Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Əli Əsədov nazirləri iclasa çağırdı: nələr müzakirə olunub?

Tarix 25.09.25, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 25-də Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş geniş iclas keçirilib.

Nazirlər Kabinetindən bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, “2026-cı il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri və 2026-cı il və növbəti üç il üzrə sosial-iqtisadi inkişaf proqnozları” aidiyyəti qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.

Sözügedən layihələr iclasda müzakirə olunub.

Baş nazir Əli Əsədov növbəti ilin dövlət büdcəsi layihəsinin əsas göstəriciləri barədə ətraflı məlumat verib.

Maliyyə naziri Sahil Babayevin “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında”, iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin “2026-cı il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri barədə” məruzələri dinlənilib.

Daha sonra Baş nazir qarşıda duran əsas vəzifələri və tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasın yekununda “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” barədə layihələrin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.



Xəbərin oxunma sayı : 178




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap