“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Transferlərə ən çox pul xərclədən baş məşqçilər - SİYAHI

Tarix 21.09.21, 23:56

Font ölçüsü : - / +
bitmap-img6


Baş məşqçisi olduğu klublarda transferlərə ən çox pul xərclədən mütəxəssislərin siyahısı açıqlanıb.

Fanat.Az xəbər verir ki, siyahıya Joze Morinyo başçılıq edir. Portuqaliyalı mütəxəssi karyerası ərzində 108 oyunçunun transferinə pul xərclədib. Onların alınmasına ümumilikdə 1 milyard 710 milyon avro sərf olunub ki, bu da hər oyunçuya orta hesabla 15,8 milyon avronun xərclənməsi deməkdir. Onun ən bahalı bahalı transferi Pol Poqba olub - 105 milyon avro.

İkinci pillədəki Pep Qvardiola qərarlaşıb. Hazırda "Mançester Siti"ni çalışdıran katalon mütəxəssisin istəyi ilə alınan 67 futbolçuya 1 milyard 590 milyon avro xərclənib (hər oyunçuya orta hesabla 23,7 milyon avro). Qvardiola ən yüksək məbləği Cek Qriliş üçün xərclədib - 117,5 milyon.

"Real Madrid"ə rəhbərlik edən Karlo Ançelotti çalışdırdığı klublarda 103 futbolçunun alınmasında səbəbkar olub. Bu oyunçular üçün ümumilikdə 1 milyard 420 milyon avro ödənilib. Orta hesabla hər futbolçuya 13,8 milyon avro ödətdirən italyan mütəxəssisin ən bahalı transferi 101 milyon avroya alınan Qaret Beyldir.

Hazırda İspaniyanın "Real Betis" klubuna başçılıq edən Manuel Pelleqrini dördüncü pillədə qərarlaşıb. Onun rəhbərlik etdiyi komandalarda ümumilikdə 94 oyunçunun alınmasına pul xərclənib. Bu transferilərin ümumi dəyəri 1 milyard 140 milyon avro olub (hər futbolçuya orta hesabla 12,3 milyon avro). Çilili mütəxəssisin dövründə edilən ən bahalı transfer Kriştianu Ronaldu olub. Portuqaliyalı ulduz 2009-cu ildə "Mançester Yunayted"dən "Real Madrid"ə 94 milyon avroya keçmişdi.




Xəbərin oxunma sayı : 898




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap