Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

144 milyonu mənimsəyən nazirin “qənaət çıxışı” - VİDEO

Tarix 28.11.22, 18:17

Font ölçüsü : - / +
bitmap-img6


DTX-nın Naxçıvanda keçirdiyi əməliyyatlar nəticəsində bir sıra maliyyə yeyintilərinin, mənimsimələrin üstünün açılması cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Bu gün isə Naxçıvanın maliyyə naziri Rafael Əliyevin DTX tərəfindən həbs olunduğu məlum olub. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla  "xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilir. 

"Qafqazinfo" xəbər verir ki, Rafael Əliyev iki ildən çoxdur nazir təyin olunsa da, onunla bağlı internetdə yeganə məlumat daha əvvəl Naxçıvan MR Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi olmasıdır.

Bir müddət əvvəl isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da iştirak etdiyi tədbirdə nazir Rafael Əliyev maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsindən, məsuliyyətdən, həmçinin şəffaflığın artırılmasından danışıb.


"Maliyyə Nazirliyinin və tabeliyindəki təşkilatların yeni inzibati binalarda yerləşməsi, daha operativ idarəetməni təmin etməyə imkan verir, əməkdaşların iş əmsalını və məsuliyyətini artırır. Hazırda Maliyyə Nazirliyinin sistemində təkmilləşdirilmiş və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması üçün elektron xidmətlər geniş tətbiq olunur. İnfrastruktur təminatı ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının bütün maliyyə institutlarının qarşılıqlı əlaqəsinə nail olunmuş, dövlət maliyyə nəzarət tədbirlərinin əhatə dairəsi genişləndilmiş, maliyyə vəsaitlərinin səmərəli və qənaətlə istifadəsinə diqqət artırılıb. Yaradılan şəraitə uyğun olaraq nazirliyin kollektivi də işini müasir tələblərə uyğun qurur, qarşılıqlı olaraq vəzifələrinin icrası üçün səylə çalışır”, - deyə maliyyə naziri bildirib.



Xəbərin oxunma sayı : 622




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap