“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

8 milyarder Donald Trampa qarşı çıxdı – İanələr toplanır

Tarix 15.10.20, 20:30

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-da son vaxtlar 8 milyarder qarşıdakı prezident seçkilərində Respublikaçılar Partiyasının lideri, hazırkı dövlət başçısı Donald Trampın qələbə çalmaması üçün ianə verib.

“Forbes” xəbər verir ki, keçmiş respublikaçı liderlər Con Makkeyn, Corc Buş, Dik Çeyni tərəfindən ötən ilin sonunda yaradılmış “Linkoln layihəsi” (Lincoln Project) adlı siyasi komitəyə bu məqsədlə 1 milyon dollar ianə neft sahibkarı Pol Gettinin varisi Qordon Getti tərəfindən təqdim olunub.

Həmçinin “Hyatt” mehmanxanalar şəbəkəsinin sahibi Con Pritzker 100 min dollar verib. Qalan altı nəfər isə 1 000 dollardan 10 000 dollaradək nisbətən kiçik məbləğdə ianələr veriblər.

Bununla da ilin əvvəlindən Trampın seçilməməsi üçün adıçəkilən komitəyə ianə verən zənginlərin sayı 15 nəfərə çatdı. Daha əvvəl vəsait ayıranlardan prodüser David Geffen 200 min dollar ayırıb. Bütövlükdə isə bu il “Linkoln layihəsi”nə 58,4 milyon ABŞ dolları, o cümlədən iyul – sentyabr ayları ərzində 39,4 milyon ABŞ dolları daxil olub.

Xatırladaq ki, bu il noyabrın 3-də keçiriləcək seçkilər zamanı prezident, vitse-prezident, Nümayəndələr Palatasının 435 üzvü, Senat üzvlərinin üçdə biri, habelə 13 ştat və bölgənin qubernatorları müəyyən ediləcək/Report.




Xəbərin oxunma sayı : 787




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap