ABŞ-la ilə bağlıdır. Rəsmi Pekin bunu yaxşı başa düşür.
Diqqət yetirilməli vacib bir detal ondan ibarətdir ki, Çin lideri Si Tszinpin hakimiyyətinin son illərində ölkə üçün baha başa gələn bir sıra siyasi səhvlərə yol verib. Xüsusilə, pandemiya və karantin zamanı məhz onun qərarı ilə ölkənin xarici aləmdən tamamilə bağlanması ağır iqtisadi itkilər və Çin biznesinin işgüzar fəallığının azalması ilə nəticələndi. Həm də Rusiyanın Ukraynaya təcavüzünün ilkin mərhələsində Çinin beynəlxalq platformalarda Rusiyaya dəstək verməsi və "veto” qoyması bütün mütərəqqi dünya ilə beynəlxalq və iqtisadi əlaqələr sistemində kəskinləşməyə səbəb oldu. Bunun kontekstində çox güman ki, Si Tzsinpin qarşıdan gələn seçkilərdə Çinin siyasi arenasında lider yerini itirə bilər.
Ukraynanın vəhşicəsinə işğalı nəticəsində dünya ictimaiyyəti Rusiyanın rəzil, təcavüzkar və qeyri-insani siyasətinin mahiyyətinə getdikcə daha çox əmin olur. Təcavüz rus imperializminin və vəhşi rus dünyasının əsl simasını üzə çıxartdı. Artıq bütün dünya əmindir ki, yenilməz rus ordusu və onun diplomatiyası haqqında rəvayətlər sadəcə mifdir. Şücaətdən, şərəfdən və müharibə postulatlarından uzaq olan rus əsgər və zabitləri artıq dinc əhali arasında vəhşiliklər törədən, öldürən, zorlayan və talan edən qüvvə kimi tanınır. Rusiya qoşunlarının yaratdığı qeyri-insani dəhşətlər bütün dünyanı ayağa qaldırdı və Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasından çıxarılmasına səbəb oldu. Bu kontekstdə Rusiyanın hətta BMT Təhlükəsizlik Şurasından çıxarılması ilə bağlı ciddi müzakirələr gedir.
Müharibənin dinamikası və xarakteri baxımından Rusiyanın BMT Təhlükəsizlik Şurasına üzvlüyündə qalması da doğru deyil. Fakt budur ki, sivil dünyanın gözü qarşısında milyonlarla insanın həyatı, Avrasiyanın təhlükəsizlik sistemi məhv edilir, Ukraynanın şəhərləri, qəsəbələri, kəndləri, infrastrukturu vəhşicəsinə dağıdılır. Ukrayna liderləri artıq 600 milyard dollar dəyərində ziyandan danışırlar və bu proses davam edir. Siyasətçilərin və hərbi ekspertlərin proqnozlaşdırdığı kimi, müharibə 2022-ci ilin sonuna qədər davam edə bilər, Ukraynanın maliyyə naziri Serhi Marçenkonun sözlərinə görə isə Ukrayna iqtisadiyyatı buna tab gətirə bilməyəcək.
Rusiyanın özündə vəziyyət daha da pisdir: büdcə və vətəndaşlar sadəcə olaraq hər gün yoxsullaşır, iqtisadiyyat sürətlə tənəzzülə uğrayır, həyat səviyyəsi aşağı düşür. Bu proseslər bütün dünya iqtisadiyyatına mənfi təsir göstərir. Üstəlik, artıq bu gün Avropa İttifaqı ölkələri arasında Rusiyanın təcavüzünə qarşı kollektiv qarşıdurma məsələsində fikir ayrılıqları yaranıb. Fransa müharibənin ilk günlərindən özünü qeyri-müəyyən apararaq, münaqişənin dondurulmasını təklif edərək, "Putini xilas etmək”də maraqlı olub. Almaniya hökuməti isə sadəcə olaraq ikili oyun aparır, Kremlin siyasəti ilə oynayır. Almaniyanın ağır hücum silahlarının tədarükü ilə bağlı vədləri bu günə qədər həyata keçirilməyib. Əgər Almaniya vəd etdiyi kimi, vaxtında silah tədarük etsəydi, Ukrayna qoşunları artıq hərbi əməliyyatların gedişatını kökündən dəyişmiş olardı.
Göründüyü kimi, bir çox geosiyasi səbəbdən Almaniya və Fransa Ukraynanın qələbəsində tam maraqlı deyil. Əsas səbəblərdən biri Rusiya üzərində qələbədən sonra Avropa nizamında yeni vəziyyətin yaranması qorxudur. Yeni nizamı qalib ölkə və onun müttəfiqləri, yəni İngiltərə, ABŞ, Polşa və Baltikyanı ölkələr diktə edəcək.
İndi Ukraynanın qələbəsi məsələsinə mane olan ölkələrə Putinin uzaq dostu və müttəfiqi Macarıstanın baş naziri V.Orban və İtaliyanın baş naziri qoşulub.
Bu kontekstdə Böyük Britaniyanın baş naziri Boris Conson yeni əməkdaşlıq platforması, yəni İngiltərə, ABŞ, Polşa və Ukraynanın birliyini yaratmaq təşəbbüsü ilə çıxış edib. Qeyd edək ki, Ukraynanın Rusiya üzərində qələbəsi halında Avropa məkanında yeni balans gücü mərkəzi yaranacaq. Təbii ki, bu proseslərin fonunda biz regional və qlobal geosiyasət dinamikasına yenidən nəzər salmalı olacağıq.
Rusiyanın suveren Ukraynaya təcavüzünün təzyiqi altında dünya geosiyasəti necə transformasiya olunur?
Geosiyasət baxımından, bu aqressiya, demokratik dünyaya meydan oxumaqdır. Biz əminik ki, XXI əsrdə dünya demokratiyasının nə dərəcədə güclü olması ilk dəfə ciddi sınaqdan keçirilir. Dünyanın bütün taleyi demokratik dəyərlərə bağlılığın səviyyəsindən və dərinliyindən asılı olacaq. Bu gün 4 ölkənin (Almaniya, Fransa, İtaliya və Macarıstan – red.) Ukraynanın suverenliyindən imtina və bəzi ərazilərinin itirilməsi ilə bağlı təkidli və şübhəli təklifi əslində, "Putinin simasını” qoruyub saxlamağa bərabərdir.
Birincisi, müasir siyasi nəzəriyyələr nöqteyi-nəzərindən suverenlik dövlətin əsas atributlarından biri kimi (ümumi ərazinin və dilin, tarixin və s. mövcudluğu ilə yanaşı) tərifinə daxil edilir. Ukraynanın bu məsələdə güzəştə getməsi onun "psevdodövlətçiliyi”, yəni uğursuz dövlət olması demək olardı ki, bu da rəsmi Kremlin əsas məqsədidir. Reallıqda bu, kiminsə özünü xilas etmək deyil, Ukraynanı məğlubiyyətə məcbur etməkdir. Amma bu, təkcə Ukrayna dövlətçiliyinin yox, Rusiyanın imperiya ambisiyaları qarşısında demokratik dünyanın məğlubiyyəti olardı.
İkincisi, demokratik geosiyasi dəyərlər çərçivəsində "təcavüzkarın üzünü ağ çıxartmaq” məntiqinin özü də məqbul deyil. Çünki o zaman əsl demokratiyadan, demokratik dövlətçiliyin ümumi siyasi-mənəvi prinsiplərindən və sairdən danışmaq olmaz.
Bütün bu absurd təşəbbüsün kulminasiya nöqtəsi 99 yaşlı Henri Kissincerin bu yaxınlarda Davos Forumunda səsləndirdiyi bəyanat oldu. H. Kissinger özünəməxsus şəkildə, regionda sülh və sabitliyi qorumaq üçün Ukraynanın güzəştə getməklə bağlı təklifləri dəstəklədi. Xatırladaq ki, bir vaxtlar, yəni, 1970-ci illərdə ABŞ-ın dövlət katibi olarkən, onun təşəbbüsü ilə amerikalılar Cənubi Vyetnamı dəstəkləməyi dayandırdılar və bu səbəbdən on minlərlə vyetnamlı öldü. H.Kissinger bu təşəbbüsə görə Nobel mükafatı aldı.
Kissincerin paradiqması burada aydın görünür. Əslində, Ukrayna dövlətçiliyi hesabına Putinin "siması” niyə qorunmalıdır? Kim faydalanır? İndi sivil dünya Rusiya prezidentinin beynəlxalq hüquq qarşısında məsuliyyətindən, onun məhkəmə proseslərinə cəlb edilməsinin zəruriliyindən danışır. Avropanın ən nüfuzlu ölkələrindən birinin prezidenti isə Putinin aqressiv davranışını təşviq etməyi təklif edir.
Üçüncüsü, indi ən vacib məsələ Ukrayna torpağında axan qanı dayandırmaqdır. Bu, həm də Avropanın təhlükəsizliyinin xeyrinə olardı. Amma təəssüf ki, hələlik tərəflər sülhdən uzaqdırlar. Ukrayna silahlanır. Bu başa düşüləndir, çünki müharibə şəraitində Ukrayna özünü qorumalıdır. Bu işdə ona kim kömək edirsə, doğru olanı edir. Digər tərəfdən, Rusiya hərbi potensialını gücləndirir, zərbələri Ukraynanın konkret regionlarına yönəltməyə çalışır, müasir silahlardan istifadə edir ki, bu da Ukraynada daha həssas vəziyyət yaradır. Kreml Donbassdakı separatçıları da dəstəkləyir. Son hadisələr göstərir ki, Moskva bununla məhdudlaşmır və Dnestryanıya əl uzadır.
Bu dəyişikliklər geosiyasi və hərbi aspektdə Şərqi Avropada yeni vəziyyət yaradır. Fakt budur ki, Rusiya riskli vəziyyəti genişləndirməklə Baltikyanı ölkələri və bütün Avropanı hədələyir. Bəzi Rusiya rəsmiləri artıq açıq şəkildə bəyan edirlər ki, Baltik dənizini heç kimə verməyəcəklər. Bütün bunlar Avrasiyanın bütün təhlükəsizlik sisteminin dağılması ilə başa çata bilər. Konkret desək, proseslərin belə gedişinə əsaslanaraq iddia edə bilərik ki, qlobal ələm Üçüncü Dünya Müharibəsi ərəfəsindədir.
Dördüncüsü, Rusiyanın təcavüzü bütün dünya üçün siyasətin humanitarlaşdırılması problemini aktuallaşdırır. Burada humanizmi humanitarlaşmadan ayırmaq lazımdır. Humanizm siyasətin "insanlaşması”dır, burada birinci sırada insan, onun mənafeyi dayanır. Humanitarlaşdırma isə, əsasən, zərər çəkmiş insanlara, xalqlara, dövlətlərə yardım göstərməkdir. Bu, harada olursa-olsun, humanitar fəlakətin sistemli şəkildə qarşısının alınmasıdır.
Ukrayna hadisələri göstərir ki, Rusiyanın təcavüzkar hərəkətləri ucbatından insanlara humanitar yardım göstərmək, onların həyatını xilas etmək üçün humanitar dəhliz açmaq mümkün deyil. Onlar ukraynalı olduqlarına və vətənlərini sevdiyinə görə qətlə yetirilirlər, azad olmaq istədikləri üçün amansızcasına öldürülürlər.
Ukraynanın Buça, İrpin, Mariupol və digər şəhərlərində baş verən hadisələr Rusiya siyasətçilərinin, hərbçilərinin və əsgərlərinin hərəkətlərində anti-humanizmin mövcudluğunu göstərir. "Azovstal”da humanitar dəhliz tam açılmamışdı, insanlar aclıqdan və soyuqdan ölürdü. Analoji vəziyyət Ukraynanın bəzi digər şəhərlərində də yaranıb. Buçada adi insanlar kütləvi şəkildə öldürüldü və zorlandı. Ən qəribəsi və ən təhlükəlisi odur ki, bu qeyri-insani tendensiyanın qarşısını hələ heç kim ala bilməyib. Digər münaqişə bölgələrində də bunun təkrar olunmayacağına zəmanət yoxdur.
Nəhayət, Rusiyanın Ukraynaya təcavüzü dünya geosiyasi sisteminin "nəzarət olunan xaos” səviyyəsindən "nəzarətsiz xaos” səviyyəsinə keçməsi üçün təhlükə yaradır. Onda daha etibarlı qlobal təhlükəsizlik sisteminin yaradılması ilə bağlı bütün söhbətlər boş sözlərə çevriləcək. Çünki dünya sisteminin hər an məhv olma riski artacaq. Dünya fərqli xarakterli risklərə və təhlükələrə qarşı çox həssas olacaq. Və beynəlxalq hüquq sisteminin fəaliyyətsizliyi səbəbindən bu tendensiyaya qarşı duracaq heç kim olmayacaq.
Yuxarıda göstərilənlərin hamısını ümumiləşdirərək, bu məqalənin əsas tezisini formalaşdıra bilərik. Söhbət ondan gedir ki, Rusiyanın təcavüzü regional xaosa, sonuncu isə qlobal geosiyasi və hərbi fəlakətə səbəb ola bilər! Ukraynada müharibənin hələ də davam etdiyini nəzərə alsaq, Şərqi Avropada risklərin, qeyri-müəyyənliklərin və təhlükələrin artacağını proqnozlaşdırmaq olar.
Dünya hər gün təcavüz və faşizm qarşısında geri çəkilir! Bu neqativ və təhlükəli prosesi dayandırmaq mümkündürmü? Bunun mümkün olduğuna əminik. Bunun üçün bütün demokratik dünya işğalçı qarşısında birləşməlidir. Bu məsələdə Qərb dövlətləri arasında fikir ayrılığı olmamalıdır. Əks halda Putinin faşizminə və təcavüzünə müqavimət göstərmək demək olar ki, mümkün olmayacaq. Ukrayna bu gün yeni dünya düzəninin xüsusi hissəsinə çevrilir. Ukrayna Rusiyanı hərbi məğlubiyyətə uğratdıqda, o zaman Rusiyada həqiqətən də çox sürətlə köklü hakimiyyət dəyişikliyi baş verəcək və Putin rejimi dünya tarixinin zibil qutusuna gedəcək. Və yalnız bundan sonra Avrasiya qitəsinin qarşılıqlı hörmət, etimad və ümumi fundamental dəyərlərə əsaslanan yeni ümumavropa təhlükəsizlik sistemi qurmaq şansı olacaq.
Azər Xudiyev
Ukrayna Maliyyə Nazirinin müşaviri, Maliyyə İdarəetmə Akademiyasının vitse-prezidenti
Xəbərin oxunma sayı : 796
Analiz
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var? - SİYAHI
-
Mehriban Əliyeva qızları ilə açılışlarda - FOTOLAR
-
Problemli kreditlər 723 milyon manata çatdı - Son 1 ildə 37% artım
-
Moskva və Şam arasında telefon təması: Putinlə Əhməd əş-Şər arasında kritik danışıq
-
İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirləri bölüşdürməyə razılaşıb - SEPAH
-
Qaxda 722 min manatlıq yol təmiri - Layihəni 10 manatlıq şirkət icra edəcək
-
Ermənistan MN “Monte” filminə dəstəkdən imtina etdi - “Hraparak”
-
Azərbaycan-Rusiya sərhədində kilometrlərlə uzanan TIR karvanı - VİDEO
-
Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı
-
Xalq artistinin keçmiş həyat yoldaşından cəsarətli paylaşım - FOTO
-
Əmlak sahibinin hüquqları - Qanun nə deyir?
-
“Koçaryanla bağlı zəng etməyin” - Simonyan Moskvaya ismarıc göndərdi
-
610 bal topladı, universitetə qəbul olmadı - FOTO
-
MİDA əməkdaşının sürücüsündən dələduzluq: “Pulu notariusun qarşısında aldım“
-
“Energetik” görüntüsü, adi sərinləşdirici içki: İstehlakçı niyə aldadılır?
-
Bakı və Masallıda pensiya dələduzluğu - Vətəndaşlar necə aldadılıb?
-
“Milyonçu“ şousundan Çempionlar Liqasına... - Dambrauskasın maraqlı həyat hekayəsi
-
Prorektorun vəzifəsi ləğv edildi - Rəşad Əliyev müşavir təyin olundu
-
Hörmüz boğazının bağlanması Qətəri çökdürdü: Maye qaz ixracı 96% aşağı düşdü
-
“Ermənistan bizi aldatmasın...” - Volodin də İrəvanı təhdidi etdi
-
Polad Bülbüloğlu kiminlə evlənib? - Tanınmış rəqqasədir + FOTO
-
Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ
-
Ölkəyə palma yağı gətirilməsində rekord - daha hamı yeyir?
-
Prezident İlham Əliyev “Sabah“ı təbrik etdi - FOTO
-
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
-
“Sabah” rekord məbləğdə gəlir əldə edib - Məbləğ bəlli oldu
-
Pakistanda xəstəxanada yanğın oldu – 15 körpə öldü
-
Bakıda tikilidə yanğın oldu: 36 yaşlı kişinin meyiti aşkarlandı (VİDEO)
-
Mərhum Xalq artistinin bağ evi satılır - 1,15 milyon manat qiymət qoyuldu
-
Azərbaycan nefti 3 dollardan çox ucuzlaşdı - Yeni qiymət
-
Trampdan Kanadaya ağır ittiham - “Bizi illərdir qarət edirlər”
-
Bu ərazilərdə olan evlərə maraq azaldı - VİDEO
-
Salmonella epidemiyası: 8 ölkədə yumurtalar satışdan yığışdırılır
-
Yeni binada aparılan tikinti sakinlərə problem yaratdı - VİDEO
-
Tarixə çevrilən qardaşlıq nümunəsi
-
Ortaq dəyərlər üzərində yüksələn müttəfiqlik
-
Bu gün Laçın Şəhəri Günüdür
-
Müflisləşən məşhurlar - Milyonlar əllərindən necə çıxdı?
-
"Sabah" Çempionlar Liqasında tarix yazdı - İlk dəfə Liqa mərhələsində
-
Paytaxtın bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ
-
MKİ direktoru Moskvada - “NATO qətiyyətli cavaba hazırdır“
-
Bu yağları alarkən diqqətli olun: Təhlükəli maddələr aşkarlandı
-
22 illlik iş stajı olan fəlsəfə doktoru işlədiyi institutdan niyə çıxarılıb? - VİDEO
-
Putin Mehriban Əliyevaya təbrik məktub göndərdi: “İlham Heydər oğluna və bütün ailə üzvlərinizə...“
-
“Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir“ - Ərdoğan
-
“Binəqədi Park“ MMC tərəfindən aldadıldıqlarını iddia edirlər - VİDEO
-
Avtobusun tavanından su tökülməsi sərnişinlərin pəncərələri açması ilə bağlıdır? - VİDEO
-
Xameneinin qətli ilə bağlı Trampa xəbərdarlıq olunubmuş - “The Wall Street Journal”
-
Bu şəhid övladları tələbə adını qazandılar - SİYAHI
-
“ABŞ və İsrail sosial partlayışa hazırlıq görür“ - Pezeşkian xəbərdarlıq etdi
-
Milli Məclisin 81 yaşlı deputatı üçüncü dəfə evləndi - FOTOLAR
-
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib - Prokurorluqdan məlumatı
-
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
-
PA Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlanıb - SİYAHI
-
Deputat Məşhur Məmmədovu məşhurlaşdıran qaranlıq işlər - DETALLAR
-
Tovuzun ərazisindəki Gədəbəy kəndi: Sakinlər nəqliyyat xərcindən əziyyət çəkir (VİDEO)
-
“Müxalifət Ermənistana hərbi müdaxilə hazırlayır“ - Paşinyan
-
Beyləqanda hesabat konfransı keçirildi - FOTOLAR
-
Pomidorun bostanla bazar arasındakı qiymət fərqi: “Məhsulu 55 qəpiyə satırıq“
-
Xaricə pul aparan dəstə ilə bağlı daha bir ilginc məlumat - Ölkəyə gizli dərman gətirirlər?
-
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək - Prezident Fərman imzalayıb
-
Azərbaycanda 18 yaşına çatmayan 877 qadın ana olub - Qarşısını almaq üçün…
-
Elvin əməliyyat olunacaq - 3 ay meydanlardan uzaq qalacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - Sərəncam
-
“Azəripək“ “Azərxalça“ya birləşdirilib - FƏRMAN
-
Növbə Sarkisyana çatdı - Niyə çağırıldığını bilmir
-
Bu dondurmalar marketlərdən yığışdırıldı:Saxta imiş
-
Azərbaycanda ən çox hansı marka avtomobillərə tələbat var? – Siyahı
-
Saxta şirkətlər açıb milyonlar mənimsədilər - Məhkəmə başladı
-
Ermənistan rəsmiləri Laçına gəliblər – İşgüzar görüş keçirilib
-
ABŞ onlara 10 milyon dollar verəcək - Siyahıda Əhməd Vahidi də var
-
İsraildə “qafqaz mafiyası”nın başçısı güllələnib - ANBAAN VİDEO
-
Məleykə Abbaszadədən tələbə adı qazananlara müraciət: “Bir şeyi unutmayın…”
-
Tovuzda qadın boğazından bıçaqlandı - Şübhəli əridir
-
Bakı aeroportunda əməliyyat: Bağdaddan gələn sərnişinlər cinayət başında tutuldu
-
Azərbaycanda çoxunun evində var: 250 manata alırlar
-
Tədris ili başlayır - Bakıda kirayə mənzillər neçəyədir?
-
Gələn həftədən bankların üzərinə yeni öhdəlik qoyulacaq - TƏFƏRRÜAT
-
Sabah güclü külək əsəcək, leysan yağacaq - PROQNOZ
-
ABŞ 200 minə yaxın vizanı ləğv edir: Qərar kimlərə şamil olunacaq
-
Bu il tələbə adını qazananların sayı daha çoxdur - Məleykə Abbaszadə
-
İşsiz və işaxtaranların nəzərinə – Sentyabrın 10-dək...
-
Ağdamdakı qətllə bağlı İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb
-
Faizlə borc verən şəxslər bilməlidir ki... - Ali Məhkəmədən sələmçilərə çağırış
-
Pivə Azərbaycana ən çox İran və Türkiyədən gətirilir - Tam siyahı
-
Azərbaycan şou-biznesinin evlənməyən məşhurları - SİYAHI
-
Köçəryan və oğlu saxlanıldı - Evlərində axtarış aparılır
-
Müctəba Xameneinin yeni görüntüləri yayımlandı - FOTO
-
Elşad Xose hər şeyi “sildi“ - FOTO
-
Bu ərazidə qaz olmayacaq - Xəbərdarlıq
-
“ABŞ İrana zərbələrdən imtina etmir“ - Heqset
-
Şəhid anası da tələbə adını qazandı - FOTO
-
Haitidə silahlı hücum - 47 ölü, 22 yaralı
-
Azərbaycanda sosial təyinatlar avtomatlaşdırılır: Son statistika
-
Laçının regionda inkişaf perspektivləri
-
Dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksəlişini tarixiləşdirdi
-
Azad və müasir Laçın tarixiliklə müasirliyin vəhdətini əks etdirir
-
Azərbaycan-Özbəkistan müttəfiqliyi türk birliyini gücləndirən əsas amillərdəndir
-
Külli miqdarda oğurluq edib Rusiyaya qaçmışdı - Bakıya gətirilir
-
Banka borcunu ödəyə bilməyənlərə güzəşt ediləcək? - ŞƏRTLƏR
-
Azərbaycanda da satılan bu məhsulda ölümcül bakteriya aşkarlandı - FOTO
-
Nazirin qaynı Nihad Hənifəyevin 7,4 milyonluq tenderi - Nazirliyin məlum susqunluğu
-
Qəbul olunanlar bu tarixdə qeydiyyatdan keçəcək - Tarix açıqlandı
-
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTOLAR
-
Yararsız bina, köçürülən şöbələr: 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanseri bağlanır?
-
Azad Laçın sevincli günlərini yaşayır
-
Çindən ölkəmizə gətirilən bu məhsullarda problemlər aşkarlanıb - Fotolar
-
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
-
Laçın tarix və mədəniyyətin beşiyidir
-
“Məni Putinə qarşı danışdırmaq istəyirdilər” - ŞOK İDDİA
-
Universitetlərə qəbulun nəticələri AÇIQLANDI
-
Türkiyə və İsrail ordusu - Hansı daha güclüdür?
-
Aynur Dadaşova kiminlə sevgilidir? - “Yaxşı ki varsan“
-
Bakı metrosunda interval azalacaq? - RƏSMİ
-
Vilayət Eyvazov Sumqayıtda qəbul keçirəcək - Bu tarixdə
-
Prezidentlər xanımları ilə Buxaranı gəzdilər - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir?/VİDEO
TOP 10
ARXİV






