Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

80 yaşlı kişilər arasında zarafata yer yoxdur - Braziliya prezidenti

Tarix 25.09.25, 11:17

Font ölçüsü : - / +
bitmap-img6


Braziliya prezidenti Lula da Silva prezident Donald Trampla ikitərəfli görüşü səbirsizliklə gözlədiyini bildirib.  

Musavat.com xəbər verir ki, o, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransı zamanı danışıb.

Silva ümid edir ki, onların yaşlarının çoxluğu fevralda Vaşinqtonda Vladimir Zelenski ilə Tramp arasında baş verən görüşə bənzər mübahisənin təkrarlanmasına imkan verməyəcək: "Trampın gələn ilin iyununda 80 yaşı olacaq. Bu oktyabrda mənim 80 yaşım olacaq. 80 yaşlı iki kişinin münasibətində zarafatlara yer ola bilməz".

O, Trampa “ABŞ liderinin layiq olduğu hörmətlə” yanaşacağını vəd edib: "Və o, şübhəsiz ki, mənə -  Braziliya Federativ Respublikasının Prezidentinə layiq olduğu hörmətlə yanaşacaq. Bu görüş belə keçəcək. 80 yaşlı iki lider, həm də onlar özlərini çox gənc hiss edirlər".

Daha əvvəl CNN Brasil məlumat vermişdi ki, ölkənin Xarici İşlər Nazirliyi  Lula de Silvanın Trampla görüşündə “Zelenski effekti”ndən ehtiyat edir.



Xəbərin oxunma sayı : 442




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap