![]() |
|




592.jpg)



.jpg)





Tələbəsinə vuruldu, həbsxanadakı dostuna dəvətnamə yolladı - Məşhur diktoru kim öldürmək istədi?
Tarix 04.08.22, 18:32 |
|

Televiziya diktoru, Xalq artisti Rafiq Hüseynov haqqında maraqlı faktlar məlum olub.
Kulis.az-ın R.Hüseynovla bağlı araşdırmasını təqdim edirik:
Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə Bakıya köçüb. Atasını çox erkən yaşda itirib. Bu vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış.
Anası müharibə illərində hakim işləyib. Həyat yoldaşı dünyasını dəyişəndən sonra pedaqoji fəaliyyəti ilə çörək qazanıb övladlarını saxlayırmış. Rafiqi işləməyə qoymayıb ki, nə qədər sağam, siz oxuyacaqsınız.
Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar. Onu Ceyhun Mirzəyevlə birgə “Ögey ana” filminə dəvət edirlər. Ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak edə bilmir.
Beşinci sinfə qədər əlaçı, sonra ortabab oxuyan Rafiq tar məktəbinə də gedib. Televizora ilk dəfə musiqi məktəbi şagirdlərinin konsertində tarzən kimi çıxıb. “Çahargah” çaldığı yerdə tarın sarı simi qırılıb. Məktəbi qurtarandan sonra tarı atır, anası kimi hüquqşünas olmaq istəyir. Rafiq Hüseynli o hadisə haqqında belə deyir:
“Orda vəziyyətdən çıxdım, amma heç ağlıma da gəlməzdi ki, bu, bir işarədir, sonradan ekran taleyimdə çox qırılacaqdı sarı simlər, dəfələrlə təkrar olunacaqdı”.
Təhsili əsgərlikdən sonraya qalan Rafiq əsgərliyə qədər işləmək üçün yer axtarmağa başlayıb. Bacısı Rəfiqə televiziyada işləyirmiş. Onun köməyi ilə Azərbaycan Televiziyasına gəlir. Yalandan televiziyaya vurğun olduğunu söyləyir. “Nə iş versəniz, işləyəcəm” deyir və onu işıqçı kimi işə götürürlər. İki il AzTV-də işıqçı kimi çalışır.
Diktorlar müsabiqəsi keçiriləndə proqram direktoru Tofiq Axundovun təklifi ilə o da iştirak edir. Rus məktəbini bitirdiyindən Azərbaycan dilində səlis danışa bilmir, ona görə də özünə inamsız olur, müsabiqədən keçmir. İkinci müsabiqə bir il sonra olur. Bu dəfə uğur qazanır və sınaq müddətinə işə götürülür.
Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, “bu kimdir işə götürmüsünüz, onu oradan rədd edin!”. Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir, deyir ki, bu oğlanın gələcəyi var.
Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışmağa nail olur.
Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ başqa xanımlarla da eşq macəraları yaşayıb… Haqqında səsləndirilən “arvadbaz” ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində deyir:
“Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq… Sevmişəm, aşiq olmuşam, burada nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o münasibətləri uzatmağa dəyməz. Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq… Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatlarını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur”.
İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olur. Aralarında isti münasibət yaranır və onlar ailə qururlar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar. 1984-cü ildə onların oğlu faciəvi şəkildə həyatını itirir.
Müsahibələrinin birində diktor deyir:
“Mənə bu haqda danışmaq olduqca ağırdır. Oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq”.
Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.
Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım özündən Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.
1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb. Həyat yoldaşı Səbinə xanım bu məsələ ilə bağlı deyir:
“Rafiqə televiziyada vəzifə də vermək istəmişdilər. Amma Rafiq əqidəsinin əksinə getmədi. Ondan kimlərsə öz mənafelərinə görə istifadə etmək, televiziyanın oyunlarına cəlb etmək istədilər, o isə bundan imtina etdi, prinsiplərinə xəyanət etmədi. Bu, təxminən 91-ci ilə təsadüf edirdi. 1990-cı il 20 Yanvar hadisələrində isə o, daha ağır təhlükəylə üzləşmişdi. O vaxt Rafiqi öldürmək istəyirdilər. Veriliş zamanı Moskvadan göndərilən komendant ona mətn verib demişdi ki, məndə olan məlumata görə sən ölkədə müəyyən nüfuza sahibsən və insanlara təsir gücün var, buna görə də bu mətni oxumalısan. Rafiq isə mətni oxumaqdan imtina etmişdi, demişdi, mən bunu oxumayacam”.
Rafiq müəllimlə bağlı başqa bir maraqlı faktı da həyat yoldaşı müsahibələrinin birində deyir:
“Onun bir dostunu səhvən həbs etmişdilər. 2016-cı ildə Rafiqin yubileyi olacaqdı. Dostu da elə yubiley ərəfəsində həbs olundu. Rafiq çox pis oldu. O, dəvətnamə yazaraq həbsxanaya yolladı. Dedi, onu bir il də, on il də həbs etsələr, mənim dostumdur. Bir il keçmədi ki, həmin adamı buraxdılar. O, həbsdən çıxanda Rafiqlə görüşüb ona demişdi ki, mən sənin ad günü dəvətnaməni alanda hansı hislər keçirdiyimi sənə izah edə bilmərəm. Rafiq bu hərəkəti simvolik olaraq etmişdi. Amma nə üçün etdiyini də bilmişdi”.
2016-cı ildə diktorda ağciyər xərçəngi aşkar olunur. Müxtəlif ağır terapiyalardan keçib, müalicə alsa da, Rafiq Hüseynov 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilir. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunur.
Həyat yoldaşı onun ölümündən sonra müsahibələrinin birində əfsanəvi diktoru belə xatırlayır:
“Bir gün evə gəldi, məni qızım olmayan başqa bir otağa çağırdı və dedi ki, Səbinə, məndə xərçəng xəstəliyi var, mən öləcəm. Mən ona dedim ki, niyə ölürsən, indi gör neçənci əsrdir, səhiyyə inkişaf edib. Mən heç vaxt ona bədbin şeylər yükləmirdim, çalışırdım, ümidli olsun. Amma ürəyimdə bilirdim ki, vəziyyəti yaxşı deyil. Çox çətindir o günləri xatırlamaq. Son gününə qədər biz demək olar ki, vuruşurduq. Türkiyədən onu Bakıya gətirəndə pis olmuşdum. Orda artıq ona heç nə etmirdilər. Özü də mənə dedi ki, Səbinə, məni apar evə, Bakıya getmək istəyirəm. Bakıya gələndən sonra onun gözünə işıq gəldi, rahatlandı. Burda dostları, yaxınları yanına gəlib gedirdi. O, həmişə insanların arasında olub deyə, son günlərini də elə keçirmək istəyirdi”.
Xəbərin oxunma sayı : 766
loading...
Maraqlı
Xəbərlər
-
Bakıda kirayə ev tapılmır - Səbəblər və qiymətlər
-
Unun ucuzlaşması üçün tədbirlər görülür - VİDEO
-
Samur-Abşeron kanalı antisanitar vəziyyətdədir - VİDEO
-
Ermənilər Zabux kəndindən çıxırlar - VİDEO
-
Rusiyada şəhər suyun altında qaldı – VİDEO
-
Antarktidada qorxunc fəallıq – Buz təbəqəsi sürətlə əriyir
-
Əsrlərin yadigarı, Pir Hüseyn Xanəgahı – VİDEO
-
Dünya aclıqdan qurtulur? – TƏHLİL
-
Azərbaycanda son sutkada yoluxma 500-dən çox olub - Ölən olmayıb
-
“İkitərəfli münasibətlərə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edirəm” - Pakistan səfiri
-
Təzyiq problemi olanlar hansı qidalardan istifadə etməlidir? - Mütəxəssisdən tövsiyələr
-
Azərbaycan 43 medalla 4-cü pilləyə yüksəlib - İslamiada
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
FHN ötən sutka 11 nəfəri xilas edib - VİDEO
-
Prezidentdən 4 ünvana müştərək xəbərdarlıq... - Mesaj verildi, başa düşəcəklərmi?
-
Satıcı qız 670 minlik ƏDV vurdu, əri müdiri bıçaqladı - Bakıda film kimi OLAY
-
Deputatın adından bu sitat paylaşıldı... - Sevinc Fətəliyeva açıqlama verdi
-
Bakının bu ünvanında binalar sökülür - Sakinlərə kirayə haqqı verilir + VİDEO
-
Sentyabrın 1-dən sonra karantin uzadılacaqmı? – AÇIQLAMA
-
NASA-dan xəbərdarlıq: Təhlükəli asteroid yerə yaxınlaşır
-
Zelenski Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edildiyini bildirib - “Biz bir günü də boş yerə sərf etmirik“
-
“ABŞ Rusiya və Çinlə müharibə astanasındadır” - Kissincer
-
Paytaxtın bir hissəsində su olmayacaq: Sakinlərin diqqətinə
-
Qurbağaların səsinə görə yerini dəyişən kənd: Cəlilabadın sərvət dolu gölü niyə baxımsız qalıb?
-
Ayağımızın altındakı “bombalar”: Quyulardakı partlamaların günahı kimdədir?
-
Çimərliyə gedənlərin diqqətinə! - Bu ərazilərdə bata bilərsiniz VİDEO
-
“Yeri gələndə Ukraynada, yeri gələndə Rusiyadayıq. Niyə? Çünki biz Türkiyəyik” - Ərdoğan
-
Təbrizdə minlərlə azarkeş “Salam, Azərbaycan“ dedi - VİDEO
-
Sevdiyi qadının keçmiş ərini döyə-döyə öldürdü- Bakıdakı qətlin təfərrüatı
-
Xocalının kəndini tərk edən ermənilər meşəyə od vurdular - VİDEO
-
Yoluxma sayı açıqlandı - Ölüm sayında artım oldu + FOTO
-
Minlərlə ton içməli suyu mənimsəyənlər: Bakının bir rayonu “lider”dir
-
Keyfiyyətsiz qənd istehsal edən müəssisələrin adları açıqlandı - SİYAHI
-
Şuşada erməni silahlılarının kvadrakoreteri endirildi - VİDEO
-
“Azərbaycan qazı IGB vasitəsilə oktyabrda nəql ediləcək” - Bolqarıstanın energetika naziri
-
“Kiyevə silah tədürükü “xüsusi əməliyyat“ın genişlənməsinə səbəb olacaq“ - Rusiya XİN
-
“Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdış başlanacaq“ - “Qaçqınkom“
-
Azərbaycanın daha üç güləşçisi finalda - İslamiada
-
Bu hallarda xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI
-
“Müharibə Krımın azad olunması ilə başa çatmalıdır” - Ukrayna Prezident Ofisi
-
Səhiyyə Nazirliyinin 6 milyonluq tenderini bu şirkət uddu – Vergi borcu var
-
Krımda rusların 400 milyonluq təyyarəsi vuruldu - Forbes
-
Laçın dəhlizinə nəzarət üçün hazirliqlara başladı - Orduya tapşırıqlar verildi
-
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilir
-
Bakıda bu yaşayış binası sökülür - FOTO
-
Zakir Həsənov ordu rəhbərliyi ilə müşavirə keçirib - “Qisas“ əməliyyatı təhlil edilib
-
Sabah Bakıda 39, bəzi rayonlarda 41 dərəcə isti olacaq
-
Xəzərin ən yaxşı balıqları təhlükədə - qarşısını necə alaq?
-
MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi?
-
“Ukrayna Xarkovda bəzi uğurlar əldə edib“ - ABŞ Müdafiə Nazirliyi
-
41 dərəcədən yuxarı istidə işçi çalışdıran yerləri hansı cəza gözləyir? - VİDEO
-
Dünyaca məşhur yazıçı ABŞ-da bıçaqlanıb - VİDEO
-
700 bal toplayan şagird Azərbaycan universitetlərindən imtina etdi
-
Türkiyəli məşhurların tətil görüntüləri - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Sumqayıtda sakinlər qanunsuz küçə ticarətindən gileylənir – VİDEO
-
Azərbaycan Qarabağda yaşayan ermənilərə avqustun sonunadək vaxt verib - VİDEO
-
“Çin Bayden və Si Cinpinin görüşünə hazırlıq görür” - KİV
-
Türkiyə bu gəminin kütləvi istehsalına başlayır - FOTO/VİDEO
-
Salah və Kurtua “Qızıl top”a iddialı ilk onluqdadır - SİYAHI
-
Prezident Qarabağdakı ermənilərin statusu ilə bağlı məsələyə nöqtəni qoydu - “Yol ancaq budur...“
-
Çətin anlar yaşayan Ebru Gündeş göz yaşlarına boğuldu - VİDEO
-
Əlilliklə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib
-
Qədim yaşayış məskəni - Küsnətqazma kəndi – VİDEO
-
Azərbaycanda vəkillərin ən çox yol verdiyi pozuntular açıqlanıb – SİYAHI
-
Zaqatala dağlarında daha bir turist itib: Arxasınca ayı düşüb...
-
Prezident “Qisas“ əməliyyatından danışdı - Ermənistana sərt xəbərdarlıq etdi
-
Aygün Kazımovanı Beyonsa bənzətdilər - VİDEO
-
Günün transfer xəbərləri: Raşfordun aqibəti necə olacaq?
-
Rusiyanın müharibədən qazancı: 12,4 trilyon dollarlıq yataqlar
-
Benzin Türkiyədə Azərbaycandan ucuzdur – Avropa ölkələrinin siyahısı
-
“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi - FOTO
-
“Tanıdığım dəyərli insanların bəziləri namazı Azərbaycan dilində qılır“ - Fazil Mustafa
-
Bakıda ƏDV fırıldağı: Satıcı qızın əri aptek müdirini bıçaqladı
-
Azərbaycanın bəzi yerlərində mobil telefonlarda şəbəkə niyə yoxdur? - VİDEO
-
“Azərbaycanda taxılla təminat sahəsində heç bir problem yoxdur“ - Prezident
-
“Prezidentin portretini 495 manatdan sənədləşdiriblər...“ - Elm və Təhsil Nazirliyi dövlətdən milyonlar mənimsəyir
-
Yoluxma sayı açıqlandı - Koronavirus statistikası
-
“Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır“ - İlham Əliyev
-
“Rusiya kütləvi səfərbərlik elan etməsə, uduzacaq“ - KİV
-
Dövlət Agentliyinə 3,2 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Bakıda ağacların dibləri asfaltlandı - FOTO
-
Prezident İlham Əliyev AzTV-yə müsahibə verib
-
Avtomobillərin baqajlarını yoxlamaq qanunidir? - VİDEO
-
Yeni məktəbli formaları “Bravo“larda satılacaq - Bu tarixdən
-
10 saniyədə “satılan“ güzəştli mənzillər təkrar satışa çıxarılır - Bu tarixdə
-
“Azərbaycan ciddi su qıtlığı ilə üz-üzə qala bilər“ - Nazirlik rəsmisi
-
İpoteka kreditlərin şərtləri sərtləşdirilib? - Mərkəzi Bankdan açıqlama
-
Prezidentlə xanımı “Diri Baba”da görülən işlərlə tanış oldu - VİDEO
-
Azərbaycan əhalisinin 1 faizi psixi xəstədir - Rəsmi
-
Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırıldı - FOTO/VİDEO
-
Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib - Vəzifəli şəxs saxlanılıb
-
Sabah havanın temperaturu 41 dərəcəyədək yüksələcək - XƏBƏRDARLIQ
-
1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!
-
Azərbaycanda abortların sayı rekord həddə çatdı: Məktəbyaşlı qızlar da var – Siyahı
-
“Volodimir Zelenskiyə sui-qəsd hazırlanır“ - Ukrayna Milli Təhlükəsizlik Şurası
-
“Yolumuz qədim Basqal qəsəbəsinədir” - Mehriban Əliyeva
-
İrandan narkotik gətirən qaçaqmalçılar Azərbaycan sərhədçilərinə atəş açıb - Yaralanan var
-
Daha bir gömrük polkovniki işdən ayrıldı - “Bu gün əmrim çıxdı...“
-
Azad olunmuş ərazilərdə döyüş növbətçiliyi barədə açıqlama - VİDEO
-
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir - FOTO
-
“Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin“ - Türkiyə XİN
-
Sosial şəbəkələrdən istifadə edən daha iki hərbçi ordudan uzaqlaşdırıldı - FOTOLAR
-
Güzəştli mənzil əldə etmək istəyənlərin NƏZƏRİNƏ
-
“Putin İrana və digər güclərə arxalanmağa məcbur olub“ - ABŞ İnstitutu
-
Afrika ölkəsində qadının evlənmə təklifinə “yox” deyən kişi cərimələnəcək - FOTO
-
Lətifənin Bali tətili - VİDEO
-
Rayonlarda un qıtlığı yarandı - Bəs buna səbəb nədir?
-
“Azərişıq” ilə MTK-nın borc davası: cəzasını sakinlər çəkir (VİDEO)
-
Mariya Ovsyannikova ev dustaqlığına göndərildi - VİDEO
-
Bakıda həbsxanada 5 məhkum niyə ölüb? - Rəsmi açıqlama
-
Əli Əsədovdan Şuşadakı abidələrlə bağlı QƏRAR
-
Yeddi aya 1 milyard dollar – “Şahdəniz“dən rekord mənfəət əldə olunub
-
Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı – FOTO
-
İnternet niyə bahalaşdı? - Nazir müşavirindən açıqlama + FOTO
-
“Ərdoğanla Əsəd arasında danışıqdan söhbət belə gedə bilməz” - Çavuşoğlu
-
“Zaporojye AES-də təhlükəsiz demilitarizasiya perimetri yaradılmalıdır” - BMT-nin Baş katibi
-
Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür - VİDEO
-
Sürücülərin nəzərinə! - Bu tarixdən...
-
“WhatsApp“a yeni özəllik gəlir: Artıq ekran görüntüsü...
TOP 10
ARXİV