“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sumqayıtın 75 illiyi ilə bağlı tender: İcra Hakimiyyətinə 250 minlik mal satacaq şirkət kimindir?

Tarix 21.09.24, 15:33

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıtın 75 illiyini keçirməyə hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı tender elan edib. 

Tenderin qalibi UMA MMC seçilib. İcra hakimiyyəti ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 249 180,6 manatdır.

UMA MMC 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin qeydiyyata alındığı tarix göstərilməyib. Araşdırmalarımız zamanı məlum olub ki, UMA MMC 2013-cü ildən fəaliyyət göstərir. 

Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 29A, mənzil 15-də yerləşir. UMA MMC-nin qanuni təmsilçisi isə Vəliyev Cavanşir Elxan oğludur. 

Cavanşir Vəliyev həm də "Uptime Azərbaycan" MMC-nin qanuni təmsilçisidir. Şirkət 2019-cu ildə qeydiyyata alınıb. Hüquqi ünvanə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 42, mənzil 24-də yerləşib. Bu şirkətin nizamnamə kapitalı 50 manatdır. 

Açıq mənbələrdə nə UMA MMC, nə də "Uptime Azərbaycan" MMC haqqında məlumat var. Cavanşir Vəliyev barəsində də hər hansı məlumata rast gəlinmir. 

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan isə aydın olur ki, adına heç yerdə rast gəlinməyən, barəsində hər hansı məlumat olmayan UMA MMC tenderlərdə fəal iştirak edir. MMC-nin qalib gəldiyi tenderlər üzrə satınalma predmetlərindən məlum olur ki, şirkət influser xidmətindən tutumuş, tanıtım və təlimat videoçarxlarının çəkilişinə qədər bir çox xidmət göstərir. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tenderə gəlincə, məlum olur ki, qurum şirkətdən bayraq, "Sumqayıt 75" loqosu yazılmış idman köynəkləri, papaq, lent bayraqlar və s. bu kimi mallar alacaq. Əsası 1938-ci ildə qoyulan Sumqayıt 1949-cu ildə şəhər statusu alıb. Bu il şəhərin 75 illik yubileyidir. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. O, 2015-ci ildən bu vəzifədədir. 




Xəbərin oxunma sayı : 652




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap