Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Nazirlik vədini yerinə yetirmədi: “Dedilər ki, 67 yaşın var, nə iş?“

Tarix 24.09.25, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


"Mədəniyyət Nazirliyi tərəfindən verilən vəd özünü doğrultmadı, işsiz qalmışam. Heç kim məni işlə təmin etmədi".

Bunu Qaynarinfo-ya açıqlamasında aktyor Allahverdi Yolçuyev bir müddət əvvəl küçələrdə çorab satdığını əks etdirən görüntülər yayılan zaman Mədəniyyət Nazirliyindən işlə təmin olunacağı barədə verilən vəddən danışarkən deyib. 

Aktyor bu ayın əvvəlində Dövlət Akademik Musiqili Teatrı ilə əlaqə saxladığını bildirib:

"İşlə bağlı verilən vəd yalan çıxdı. Yeni mövsüm başlayanda teatra zəng etdim. Dedilər ki, 67 yaşın var, nə iş, nə teatr? Sənlik işimiz yoxdur. Teatrda heç bir iş vermədilər. 3 aydır gözləyirəm. İndi də ümid edirəm ki, bəlkə qarşıdakı 10 gündə nəsə edərlər, bir qərar verərlər".

Xəstəlikdən əziyyət çəkən aktyor dərmanlarının baha olduğunu bildirib:

"Bütün günü evdəyəm, özüm də xəstəyə. Klinikaya gedirəm, sonra da evə gəlirəm".


Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə aktyor Allahverdi Yolçuyevin corab satdığını əks etdirən görüntülər yayılmışdı. Həmin vaxt aktyor açıqlama vermişdi ki, Mədəniyyət Nazirliyindən ona zəng gəlib və işə bərpa olunduğu bildirilib: 

"Mədəniyyət nazirimiz Adil müəllimə təşəkkür edirəm. İki dəfə mənə zəng etdi, ehtiyacımlarımı soruşdu. Dedim mənim üçün çətindir. Aldığım təqaüd dərmanlarıma çatmır. Məni Dövlət Akademik Musiqili Teatrına işə bərpa etdilər. Corab satmaq da bir tarixə çevrildi".



Xəbərin oxunma sayı : 586




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap