“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Vəhdət Partiyası 150 şəhidin şəkli ilə yürüşə çıxdı - FOTOLAR

Tarix 20.01.26, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində təkcə böyük bir hüzn günü deyil, həm də milli qəhrəmanlığın və sarsılmaz iradənin simvolu kimi əbədi yer alıb.

Məhz bu tarix münasibətilə Vəhdət Partiyası ənənəvi tədbirlərdən fərqli, cəmiyyətin diqqətini cəlb edən qeyri-adi, dərin rəmzi məna daşıyan bir yürüş təşkil edib.

Vəhdət Partiyasının rəhbər şəxsləri və üzvləri Parlament prospekti boyunca Şəhidlər Xiyabanına doğru yürüş edərək 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər.

Yürüşün əsas özəlliyi isə iştirakçıların əllərində 20 Yanvar gecəsində şəhid olmuş 150 nəfərin fotolarını əks etdirən plakatlar daşıması olub. Bu səssiz, lakin mənalı yürüşlə partiya nümayəndələri faciənin miqyasını bir daha canlı şəkildə ictimaiyyətə çatdırıblar.

Partiyanın sədri Adəm İsmayıl Bakuvinin rəhbərliyi ilə keçirilən yürüşdə 200-ə yaxın partiya üzvü iştirak edib. Onlar insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilmiş mülki vətəndaşlarımızın fotolarını daşıyaraq, xalqın birliyini və şəhidlərimizə sədaqətini nümayiş etdiriblər.

Ümumxalq Hüzn Günündə Vəhdət Partiyasının təmsilçiləri Şəhidlər Xiyabanını ziyarət edib, məzarlar önünə gül və qərənfil dəstələri düzüblər. Onlar Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğullarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

36 il əvvəl Azərbaycanın qəhrəman övladları doğma Vətənin azadlığını, xalqın şərəf və ləyaqətini hər şeydən uca tutaraq qanlı Yanvar gecəsində şəhidlik zirvəsinə yüksəldilər. Məhz həmin gün Azərbaycan xalqı müstəqillik yolunda ilk böyük itkilərini verdi.

İllər sonra Ali Baş Komandanın başçılığı ilə Müzəffər ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut etdi.

Sovet ordusunun törətdiyi bu qanlı cinayətdən onilliklər keçsə də, həmin gecənin ağrısı xalqımızın yaddaşından silinməyəcək. Azadlıq naminə həyatını fəda edən Vətən övladlarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

IMG-20260120-WA0022IMG-20260120-WA0023IMG-20260120-WA0024IMG-20260120-WA0025IMG-20260120-WA0026 IMG-20260120-WA0027IMG-20260120-WA0028IMG-20260120-WA0029IMG-20260120-WA0030IMG-20260120-WA0031 (1)






Xəbərin oxunma sayı : 214




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap