| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
“Azərbaycan bir qrupun nəfsini doydurmağa yetməyəcək qədər kiçik ölkədir” - Deputat
Tarix 03.07.22, 15:13 |
|
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Musavat.com-a geniş müsahibə verib.
Ölkəmizin iqtisadi həyatı ilə əlaqədar ilginc məqamların, sensasion faktların yer aldığı müsahibəni təqdim edirik:
- Əli müəllim, Rəqabət Məcəlləsi yaz sessiyasında da qəbul edilmədi. Niyə və hansı səbəblərə görə, sualına cavabınız varmı?
- Hələ keçən ildən başlayaraq aidiyyatı orqanlar açıqlamalar verirlər ki, Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb. Deməli, yeni Rəqabət Məcəlləsi hazırdır...Buna baxmayaraq, Rəqabət Məcəlləsi yaz sessiyasında Milli Məclisə təqdim edilmədi. Keçən aydan başalayaraq biz dəfələrlə məsələ qaldırıq ki, Rəqabət Məcəlləsi heç olmasa növbədənkənar sessiya zamanı Milli Məclisə təqdim edilsin. Görünən odur ki, Məcəllə növbədənkənar sessiyaya da təqdim edilməyəcək. Rəqabət Məcəlləsi yaz sessiyasında da qəbul edilməməsinin səbəbi məlum deyil. Əgər sənəd hazırdırsa, onda səbəb bəlkə də hansısa prosedur məsələləri ilə bağlı məqamlarla bağlı ola bilər. Əgər Rəqabət Məcəlləsinin qəbulu bundan sonra da gecikdirilməkdə davam etsə və payız sessiyasında da qəbul edilməsə, onda belə qənaətə gəlmək olacaq ki, deməli, bu Məcəllənin qəbulunu 16 il ləngidənlər bundan sonra da ləngitmək yolunu davam etdirmək istəyirlər.
- Belə olan təqdirdə ölkəmiz nələr itirir?
- Düşünük ki, əgər biz Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirmək, miqyaslarını genişləndirmək, bu sahənin fəaliyyətinin səmərəliliyini artırmaq, eyni zamanda, daxili tələbatın ödənilməsində yerli məhsulların payını və ixrac potensialını əsaslı surətdə artırmaq istəyiriksə, mütləq ciddi rəqabət mühiti yaratmalıyıq. Yalnız azad rəqabət mühiti iqtisadiyyatımızın real inkişafı baxımından maksimum effekt doğura bilər.
- Sual yaranır: Rəqabət Məcəlləsi qəbul ediləcəyi təqdirdə Azərbaycanda monopoliyanın aradan qaldırılması mümkün olacaqmı?
- Təbii ki, sözügedən Məcəllənin qəbul edilməsi ilə inhisarçılığın tamamilə aradan qaldırılması mümkün deyil. Bu istiqamətdə digər addımların aparılması, islahatların dərinləşdirilməsi qaçılmazdır. Yəni institusional tədbirlərlə müşayət olunan geniş hüquqi baza yaradılmalıdır. Lakin bu da rellıqdır ki, rəqabət olmayan yerdə yetərincə şaxələnmiş və dayanıqlı iqtisadiyyat yoxdur. Rəqabət Məcəlləsi qəbul edildikdən sonra bir sıra digər qanunların da qəbul olunmasına şərait yaranacaq. Rəqabət Məcəlləsinin qəbulu qanundan yüksəkdə durmaq və digər stereotipləri sındıracaq və inhisarçılıqla mübarizədə yeni mərhələnin başlanğıcına çevriləcək. Ona görə də Rəqabət Məcəlləsinin Milli Məclisə təqdim edilməsi işinin maksimum sürətləndirilməsini vacib hesab edirik.
- Sizcə, qlobal səviyyədə bahalığın və bəzi məhsullarla bağlı kasadlığın müşahidə olunduğu şəraitdə Azərbaycanda təcili şəkildə hansı addımlar atılmalıdır ki, ciddi fəsadlarla üz-üzə qalmayaq? İqtisadçı millət vəkili olaraq hökumətə konkret təklifləriniz varmı?
- Pandemiya və onun ətrafında gedən proseslərin doğurduğu fəsadların ardınca Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində baş verənlər, qlobal iqtisadiyyatın onilliklər boyu formalaşmış sistemini xeyli pozub. Qlobal iqtisadi artım templəri aşağı düşməyə başlayıb, ərzaq təhlükəsizliyi zəncirinin bütün həlqələrində ciddi problemlər yaşanır. Artıq bir sıra ölkələrdə qiymət artımları məhsul qıtlığı ilə müşayiət olunmağa başlayıb. Azərbaycan ərzaq taxılı istisna olmaqla, digər məhsulların bir hissəsini ərzaq təhlükəszliyinin maksimum səviyyəsində olmsa da,hər halda, istehsal edir. Amma bizim idxaldan asılılığımız xeyli dərcədə çoxdur. Ona görə də xaricdən də mal gətirilməsinə səylər artırılıb. Taxıl, eləcə də ərzaq balansının göstəricilərinə baxanda məlum olur ki, hər il müəyyən qədər ehtiyatlar da yaranır. Ona görə də qeyri-adi bir kataklizm baş verməsə, Azərbaycanda kəskin qıtlıq ehtimalı yoxdur. Azərbaycan indikindən 2-3 dəfə çox əhalinin təlabatını ödəməyə yetəcək qədər zəngin və böyük, lakin bir qrupun nəfsini doydurmağa yetməyəcək qədər kiçikdir. Ona görə də əhalimzin xeyli hissəsi pis yaşayır, özünü gündəlik tələbat malları ilə lazımı səviyyədə təmin edə bilmir. Kiçik bir qrupun nəfsinin doymaması məmur sahibkarlığından doğan monopoliyanın əməllərində özünü daha qabarıq şəkildə göstərir. Ona görə də Azərbaycan üçün qıtlıq yox, bahalaşma xarakterik olacaq, qiymət artımı davam edəcək. Azərbaycanda anti-inflyasiya tədbirləri görülməsi istqamətində müəyyən addımlar atılsa da, görünən budur ki, qiymətlər artmaqda davam edir. Bu sahədəki neqativ dalğalanmaların təsirini minimuma endirmək, ərzaq məhsullarının qiymətlərinin kəskin artımının qarşısını almaq, ölkədə ərzaq təhlükəsizliyini və kənd təsərrüfatı və qida məhsulları istehsalı sektorunun dayanıqlılığını təmin etmək məqsədilə bu problemin həllinə köklü, həm də kompleks, yanaşılmasına, sistemli antiinflyasiya tədbirlərinin görülməsinə böyük ehtiyac var. Hazırkı reallıqlar şəraitində qlobal idxal inflyasiyasının təsirini azaltmaq olar, amma qarşısını tam almaq mümkün deyil. Belə bir şəraitdə məmur sahibkarlığından qaynaqlanan monopoliyanın törətdiyi qiymət manipulyasiyası Azərbaycan əhalisinə daha böyük miqyaslarda ziyan vurmaqda davam edir. Onlar qiymətləri davamlı olaraq xırda-xırda, maaş artımı xəbəri çıxan kimi isə daha yüksək səviyyədə artırmağa başlayırlar. Nəticədə monopolistlər və onların əlaltıları qiymət manipulyasiyası vasitəsilə vətəndaşların artan maaş və pensiyalarını əllərindən alırlar. Bu cür qiymət manipulyasiyaları ucbatından vətəndaşlar sadəcə dövlətin onların güzərannın yaxşılaşdırmaq üçün ayırdığı milyard manatlarla ölçülən vəsaiti monopolistlərə ötürən vasitəçiyə çevrilib.
- Bu, əhaliyə nə qədər ziyan vurur, təqribi də olsa, hesablama varmı?
- Məmur monopoliyasının törətdiyi qiymət artımının hər faizinə görə il ərzində Azərbaycanda əhalinin ailə büdcəsinə 400 milyon manatdan çox ziyan dəyir. Bu məbləğ Azərbaycan neftinin qiymətinin artmasının hər faizindən əldə edilən gəlirlərdən xeyli çoxdur. Məmur sahibkarlığının törətdiyi monopoliyanın qiymət manipulyasiyaları vasitəsilə hər il əhaliyə milyard manatlarala ziyan vurulur. Bundan əlavə, məhsulları yerində alan inhisarçılar sonrakı mərhələdə onu 2-3 dəfə, bəzən isə ondan da daha yüksək qiymətə satırlar. İnhisarçılıqdan doğan bahalaşmanın qarşını almaqla qiymət artımının tempini 30-40 faiz aşağı salmaq olar. Ona görə də inhisarçılığa qarşı genişmiqyaslı mübarizəyə başlanılmalı, eləcə də daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarət gücləndirilməlidir.
- Problem yalnız süni qiymət artımındadırmı? Yoxsa digər həllivacib məsələlər də var?
- Sadalananlarla yanaşı, istehsal olunan məhsulların tarladan süfrəyədək olan yolundakı itkiləri, eləcə də israfçılıqları aradan qaldırmaqla xeyli əlavə məhsul əldə edə bilərik ki, bu da qiymətlərin artma sürətinə əks təsir göstərə blər.
Rusiya-Ukrayna müharibəsi səbəbli xarici şərtlər xeyli dəyişib. Logistika və digər bu kimi sahələrdə ciddi problemlər yaranıb, qeyri-müəyyənliklər yüksəkdir. Belə sürətlə dəyişən situasiyada əsas məsələ çevik olmaq, tez reaksiya vermək və optimal qərarlar qəbul etmək lazımdır.
Hazırkı reallıqlar ərzaq təhlükəsizliyi məsələsində idxalın şaxələndirilməsinə də diqqətin artırılmasını tələb edir. Ərzaq buğdası və bir sıra digər mallar üzrə bir ölkədən-Rusiyadan asılılığı aradan qaldırmaqdan ötrü təsirli tədbirlər görülməlidir.
Belə bir şəraitdə həm də istehsalın əhəmiyyətli hissəsi daxili bazara işləməlidir. Daha çox emal, daha çox son məhsulun yaradılması məsələsi önə çıxmalıdır. İstehsalın daxili bazara yönəldilməsi, emal dərəcəsini artırmaq istiqamətdə səylər artırılmalıdır. Bundan əlavə, xaricdən gətirilən mal və məhsulların bir hissəsini Azərbaycanda istehsal etmək, mövcud olanların istehsalını genişləndirmək işində maksimum dərəcədə tələsməliyik.
- Bütün bunlar mühüm təkliflərdir...Bütün bunları sistemləşdirib hökimətə göndərmək də olar. Eləcə də media vasitəsilə...
- Orta müddətli perspektivdə həyata keçirilməsi zəruri olan təkliflərimiz də var: Ərzaq buğdası ilə təchizatın yaxşılaşdırılması Azərbaycanın ərzaq təhlüksizliyi sahəsində genişmiqyaslı və etibarlı şəkildə həllini gözləyən ən mühüm məsələrdən biridir. Bu məsələyə bu il aprelin 12-də 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də geniş yer verilib. Prezident İlham Əliyev bildirib ki, bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaq buğdası ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək.Ərzaq buğdası ilə təchizatının əsas hissəsinin daxili istehsal hesabına təmin edilməsi üçün zəruri tədbirlərin həyat keçirilməsi çox ciddi strateji yüklü məsələdir. Bu istiqamətdə qısa müddətdə böyük nəticələr verə bilən bütün zəruri işlər görülməli, o cümlədən ərzaq buğdasının istehsalını artırmaq məsələsinə kompleks və sistemli yanaşılmalıdır. Bununla bağlı 2023-2030-cu illər üçün ərzaq buğdası prioritet olan ərzaq təhlükəsizliyi üzrə yeni Dövlət Proqramı qəbul edilməli, qısa, orta və uzunmüddətli perspektivdə həyata keçirilmsi vacib olan yeni mexanizmlər hazırlanmalı və səmərəli şəkildə reallaşdırılmalıdır: Birincisi, Azərbaycanın torpaq fondunun yarıdan çoxu kənd təsərrüfatına yararlı torpaqlardır və zəruri tədbirlər görülməklə ondan istifadənin dairəsi genişləndirilməli və səmərəliliyi artırılmalııdr. Bununla belə, bütövlükdə torpaqların şoranlaşması, erroziyaya uğraması, çirklənməsinin və s. aradan qaldırılması, keyfiyyətinin yaxşılaşdırılmasına dair işlək mexanizmli kompleks tədbirlərin həyata keçirilməsi çox vacibdir. İkincisi, Azərbaycan əhalisinin ərzaq buğdası ilə təchizatının əsas hissəsinin daxili istehsal hesabına təmin edilməsi üçün zəruri tədbirlərin qısa müddətdə böyük nəticələr verə bilməsi üçün keyfiyytli toxum probleminin əsaslı surətdə həll edilməsinə ehtiyac var. Buna nail olunsa,hər il ölkəmizdə orta hesabla istehsal olunan 1,8 milyon ton buğdanın 25-30 faizi yox, yarıdan çoxu ərzaq buğdası tələblərinə cavab verər. Bu, həm yerli istehsal hesabına ərzaq buğdası istehsalının əhəmiyyətli dərcədə artırılmasına,həm də bu sahədə idxaldan asılılığın xeyli dərəcədə azaldılmasına nail olmaq olar. Üçüncüsü, ölkə üzrə 16-17 milyard manatlıq ümumi sərmayə qoyulunun cəmi 3 faizi kənd təsərrüfatına, 1,3 faizi isə qida məhsulları istehsalına yönəldilir ki, bu da həmin sahələrin investisiya tələbatndan qat-qat aşağıdır. Ona görə də kənd təsərrüfatı ilə məşğul olan fermerin il ərzində yaratdığı yeni dəyər 2000 manat ətrafında, onun aylıq kəmiyyəti isə 170 manatdır. Ölkədə adambaşına ildə 900 manatın ətrafında, ayda isə 75-80 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunması göstərir ki, ərzaq təhlükəsizliyimizin etibarlıq dərəcəsini müasir çağırışlar səviyyəsinə çatdırmaqdan ötrü proqram xarakterli kompleks tədbirlər görülməliidr. Bu yöndə həlli vacib olan məsələrdən biri “təmiz sərmayə-yüksək nəticə” prinsipi əsasında kənd təsərrüfatına sərmayə qoyuluşunun və ondan istifadənin səmərəliliyinin artırılmasıdır.Bu il büdcə xətti ilə kənd təsərrüfatına 1 milyard manata yaxın vəsait yönəldilməsi nəzərdə tutulur. Onun 477 milyon manatı-kənd təsərrüfatı tədbirlərinə, 459milyon manat isə meliorasiya tədbirlərinə yönəldiləcək. Əgər kənd təsərrüfatına ildə 500-600 milyon manat sərmayə qoyulub, ondan öz təyinatına görə səmərəli istifadə edilsə, orta perspektivdə 10-dan artıq əsas məhsul üzrə ildə orta hesabla 7-8 fazilik artım relsləri üzərinə çıxarmaq olar.
Bununla yanaşı sərmayə qoyuluşunun ağırlıq mərkəzini özəl təşəbbüslərə əsaslanan sərmayə qoyuluşu sferasına keçirmək prosesini sürətləndirmək lazımdır. Dördüncüsü, ölkə üzrə 18 milyard manatlıq ümumi kredit qoyuluşunun çox kiçik bir hissəsi kənd təsərrüfatına yönəldilir. Aqrar-Sənaye Bankının yaradılması, kənd təsərrüfatının və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan sahələrin aşağı faizli kreditlərlə təmin edilməsi, eləcə də aqrar sahə üçün məqbul sayıla biləcək kreditə zəmanət mexanizminin yaradılması obyektiv tələbata çevrilib. Beşincisi, kənd təsərrüfatı istehsalının nəticəliliyinin artırılmasına xidmət edən və bu yöndə səmərəli fəaliyyət göstərən subsidiya mexanixminin yaradılması və tətbiqi sahəsində başlanan işlərin fermerlərin gözləntilərinə uyğun surətdə optimal variantda həyata keçirilməsi ərzaq təhlükəsizliyinə,xüsusən də digər kənd təsərrüfatı məhsulları ilə müqayisədə gəlirlilik səviyyəsi çox aşağı olan buğda istehsalının artırılmasına ciddi dəstək kimi mühüm tələbata çevrilib. Altıncısı, yerli istehsalın və kənd təsərrüfatı məhsullarınn ixracının genişləndirilməsinə rəvac verən sığorta mexanizminin həyata keçirilməsi istiqamətində başlanan işlər genişləndirilməliidr. Yeddincisi, fermerlərin sərbəst fəaliyyət göstərməsinə mane olan bütün bürokratik əngəllərin aradan qaldırılması istiqamətində real nəticəsi olan tədbirlər görülməliidr. Səkkizinci, Azərbaycanda kənd təsrrüfatı məhsulu istehsalçılarının xeyli hissəsnin torpaq sahəsi 1-2 hektar, 70 faizdən çoxu - 3 hektara qədər - 17 fazininki isə 3-4,9 fazi arasındadır. Halbuki, fermer təsərrüfatlarının əmtəəlik məhsul istehsal edib, ayaq üstə qala bilməsi və bazar iqtisadiyyatı tələblərinə cavab verən qurumlara çevrilməsindən ötrü, ilk növbədə azı 6 hektar torpağı olmalıdır. Ona görə də belə kiçik təsərrüfatların bir hissəsi çox asanlıqla sıradan çıxarılır, digər hissəsi isəistehsalı genişləndirmək və səmərəliliyini artırmaq üçün zəruri şərtlər olmadığından, özləri sıradan çıxır. Ona görə də ölkədə kənd təsərrüfatı sahəsinin rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə mane olan problemlərin, o cümlədən kiçik torpaq sahibliyi və kiçik təsərrüfatlar məsələsinin kəndlilərin xeyrinə optimal surətdə həll edilməsi məsələsi sürətləndirilməlidir.
Sağlam və ədalətli kooperasiya münasibətləri vasitəsilə bu sahədə olan çatışmazlıqların xeyli hissəsini aradan qaldırmaq, maddi nemətlərin ”tarladan süfrəyədək”olan yolundakı itkilərin də xeyli dərəcədə aradan qaldırılmasına nail olmaq olar. Doqquzuncu, torpaqlarımızın işğaldan azad olunması ilə su ehtiyatlarmıza xeyli müsbət və ümidverici nüanslar əlavə olunub. Bununla belə xüsusən taxılçılıqda suvarma sahəsindəki problemlər məhsuldarlıın aşağı düşməsinə ciddi təsir göstərir. Ümumiyyətlə götürdükdə, Azərbaycanın məhdud su ehtiyatları şəraitində kənd təsərrüfatında sudan istifadənin ən müasir və qənaətli üsullarının tətbiq dairəsinin genişləndirilməsi ciddi problemimiz olan məhsuldarlıq məsələsinin müsbət yöndə həllində əhəmiyyətli rol oynaya bilər və son 30-35 ildə hər hektardan 25-27 sentner taxıl yığmını 30-33 sentnerə çatdırmağın çox uzun bir yolundan sonra,yaxın perspektivdə hər hektardan 40 sentner və daha çox taxıl istehsalına gedən yolumuzu xeyli qısaltmış olar. Onuncusu, taxılçılıq infrastrukturunun müasirləşdirilməsi və inkişafı, innovativ texnologiyaların təşviqi və kənd təsərrüfatı xammalının emal potensialının genişləndirilməsi və inkişafı,tarladan insanların süfrəsinə qədər olan dəyər zəngiri boyu itkilərin, eləcə israfçılıq və digər bu kimi halların aradan qaldırıması istiqamətlərində işlər geniləndirilməlidir. On birincisi, ərzaq buğdası özrə ehtiyat fondunun həcminin davamlı olaraq optimal səviyyədə olmasının təmin edilməsinin şaxələnmiş və səmərəli fəaliyyət göstərən mexanizminin qurulması və sair bu kimi istiqamtində proqram xarakterli kompleks tədbirlərin həyat keçirilməsi çox vacibdir. On ikincisi, ərzaq təhlükəsizliyi ilə bağlı səmərəli fəaliyyət göstərən idarəetmə mexanizmlərinin formalaşdırılması çox vacibdir.
Xəbərin oxunma sayı : 844
Müsahibə
Xəbərlər
-
Ağdamda 14 milyonluq layihə: Strateji istehsal müəssisəsi yaradılır
-
Bakı-Tbilisi-Bakı qatarlarının reysləri artırıldı - Biletlər bu gündən satışdadır
-
İcra başçısı “Instagram”da astrologiya, oyun, gözəllik səhifələri izləyir? - Fotolar
-
“Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır“ - Prezident
-
Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)
-
Ermənistanda saxlanılan azərbaycanlı hərbçi həbs edildi - 2 aylıq
-
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib - 3 nəfər çıxarıldı
-
Azərbaycanda 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib - FOTO
-
Bizə kömək edən olmayıb, silahları da öz pulumuza almışıq - İlham Əliyev
-
YAP İdarə Heyətinin yeni tərkibi müəyyənləşdi - Kimlər getdi, kimlər gəldi?
-
Nazir 20 ilin prorektorunu işdən çıxardı - Yerinə professoru təyin etdi
-
Bu telefon nömrələrinin qiyməti dodaq uçuqladır - FOTOLAR
-
Seysmoloji Xidmət Mərkəzində “akademik yeyinti“
-
Azərbaycanda güclü yağış yağacaq - XƏBƏRDARLIQ
-
Qaxda 7 kq narkotik aşkarlandı - 2 nəfər həbs edildi
-
Sumqayıtda məktəbdə 21 şagird zəhərləndi - TƏFƏRRÜAT
-
Nazir FHN-də strukturu dəyişdi - 7 idarə şöbəyə çevrildi
-
“Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq” - Prezident
-
Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Fotolar
-
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - FOTO
-
Tanınmış rəqqas qalmaqallı görüntülərdən danışdı: “Pula görə etdi“
-
Müasir ideoloji işlər aparılmalıdır - İlham Əliyev
-
ABŞ-ın İranla müharibə hazırlığı: Bu ölkələrə əlavə Patriot-lar yerləşdirildi
-
Bakıda restoran sakinlərin narazılığına səbəb olub - VİDEO
-
Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin - Prezident
-
Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?
-
Pensiyaların artırılmasında yeni qayda: Kim nə qədər çox alacaq?
-
Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi - İlham Əliyev
-
Nazir müavininin kürəkəni də həbs olundu - Fond istintaqında YENİ
-
Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülh sazişinə doğru son addımdır - Hikmət Hacıyev
-
Tanınmış rəqqas Nicat Azadlı maşında xanımını döydü - VİDEO
-
Demokratlar aralıq seçkilərdə qalib gəlsələr, mənə impiçment elan edəcəklər - Tramp
-
YAP-ın VIII Qurultayı keçirilir - İlham Əliyev çıxış edir
-
Azərbaycan nefti 5 faizə yaxın bahalaşdı - Yeni qiymət
-
Monqolustandan gətirilən quzu əti bahalaşdı - VİDEO
-
İran xalqı mətanəti və cəsarəti ilə bütün dünyanı heyran edib - Putin
-
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO
-
“Qızıl Saray”da istehlaka yararsız ətlər aşkarlandı - FOTOLAR
-
Tbilisiyə hər gün 2 reys olacaq - Biletlər 36 manatdan başlayır...
-
“Manatlıq” taksilərə qadağa qoyuldu - İnsanlar yollarda qaldı (VİDEO)
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
5 milyon manatlıq onlayn kazino: 6 nəfər saxlanıldı (VİDEO)
-
Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
-
Azərbaycanda güclü külək olacaq - Bu tarixlərdə
-
Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə
-
Mehdiyevin gəlininin BOKT-nun lisenziyası ləğv edildi - QƏRAR
-
“YouTube”da AzTV-nin izləyici kütləsi artıb, ATV-ninki azalıb - TV-lərin reytinq göstəriciləri
-
Bakıda məmurun evinə oğurluğa girdilər, elə bir şey apardılar ki...- TƏFƏRRÜAT
-
Azərbaycanda qadın sevgilisi ilə birgə azyaşlı uşaqlarına əzab verdi - TƏFƏRRÜAT
-
Sabah Azərbaycanda leysan yağacaq - XƏBƏRDARLIQ
-
Rafiq Quliyevin Xətaidə qanunsuz tikinti xəritəsi: Sənədsiz obyektlər və cavabsız suallar
-
Gəncədə 5 şagird zəhərləndi: Araşdırma aparılır
-
Ağdərədə yeni yarımstansiyanın tikintisinə başlanılır - 3,9 milyon ayrıldı
-
Sakinlər və tikinti şirkəti arasında qiymət mübahisəsi - VİDEO
-
“Loqoped-psixoloq“ Türkan Mehdizadə vətəndaşları döydü - Polisə müraciət olundu
-
Azərbaycanda ezamiyyət qaydası dəyişdi - Yeni qərar
-
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
-
Söküntüyə razı olmayan ev sahibini nə gözləyir? - Vəkildən açıqlama
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - Prokurorluq araşdırmaya başladı
-
Azərbaycan media və kommunikasiyanın inkişafına xüsusi diqqət ayırır - İlham Əliyev
-
Milyonlarla manat ödəniş edildi, amma...- “Qala Sığorta”da nə baş verir?
-
Prezident İlham Əliyev Çin liderinə məktub göndərdi - MƏTN
-
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
-
Xəbərdarlıq olunmadan işdən çıxarıldılar - TƏFƏRRÜAT
-
“McDonald’s” qiymətləri süni şəkildə şişirdir? - ARAŞDIRMA
-
Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanladı -Hikmət Hacıyev oxuyub
-
İranla bağlı anonsu verdi - “Müəyyən hadisələr olacaq”
-
Onlayn kreditlərdə yeni dövr: Vətəndaşlar blok qoya biləcək
-
Mikroavtobusla sərnişindaşıma: Təhlükəsizlik necə təmin olunur?
-
Türkiyədə maliyyə şirkətləri ilə bağlı istintaq: Üç şübhəli üçün həbs tələb edildi
-
Sabiq məmur övladlarının milyonluq sərvəti üzə çıxdı: araşdırma başlayır?
-
Pakistan Əfqanıstana aviazərbələr endirib - 9 nəfər ölüb
-
Rubio İran nümayəndə heyətindən Nyu-Yorku tərk etməyi tələb edib - “Axios“
-
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? - VİDEO
-
NATO-dan Rusiyaya sərt mesaj: “Nüvə ritorikasını qınayırıq”
-
Prezidentin geri qaytardığı qanunlar - Səbəblər bunlar olub...
-
Şah İsmayıl heykəlinə rusca cümləni kim yazıb? - RƏSMİ
-
Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - FOTOLAR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları
-
SEPAH amerikalılara açıq məktub ünvanladı: “Hökuməti dəyişin”
-
Zinəddin Zidanın maaşı açıqlandı - Fantastik məbləğ
-
“UĞUR 777“ estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
-
Rusiyadan Azərbaycana nağd pul gətirilməsi ilə bağlı qadağa - Putin sərəncam imzaladı
-
Tanınmış jurnalist Əvəz Zeynallı dəfn olundu - FOTO
-
Azərbaycanda zob xəstəliyi niyə artır? – Professor səbəbləri açıqladı
-
Qubad İbadoğlu haqda qərar dəyişdi - Almaniyaya getdi
-
İlham Əliyev Məsud Pezeşkiana zəng etdi - Nələr müzakirə olunub?
-
Əli Həsənovun qızı Dubayda mağaza açdı - FOTOLAR
-
Təzə qozun kilosu 6 manatdan başlayır: Alıcılar narazıdır
-
Bu yollarda hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI
-
4 milyonluq brilyant qaşları ölkəyə qanunsuz keçirmək istədi - Foto
-
Bakının bu əraziləri “qızıl zona”ya çevrilir: qiymətlər kəskin bahalaşacaq
-
İlham Əliyev FIFA prezidentini qəbul etdi - FOTOLAR
-
Azərbaycanda icra başçısı olmayan rayonlar - SİYAHI
-
Bakıdakı bu evlər işarələnib, söküləcəyi gözlənilir - VİDEO
-
Hava kəskin dəyişir - Güclü külək, leysan...
-
Şagirdinin anasından 65 min alıb qaytarmadı - Həbs edildi
-
Aralarında yaranan pul borcu faciə ilə bitdi - TƏFƏRRÜAT
-
Bu qurumda departament və şöbə rəhbərləri təyin edildi - FOTO
-
Putin fərman imzalayıb - Rusiya ordusunun şəxsi heyəti artırılır
-
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar
-
İrandan nüvə proqramı ilə bağlı gözlənilməz addım: Tehran razılaşdı
-
Bərdədə restoranda dava: Administrator müğənninin sevgilisini döydü
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI
-
İtaliya millisi səfərdə Türkiyəyə böyük hesabla qalib gəldi - VİDEO
-
Bakıda hansı küçələr bütünlüklə piyadaların istifadəsinə veriləcək? - VİDEO
-
Bakı Forumu ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
-
Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Azərbaycandan dünyaya uzanan yaşıl enerji xəritəsi
-
“Planet Kids“də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi
-
Afət Fərmanqızı ilə Dəniz Əsədovanın məhkəməsi - Nələr oldu?
-
Tezliklə Ərəb dənizi də “düşmən qüvvələri“ndən təmizlənəcək - Müctəba Xamenei
-
Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq - RƏSMİ
-
“Biz artıq top-komanda deyilik” - Şvaynştayger millini topa tutdu
-
Şuşa rayonunda mina partlayışı baş verib - Bakı sakini yaralandı
TOP 10
ARXİV






